İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı
Sentyabrın 6-da İordan çayının qərb sahilində Fələstinə dəstək aksiyası zamanı başından vurularaq öldürülən türkiyəli aktivist Ayşenur Ezgi Eyginin cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.
26 yaşlı Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirlik əməkdaşları qarşılayıblar.
Türkiyəli aktivistin cənazəsi Türk Hava Yollarının təyyarəsi ilə İstanbula, oradan isə İzmirə yola salınıb.
Onun Aydında dəfn ediləcəyi qeyd olunub.
TAHİR