Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

Image

Tural İsmayılov: "Əslində Putinin mətbuat katibi Dmitri Peskov dolayısı ilə Türkiyənin Krımı Ukrayna ərazisi kimi tanıdığını anladıqlarını etiraf edib"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı sərt bəyanatına yumşaq münasibət bildirib. Sentyabrın 11-də "Krım platforması"nda çıxış edən Türkiyə prezidenti deyib ki, yarımadanın Ukraynaya qaytarılması beynəlxalq hüquqla tələb olunur və Rusiya-Ukrayna münaqişəsinə Ukraynanın suverenliyi əsasında son qoyulmalıdır.

"Krımın statusu məsələsi Moskva ilə Ankara arasında fikir ayrılığına səbəb olub, lakin Rusiya türk dostlarını öz mövqeyinin düzgünlüyünə inandırmaq üçün əlindən gələni edir" - bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2014-cü ildə Rusiyanın tərkibinə daxil olan yarımadanın Ukraynaya məxsus olması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

"Bu mövzu türk dostlarımızla aramızda mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir", - deyən Kreml təmsilçisi qeyd edib: "Biz öz nöqteyi-nəzərimizi türk dostlarımıza və həmkarlarımıza davamlı izah etmək cəhdlərimizdən əl çəkmirik".

"Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, arqumentlərimizi daha yaxşı anlamağa və razılaşmağa imkan verəcək", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib: "Biz Türkiyə ilə münasibətlərimizi, tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik".

Tarixə nəzər salsaq, Krım məsələsində Rusiya və Türkiyə münasibətlərinin nədən belə həssas olduğunu anlayarıq.

Belə ki, XVII əsrin sonlarında Moskva knyazlığı artıq güclü bir dövlət olan Rus çarlığı halına gəlmişdi. Bu vaxta qədər Krım tatarları Moskvaya tez-tez hücumlar etmiş, hətta onlara vergi də qoymuşdu. İndi isə Tatarlar üçün artıq Moskvanı yağmalamaq və ya vergiyə bağlamaq çox çətin idi. Moskva xaricində isə Lehistan olduqca güclənmiş, Rusiyanın hər yerinə yayılan kazaklar isə davamlı mövqe yaratmışdılar. II Vyana mühasirəsində Murad Gəray və Krım ordusu Osmanlılara köməyə gəlmişdi, amma bəzi qaynaqlar bu mühasirədə Murad Gərayın Vyananı qurtarmağa gələn Lehlərin önünü bilərək kəsmədiyini yazır, yəni mühasirənin müvəffəqiyyətsizliyində Murad Gərayı günahkar bilirlər. Bu məlumat tam olaraq təsdiqlənmiş deyil. Vyana müvəffəqiyyətsizliyindən sonra Murad Gəray taxtdan salındı və II Hacı Gəray taxta keçdi. II Hacı Gərayın çox qısa sürən xanlığından sonra, 1684-cü ildə taxta keçən və parlaq bir hökmdar olan I Səlim Gəray Müqəddəs İttifaq qüvvələrinin Osmanlı dövlətinə qarşı döyüşlərində əhəmiyyətli rol oynadı. Rusların Krım səfərlərinin, Lehlilərin 1687-1688-ci illər səfərlərinin qarşısını aldı, dörd dəfə keçdiyi Krım taxtında böyük müvəffəqiyyətlər əldə etdi. Səlim Gərayın müvəffəqiyyətlərinə baxmayaraq, Osmanlı dövləti bu döyüşləri itirib Karlovitsa Andlaşmasını imzaladı. Sonrakı dövrlərdə Osmanlıların Avropa qarşısında geriləməsi və Rus çarlığının böyük yüksəlişi Krıma olduqca təsir etdi. 1735-1739-ci il Osmanlı-Rus müharibəsində ruslar Bağçasaraya qədər girib bölgəni yağmaladılar. 1768-1774-ci il Osmanlı-rus müharibəsində Bessarabiya (1770) və Krım yarımadası (1771) ruslar tərəfindən işğal edildi. Bu hücumlara Krım Gəray müqavimət göstərməyə çalışdı. Döyüşü sona çatdıran 21 iyul 1774-cü il tarixli Kiçik Qaynarca müqaviləsi ilə Krım Osmanlı himayəsindən çıxdı və tam müstəqil oldu. Yalnız dini işlər üçün Osmanlı xəlifəsinin səlahiyyəti tanındı.

1777-ci ildə rus tərəfdarı kimi tanınan Şahin Gəray taxta keçdi. Osmanlı tərəfdarı olan II Bahadır Gəray xanlıq mübarizəsində Şahin Gərayı məğlub edə bilmədi. Bu dövrdə ruslar bölgəyə çoxlu slavyan immiqrantı yerləşdirdilər. 1779-cu ildə imzalanan Aynalıkavak müqaviləsi ilə Krım xanlarının sərbəst seçilməsi, rus əsgərlərinin Krımdan çəkilməsi, Osmanlı dövlətinin Şahin Gərayı tanıması maddələri qəbul edildisə də, ruslar müqaviləyə əməl etmədilər. 1783-cü ildə II Yekaterinanın əmri ilə Krım işğal edildi. Artan rus təsirinə qarşı xalq qiyam qaldırdı və Bahadır Gəray taxta çıxarıldı. Şahin Gəray isə ruslara sığındı. 1785-ci ildə Şahin Gəray rus ordusunun köməyi ilə Krıma daxil oldu. Daha sonra ruslardan istədiyini ala bilməyib İstanbula sığındı. Əvvəlki hərəkətlərinin əvəzi olaraq Rodosa sürgün edilib orada edam olundu.

Osmanlı dövləti Krıma girən ruslara qarşı yeni bir döyüşə başladı, lakin müvəffəqiyyət qazana bilmədi və 1792-ci ildə Yaş müqaviləsi ilə Krımın Rusiyaya birləşməsini qəbul etdi.

Təqribən 300 il sürən bu ittifaq 1769-1774-cü illərdə davam edən Osmanlı-Rusiya müharibəsinin nəticəsində imzalanan Kiçik Qaynarca müqaviləsi ilə başa çatıb. Lakin 1954-cü ildə Moskva vilayəti Ukraynaya hədiyyə edib. Etnik ruslar bu addımın "tarixi səhv" olduğunu deyirlər.

Daha sonra - 2014-cü ildə Rusiya Krımı işğal edərək, referendum əsasında onun Rusiya Federasiyasının tərkibinə daxil olduğunu rəsmiləşdirib.

Bizimlə bu barədə fikirlərini bölüşən siyasi şərhçi Tural İsmayılov qeyd etdi ki, əlbəttə, Türkiyə ilə Rusiya arasindakı münasibətlər Ukrayna ilə münaqişədən dolayı yüksək səviyyədə olmayan kimi görünə bilər: "Amma biz nəzərə almalıyıq ki, Rusiya ilə Türkiyə müxtəlif platformalarda çox dərin əməkdaşlıq perspektivləri ortaya qoyurlar. Məsələn, "Ak Kuyu"dakı atom elektrik stansiyası fəaliyyətini ciddi şəkildə davam etdirir, eyni zamanda iki ölkə arasında digər iqtisadi münasibətlər yüksək səviyyədədir. Ötən il ərzində iki ölkə arasında turizmin inkişaf etdirilməsində ciddi uğurlara imza atılıb. Biz bunu həm Türkiyə, həm də Rusiya rəsmilərinin dilindən dəfələrlə eşitmişik.

Bütün bunlarla yanaşı, Türkiyənin Krım məsələsi ilə bağlı aydın mövqeləri var. Rəcəb Tayyib Ərdoğan və Türkiyə siyasi rəhbərliyi dəfələrlə vurğulayıb ki, onlar hec vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaqlar. Həmişə Krımın Ukraynaya geri qaytarılmasının vacibliyi barədə aydın fikir ifadə ediblər. Əslində Putinin mətbuat katibi Dmitri Peskov dolayısı ilə Türkiyənin Krımı Ukrayna ərazisi kimi tanıdığını anladıqlarını etiraf edib. Çunki Türkiyə NATO dövlətidir və beynəlxalq hüquq baxımından Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu baxımdan Türkiyənin mövqeyini təkzib etməyə ortada bir arqument yoxdur. Ona görə də, Rusiyanın bu məsələdə mövqeyi həmişə yumşaq olur. Üstəgəl, Türkiyə yeganə NATO və Avropa ölkəsidir ki, Rusiya-Ukrayna münaqişəsində qızışdırıcı deyil, barışdırıcı mövqe tutur. Ona görə də Krımın Rusiya-Türkiyə münasibətlərinə indi və gələcəkdə hər hansı bir əngəl törədəcəyini düşünmürəm".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910