Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi
Rusiya Federasiyasının Baş Prokurorluğu Polşanın “Belsat” telekanalını “arzuolunmaz” təşkilatlar siyahısına daxil edib. Bu barədə prokurorluğun rəsmi “Telegram” kanalında məlumat verilib. Bəyanatda telekanalın “Qərb üçün faydalı şablonlar” yayımladığı və hədəf auditoriyasının Rusiya Federasiyası və Belarus vətəndaşları olduğu bildirilib.
Nəzarət orqanında hesab edirlər ki, əsas vəzifələrdən biri Rusiya hakimiyyətinin daxili və xarici siyasətini gözdən salmaq, ölkə ilə bağlı mənfi obraz yaratmaq və Rusiya və Belarus İttifaq dövləti çərçivəsində inteqrasiya proseslərini tənqid etməkdir. Baş Prokurorluqdan bildirilib ki, “Belsat” Polşa Xarici İşlər Nazirliyi ilə “Polşa Televiziyası” SC arasında bağlanmış müqavilə əsasında təsis edilən və bu qurumların vəsaiti hesabına maliyyələşdirilən telekanaldır.
Mətləb