Şabran sakininə qarşı 10 min manatlıq dələduzluq olundu
Şabran rayon sakininin aldadılaraq 10.000 manatının alınması barədə polisə məlumat daxil olub.
DİN-in məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb.
Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub.
Araşdırma aparılır.
ZÜMRÜD