Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi
Rusiya altı Britaniya diplomatını casusluqda ittiham edib və onların akkreditasiyasını ləğv edib. BBC yazır ki, Dövlət Təhlükəsizliyi Xidməti onların fəaliyyətinin ölkənin təhlükəsizliyini təhdid etdiyini iddia edir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, onlar Britaniyanın Rusiyanı strateji cəhətdən məğlub etmək üçün beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsində iştirakını təsdiq edən sənədlər əldə edib.
“Britaniya beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşdirilməsində rol oynayıb. Bu siyasətin həyata keçirilməsini koordinasiya edən əsas qurum Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğudur”, - deyə məlumatda qeyd olunub.
Qeyd edilir ki, bu faktlara əsaslanaraq, Londonun bir çox qeyri-dost addımlarına cavab olaraq Rusiya Britaniya səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyasını ləğv edib.
TAHİR