Çərşənbə axşamı günü, 20 may 2025
     

Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

Image

Hazırda Azərbaycan dövlətinin diqqətində olan əsas məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsidir. Ailənin yaradılması, funksiyaları və idarə olunması bəzən cəmiyyətin maliyyə, sosial və iqtisadi vəziyyətində də asılı ola bilir.

Dövlət ölkədə gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün çalışır və bütün sahələrdə qadının rolunu vurğulayır. Azərbaycanda qədim zamanlardan qadına hörmətlə yanaşılıb. Buna misal olaraq, Azərbaycan birinci dəfə müstəqilliyini elan etdikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, həmçinin, seçkilərdə iştirak etmək hüququnun verilməsini göstərə bilərik. Azərbaycan ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə kişi və qadın bərabərliyini təmin etmək üçün maariflənmə prosesinə xüsusi önəm verir, Bu isə ölkədə gender bərabərliyinə və gələcək nəslin daha sağlam böyüməsinə şərait yaradır. Cəmiyyətdə gender, ailə və demoqrafiya məsələlərin gündəmdə saxlanılması vacib məqamlardan biridir. 

Əhali artımında azalma meylləri özünü göstərir 

1 avqust 2024-cü ilə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyon 200 min nəfəri keçib. Ancaq əhalinin artım tempi ilk dəfə 1950-ci illərin əvvəllərindəki səviyyəyə düşüb. Bu isə o deməkdir ki, əhali nisbətinə görə artım tempi aşağı düşüb. Bir sıra hesablamalar göstərir ki, neçə illərddir əhali artımında azalma meyilləri özünü göstərir. Məsələn, Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə qədər yüksəlib. Ancaq sönrakı dövrlərdə azalma meyilləri özünü göstərməyə başlayıb. 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Doğum sayında azalma ən çox 2021-ci ildə qeydə alınıb. O da koronavirus pandemiyasına təsadüf edir. Həmin il 112 min 284 nəfər doğulub. Pandemiyadan sonrakı ildə, yəni 2022-ci ildə yeni doğulanlar arasında 10 mindən çox artım qeydə alınıb. Belə ki, həmin il 122 min 846 körpə dünyaya gəlib. 2023-cü ildə 112 min 620 körpə doğulub. Məlumat üçün qeyd edək ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə yüksəlsə də, doğum nəinki artmayıb, hətta azalıb. Ümumən, məlum olur ki, 2015-ci ildə 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəldiyi bildirilib. 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, yəni doğuş sayı azalır. 

Boşanmaların artması yeni doğulan uşaqların sayına ciddi təsir göstərir 

Bunun səbəbinə gəldikdə, bəzi ekspertlər qeyd edir ki, ölkədəki iqtisadi-sosial çətinlik ailələrdə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Digər qisim hesab edir ki, son zamanlar boşanma hallarının sayının kəskin artması yeni doğulan uşaqların sayına ciddi təsir göstərir. Digər ekspertlər isə hesab edir ki, yeni doğulan körpələrin sayının azalması uşaq pulunun verilməməsi ilə əlaqədardır. Qeyd edək ki, bir sıra ölkələrdə doğuşu stimullaşdırmaq üçün uşaq pulu ödənilir. Düzdür, dünyanın bir sıra ölkələrində bənzər tendensiyalar müşahidə olunur. Ancaq özünəməxsus ailə ənənələrinə malik olan Azərbaycanda bunların baş verməsi və getdikcə kütləvi hal alması narahatlıq doğurmaya bilməz. Belə davam edərsə, əhalinin yaşlı təbəqəsinin çəkisi sürətlə artacaq. Üstəlik, evlənənlərin sayı nəzərəçarpacaq dərəcədə ged-gedə azalmaqdadı. O baxımdan ölkədə demoqrafik göstəriciləri yaxşılaşdırmaq üçün nələrə ehtiyac var?

Sosial təminat səviyyəsi artırılmalıdır 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: "Azərbaycan ailəsi dövlətçiliyimizin əsasını təşkil edir. Hər bir dövlətdə ailə institutu necə yaranırsa, dövlətin inkişafında da əsas rolu o oynayır. Məsələn, Yaponiya İkinci Dünya müharibəsindən sonra iki atom bombası atılmış bir ölkə idi. Ölkə böyük fəlakətlərlə üzləşmişdi. Yaponiyanı ayağa qaldırmaq üçün dövlət başladı yapon ailəsini dirçəltməyə. Nəticədə yapon ailəsi dirçəldikcə, Yaponiya inkişaf etdi və indiki səviyyəyə qalxdı. Ona görə də bizdə Azərbaycan dövlətçiliyi, ölkəmizin inkişafı məhz ailə ilə bağlıdır. Bu da əsasən milli adət-ənənəyə söykənir. Yəni ailə qurmaq, uşaq dünyaya gətirmək, onu tərbiyə etmək, təhsil vermək və s. Bütün bunlar biləvasitə ənənə ilə bağlıdır. Dövlətin siyasətində də buna dəstək olan dövrlər olub. Müəyyən qədər dəstəyin azaldığı dövrlər də. Məsələn, İkinci Dünya müharibəsindən sonra ailələrin inkişafına dövlət qayğısı artdı. Çünki müharibədə əhalinin sayı azalıb. O üzdən, sosial müdafiəni gücləndirdilər. O dövrdə çoxuşaqlı analara medal, uşaqpulu verilirdi. Bu da ölkədə milli ailə ənənəsinin inkişafına kömək edirdi. Müasir dövrdə Azərbaycan ailəsi də məhz həmin ənənəyə söykənir. Məsələn, Azərbaycan ailəsi uşağı bağçadan başlamış ali məktəbi bitirənə qədər qayğı ilə əhatə edir. Ancaq sonda nə baş verir? Savadlı Azərbaycan gənci yüksək yüksək əmək haqqı ilə təmin oluna bilmədiyinə görə, xaricə üz tutur. Nəticədə həm mütəxəssis itiririk, həm də gənclərin ölkəni tərk etməsi sürətlənir. Doğuş səviyyəsinin azalması da sosial məsələlərlə bağlıdır. Azərbaycan gənci evlənmək üçün ona ev, iş yerləri, yüksək əmək haqq, sosial təminat lazımdır. Bunlarda problem olduğuna görə demoqrafiq problemlər böyüyür. Həm evlənənlərin sayı azalır, həm də evlənəndən sonra boşananların sayı artır. Ona görə də yaranan problemlərin həlli ilə bağlı sosial təminat səviyyəsi artırılmalıdır".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

20.05.2025 / 22:53
Türkiyə kəşfiyyatının rəhbəri ilə Suriya prezidenti YPG-nin tərksilah edilməsini müzakirə etdilər

20.05.2025 / 21:25
Rusiya sanksiyaları ilə bağlı Azərbaycanı Qərblə üz-üzə qoyan şirkət kimindir...

20.05.2025 / 21:12
Baltikdə Rusiya-NATO müharibəsi hər an başlaya bilər...

20.05.2025 / 20:57
Azərbaycanın idxal-ixrac əməliyyatlarında təhlükəli vəziyyət var - yeni bazarlar tapılmalıdır...

20.05.2025 / 20:43
Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü hazırkı şəraitdə nəyi dəyişə bilər?..

20.05.2025 / 20:29
Ermənistan Azərbaycanla sazişi Rusiyanın 102-ci bazasına qarşı çevirir...

20.05.2025 / 20:15
Cihangir İşbilir: “Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün ailə dəyərləri çox böyük önəm kəsb edir”

20.05.2025 / 20:08
Rusiya əsas kuklasını İrəvanda yenidən oyuna daxil etdi - kukla isə 2008-in böyük sirrini açdı...

20.05.2025 / 19:57
Avropa Rusiya ilə ticarətə tam embarqo qoymağa hazırlaşır - Kreml inanmaq istəmir...

20.05.2025 / 19:45
Tramp Putinlə Ukrayna danışıqlarında "öz ticarətini" razılaşdırdı"...

20.05.2025 / 19:37
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - FOTO

20.05.2025 / 19:31
150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

20.05.2025 / 19:18
Nəzakət Məmmədovanın “Köhnəlməyən xiffət” və “Yurd hasreti” kitablarının təqdimatı keçirilib - FOTO

20.05.2025 / 19:04
Bir günə münaqişəni həll etməyi vəd edən Tramp 4 aya Putini qalib etdi

20.05.2025 / 18:58
Bakı məhkəməsində Ermənistanın sabiq prezidenti Ter-Petrosyan da ifşa edildi...

20.05.2025 / 18:44
2 saatlıq Tramp-Putin danışığının nəticəsi - sanksiyalar sərtləşəcək...

20.05.2025 / 18:31
Nəcməddin Sadıqova şəxsən verilmiş 19 milyon manatın taleyi məhkəmədə hələ açılmayıb...

20.05.2025 / 18:17
Paşinyan Rusiya bazalarını ölkədən çıxarmaqdan geri çəkildi - müvəqqəti...

20.05.2025 / 18:02
4-5 min maaş alıb “dolana bilməyən” rəsmilərin çıxışları kəskin qınanır...

20.05.2025 / 17:48
ABŞ-İran nüvə danışıqları iflasa uğradı - ABŞ elə şərt qoydu ki...

20.05.2025 / 17:32
Şamaxıda 10 kq qızıl talayıb qaçan dəstə üzvləri bataqlıqda yaxalandı

20.05.2025 / 17:28
Moskvada Stalinə abidə qoyuldu - Kremlin örtülü mesajları...

20.05.2025 / 17:15
Xarici ticarət dövriyyəmizdə böyük inkişaf var - 17 milyard dollara yaxın...

20.05.2025 / 17:03
Qələbə paradı ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısı alınıb...

20.05.2025 / 16:50
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi

20.05.2025 / 16:26
“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTO

20.05.2025 / 16:10
Trampdan qudasına jest - Çarlz Kuşner ABŞ-ın Parisdəki səfiri təyin edildi

20.05.2025 / 16:07
"Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub" - Orban

20.05.2025 / 15:52
DİN silsilə əməliyyatlar keçirdi - 10 nəfər saxlandı, 75 kiloqram narkotik dövriyyədən çıxarıldı...

20.05.2025 / 15:50
Bloomberg: “Tramp “əllərini sallayıb” danışıqlardan uzaqlaşır, Putin qalib gəlir”

20.05.2025 / 15:48
Yəmən husiləri İsrailin Hayfa limanını blokadaya aldıqlarını açıqladı

20.05.2025 / 15:47
Tramp günahı yenə Zelenskinin üstünə atdı: - “Onunla məşğul olmaq asan deyil”

20.05.2025 / 15:40
Prezident: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"

20.05.2025 / 15:37
Xamenei ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir - bu böyük səhvdir...

20.05.2025 / 15:35
"Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik" - Prezident

20.05.2025 / 15:29
Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışdı

20.05.2025 / 15:21
"Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır" - Prezident İlham Əliyev

20.05.2025 / 15:18
“İçərişəhər” qoruğunda İntiqam Babayevin yerinə aparat rəhbəri təyin olundu

20.05.2025 / 15:03
Avropanın mərkəzində Türk Zirvəsi - İlham Əliyev mesajlar verdi…

20.05.2025 / 15:02
Prezident İlham Əliyevin Orbanla geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

20.05.2025 / 14:46
İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:43
Petr Pavel Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:40
Prezident İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü olub - FOTO

20.05.2025 / 14:36
Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

20.05.2025 / 14:36
Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:32
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:27
III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:22
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd etdi...

20.05.2025 / 14:10
Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...

20.05.2025 / 13:46
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verildi

20.05.2025 / 13:36
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib - FOTO

20.05.2025 / 13:23
Məktəblərdə "Son zəng" tədbirləri bu tarixdə keçiriləcək

20.05.2025 / 13:10
Врачи, ставшие палачами. Карательная медицина в СССР - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2025 / 12:18
“MTK-lara dövlət nəzarəti gücləndirilməlidir”

20.05.2025 / 12:16
Ermənistana casusluq edən İqbal Əbilova hökm oxunub

20.05.2025 / 12:10
Sahibə Qafarova Madriddə Prado muzeyində olub

20.05.2025 / 12:05
Rusiyadan qaçırlar, aclıq başlayıb, ərzaq talonu sisteminə keçdilər

20.05.2025 / 11:40
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

20.05.2025 / 11:25
Hindistanda cəsus qalmaqalı -11 Pakistan "cəsusu" həbs edildi!

20.05.2025 / 11:19
Hamilə Rihanna "Cənnət və cəhənnəm"in qala gecəsində...

20.05.2025 / 11:12
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq - Dövlət Xidməti

20.05.2025 / 11:06
Bakı məktəblərində monitorinqlər başlayıb - 2 məktəb direktoru işdən çıxarılıb

20.05.2025 / 11:03
Paşinyan Azərbaycana rəsmən yalvarır . Dərdi nədir? - CANLI

20.05.2025 / 11:00
Kukla teatrında kuklalar sərgisi

20.05.2025 / 10:50
30 şübhəli saxlanılıb - Polis

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:35
Prezident İlham Əliyev “GlobE Network” plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

20.05.2025 / 10:00
Xoşqədəmin kartından 50 avro oğurlayıblar- İtaliyada...

20.05.2025 / 09:28
Bakıda "GlobE Network"un altıncı plenar iclası başlayıb

20.05.2025 / 09:25
Naftalanda yanğın olub, ana və oğul xəstəxanaya yerləşdirilib

20.05.2025 / 09:25
"Avroviziya"da Azərbaycanın reytinqi inanılmaz dərəcədə azalıb - 400 xal hara, 7 xal hara....

20.05.2025 / 09:18
Moskva və Kiyev arasında birbaşa əlaqə yaradılıb - Peskovdan AÇIQLAMA

20.05.2025 / 09:12
Sumqayıtda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

20.05.2025 / 09:06
"Liverpul"dan antirekord...

20.05.2025 / 09:01
Daha 50 ailə Kəngərli kəndinə köçürüldü

20.05.2025 / 08:31
Ekspertlər 4-cü siniflərdə monitorinqi "artıq yük" sayırlar - "mənasızdır"...

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678