Cümə axşamı günü, 17 iyul 2025
     

Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

Image

Abutalıb Səmədov: "Ermənistan tərəfin bu iddiaları da forumda ciddi fikir ayrılığı, hətta gərginlik yarada bilərdi"

Ermənistanda "İrəvan dialoqu" beynəlxalq forumu keçirilir. Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan bütün tərəfdaşlarına "İrəvan dialoqu" beynəlxalq forumunda iştirak etmək üçün dəvət göndərib. O deyib ki, Rusiya və Türkiyədən də nümayəndələr dəvət edilib.  

Rusiyadan yüksək rütbəli qonaqların niyə konfransda iştirak etməməsi ilə bağlı suala gəlincə, Karapetyan  "bu sualı Rusiya tərəfinə vermək daha düzgün olardı. Biz bütün tərəfdaşlarımıza dəvət göndərmişik. Heç kimdən rədd cavabı almadıq"- deyib. 

Erməni mətbuatının yazdığına görə, forumda nə Türkiyədən, nə də Rusiyadan nümayəndə iştirak edir.

Beləliklə, Rusiya və Türkiyənin Ermənistanın dəvətini saya salmadığı, bu tədbirə nümayəndə göndərmədiyi ortadadır. Məsələ burasındadır ki, erməni mediası və cəmiyyəti Rusiyanın bu dəvəti geri çevirməsindən daha çox narahatdır və suallar da əsasən bu səpkidədir. 

"Görünür, Rusiya nümayəndələrinin və Türkiyə təmsilçilərinin bu foruma gəlməmələrinin bir səbəbi də bu ehtimallarla bağlıdır" 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə  bildirdi ki, ermənilərin "İrəvan dialoqu" dedikləri forumda müzakirə olunan məsələlərə Rusiyanın və Ermənistanın münasibəti tamamilə fərqlidir. "Müzakirələrin gedişi göstərdi ki, bu forumda Rusiya nümayəndələrinin, eyni zamanda Türkiyə təmsilçilərinin iştirakı ciddi mübahisələr, ciddi fikir  ayrılıqları yarada bilərdi. Görünür, Rusiyanın və Türkiyənin nümayəndələri bunu nəzərə alıb tədbirə qatılmayıblar. Çünki bir tədbirdə bu qədər kəskin fikir ayrılıqları varsa, orda normal müzakirələrin getməsi də çətinləşə bilər. Son dövrlərdə Rusiya ilə Ermənistanın münasibətləri kəskinləşməkdə davam edir. Bu prosesə ermənilər İranı da qoşa bildilər. Lavrovun Bakı bəyanatından sonra İran Rusiya əleyhinə son illərdə heç vaxt rast gəlinməmiş kəskin bəyanatlar verdi, Rusiyanı xəyanətdə, İrana arxadan zərbə vurmaqda və sair məsələlərdə günahlandırdı. Nədən İran bu qəədr kəskin reaksiya verdi? Aydın deyil. "Zəngəzur dəhlizinin" açılması və ona Rusiya sərhədçilərinin nəzarət etməsi nədən İranı bu qədər qorxudur? Bu da hələ axıra qədər aydın deyil. Son dərəcə ziddiyyətli bəyanatlar var, parlamentdə yüksək vəzifəli deputatlar bir mövqe sərgiləyir, Xarici İşlər Nazirliyinin sözçüsü tamamilə başqa bir mövqedən çıxış edir və İranın kommunikasiyaların açılmasında maraqlı olduğunu bəyan edir. Onun da sözlərindən belə çıxır ki, Zəngəzur dəhlizinin açılması bölgədə sülhə xidmət edir. Bu şəraitdə İran nəyə görə Rusiyaya qarşı kəskin bəyanatlar verir? Zəngəzur dəhlizi məsələsi "İrəvan dialoqunda" müzakirə olunan əsas məsələlərdən oldu və Paşinyan yenə də özünün "sülh kəsişməsi" layihəsini reklam etməyə çalışdı, onun bölgədə əməkdaşlığı təmin edəcək bir layihə olduğunu dedi. Təbiidir ki, Azərbaycanın, Rusiyanın, eyni zamanda Türkiyənin bu məsələyə münasibəti tamamilə fərqlidir və üç dövlət hesab edir ki, Zəngəzur dəhlizi 10 noyabr bəyanatında nəzərdə tutulan qaydada açılmalıdır, orda maneəsiz hərəkət təmin olunmalıdır və Naxçıvandan Azərbaycanın digər ərazilərinə əsas yolda Kalininqrad modeli tətbiq olunmalıdır. Ermənilər bunu qəbul etmək istəmirlər və bu forumda da özlərinin haqlı olduğunu göstərməyə çalışdılar. Həm baş nazir, həm də xarici işlər naziri bu mövzuda gen-bol fikirlər, iddialar irəli sürdülər. Sülh sazişi ilə bağlı da, təbii ki, fikir ayrılıqları qalmaqdadır. 16 maddədən 13-ü razılaşdırılıb dedilər, geridə qalan 3 maddənin də bir hissəsi razılaşdırılıb və Ermənistanın baş naziri razılaşdırılmış məsələləri sülh sazişi şəklində imzalamağı təklif etdi. Azərbaycan, təbiidir ki, bununla razılaşmır. Çünki söhbət nəyin bahasına olursa olsun sülh sazişi deyilən sənədin imzalanmasından getmir, söhbət prinsipial məsələlərin, prinsipial fikir ayrılıqlarının aradan qaldırılmasından gedir ki, bölgədə və iki dövlət arasında sülhü təmin etmək, bundan sonra silahlı qarşıdurmanın qarşısını almaq mümkün olsun"- deyə A.Səmədov vurğuladı. 

A.Səmədovun fikrincə, son dövrlər bölgədə baş verən proseslərə münasibətdə Ermənistanın mövqeyi ilə Rusiya və Türkiyənin mövqeyi arasında çox ciddi fərqlər var. O qeyd etdi ki, Ermənistan üzləşdiyi məğlubiyyətlərində Rusiyanı günahlandırır, Rusiyanın öz öhdəliklərini yerinə yetirmədiyini iddia edir, eyni zamanda hərbi əməliyyatlarda Azərbaycanın təklikdə yox, Türkiyə və "muzdlu döyüşçülərlə" birlikdə iştirak etdiyini söyləyir. "Təbii ki, bu, həqiqətə uyğun olmayan iddialardır. Ermənistan tərəfin bu iddiaları da forumda ciddi fikir ayrılığı, hətta gərginlik yarada bilərdi. Görünür, Rusiya nümayəndələrinin və Türkiyə təmsilçilərinin bu foruma gəlməmələrinin bir səbəbi də bu ehtimallarla bağlıdır. Baxmayaraq ki, forumdakı çıxışlarında Paşinyan və Mirzoyan bu məsələlərə toxunmadılar, ancaq bunlar  Ermənistan cəmiyyətində daim müzakirə olunan məsələlərdir. Bu foruma gəlib-gəlməmək barədə qərar verərkən həm Rusiya, həm də Türkiyə təmsilçiləri qarşıya çıxacaq fikir ayrılıqlarını, yarana biləcək gərginlikləri mütləq nəzərə almalı idilər. Görünür, elə bu səbəbdən də Rusiya və Türkiyə bu tədbirdə iştirak etməmək qərarına gəliblər. 

Bütövlükdə, bu tədbirdə səslənən bəyanatlar, verilən təkliflər Azərbaycanla Ermənistan arasında, eləcə də bölgədə baş verən prosesləri anlamaq üçün, təbii ki, yaxşı imkan yaradıb. Burada söylənən fikirlər bir daha göstərir ki, yaxın vaxtlarda həm kommunikasiyaların açılması ilə bağlı irəliləmək mümkün olmayacaq, çünki buna Ermənistanın mövqeyi imkan verməyəcək, həm də sülh sazişinin imzalanması istiqamətində irəliyə doğru addım atmaq çox çətin olacaq". 

A.Səmədovun sözlərinə görə, bütün bunlara baxmayaraq, hələ ümidlər qalmaqdadır. O, sülh sazişi ilə bağlı təklif edilən 16 maddənin razılaşdırılmamış üç maddəsi ilə əlaqədar irəliləyişə nail olmağın mümkün olduğunu güman edir. A.Səmədovun fikrincə, bunun üçün Qərb, həmişə etdiyi kimi, ən azından sülh danışıqlarının ilk dövrlərində, 2022-ci ilin ortalarından başlayaraq Ermənistana etdiyi təzyiqləri davam etdirməlidir, çünki təzyiq olmadan Ermənistan hakimiyyətinin konstruktiv mövqe tutması mümkünsüzdür. O bildirdi ki, bunu son illərin hadisələri də aydın şəkildə göstərdi. "Əgər Qərb bölgədə sülhün olmasını istəyirsə, "Zəngəzur dəhlizinin" açılmasında maraqlıdırsa Ermənistana zəruri təzyiqlər göstərməlidir ki, sülh sazişinin imzalanması mümkün olsun. 

Bir daha Rusiyanın və Türkiyənin bu forumda nədən iştirak etmədiyi sualına aydınlıq gətirərək onu demək olar ki, bu tədbirdə müzakirə olunan əsas məsələlərə münasibətdə Ermənistanla Rusiya və Türkiyə arasında çox ciddi fikir ayrılıqları var və bu da forumda müəyyən gərginlik yarada bilərdi. Görünür, bunu nəzərə alan Rusiya və Türkiyə təmsilçiləri heç bir perspektiv görmədiklərinə, heç bir normal müzakirənin mümkünlüyünə inanmadıqlarına görə "İrəvan dialoqunda" iştirak etməmək barədə qərar qəbul ediblər. Baxmayaraq ki, onların iştirakı çox maraqlı olardı, çoxlu həqiqətlərin üzə çıxmasına səbəb olardı və erməni mövqeyinin nə qədər qeyri-konstruktiv olduğunu bir daha hamıya nümayiş etdirərdi. Bu baxımdan, biz təəssüf edirik ki, orada Ermənistanın mövqeyinə alternativ olan fikirlər səslənmədi və bu da, təbii, Ermənistanı qane edən bir məsələdir"-deyə A.Səmədov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910