MSK Mustafa Hacılının müraciətini əsassız saydı
Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmış Mustafa Hacılının müraciəti əsassız sayılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 13-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
Onun sözlərinə görə, 8 saylı Binəqədi seçki dairəsindən Müsavat partiyasından deputatlığa namizədliyi qeydə alınmış Mustafa Hacılı müraciət edərək, seçki prosesində qanun pozuntularına yol verildiyini bildirib.
A.Muxtarova qeyd edib ki, müraciətlə bağlı 200-dən artıq fakt və əsaslar toplanıb. Müəyyən olunub ki, təqdim edilən şikayətlə bağlı müraciətin heç bir əsası yoxdur.
ZÜMRÜD