İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb. Bu barədə İran mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.
İranın dövlət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir. Bu, onun prezident kimi ilk xarici səfəridir.
Mətləb