Pentaqon İsraili Qəzzada strateji məğlubiyyətin mümkünlüyü barədə xəbərdar etdi
Qəzza zolağında əməliyyatların gedişində dinc fələstinlilərin müdafiə olunmaması İsraili strateji məğlubiyyət riski ilə üz-üzə qoya bilər. “The Hill” nəşri xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin deyib.
“Ağırlıq mərkəzi” mülki əhalidir. Əgər siz onları düşmənin qucağına sürükləsəniz, taktiki qələbəni strateji məğlubiyyətə çevirəcəksiniz”, – deyə Ostin vurğulayıb.
O qeyd edib ki, İsrail nümayəndələri ilə danışıqlar zamanı Qəzzada mülki əhali arasında itkilərin qarşısını almağa və anklava humanitar yardımın çatdırılmasını təmin etməyə çağırıb.
Pentaqon rəhbəri təsdiqləyib ki, Vaşinqton Yaxın Şərq münaqişəsinin həllini iki dövlətin yaradılmasında görür.