"Formula 1"-ə görə bulvar ərazisinə giriş bağlanıb? - RƏSMİ AÇIQLAMA
Paytaxtımızda keçirilən “Formula-1” yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
O qeyd edib ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və “Formula 1”in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.
"Milli Parkın “Ağ şəhər bulvarı”, "Azneft meydanı"ndan “Bayıl bulvarı”na qədər olan hissəsi, həmçinin “Bayıl bulvarı”na giriş-çıxış isə sərbəstdir", - deyə Əfsanə Mehdiyevə bildirib.
Qeyd edək ki, bu il Bakının 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisi 2024 13-15 sentyabrda baş tutacaq.