Şənbə günü, 12 iyul 2025
     

Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

Image

Ermənistan hökuməti Qarabağın keçmiş separatçı liderlərinə regionun və Qarabağdan köç etmiş ermənilərin hüquqi nümayəndələri kimi baxmır. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib: "Hüquqi baxımdan Dağlıq Qarabağ vahid kimi mövcud deyil. Söhbət yalnız bizim köç etmiş soydaşlarımızdan gedir və Ermənistan hökuməti onların problemlərini mükəmməl şəkildə həll edir".

Qarabağın erməni əhalisi regionu Azərbaycanın bölgədə 2023-cü ilin sentyabrında keçirdiyi hərbi əməliyyatdan sonra, demək olar, bütünlüklə könüllü şəkildə tərk edib. Baş nazir Nikol Paşinyanın siyasi komandasına daxil Alen Simonyan isə qeyd edilən bəyanatı Ermənistan parlamentindəki müxalifət deputatlarının izahat tələbindən sonra verib. Bu deputatlar Simonyandan nə üçün Ermənistan və Qarabağ parlament komissiyalarının birgə sessiyasının keçirilməsini bloklamasının səbəbini izah etməsini tələb etmişdilər. Azərbaycan hələ Qarabağ üzərində suverenliyini bərpa etməzdən əvvəl, onilliklər ərzində belə sessiyalar müntəzəm olaraq keçirilib. Simonyan müxalif deputatların tələblərinə belə cavab verib: "2021-ci ildə bir iclas keçirilib, bir müddət sonra ikinci iclasın keçirilməsi planlaşdırılırdı, lakin "Qarabağ parlamentinin" ovaxtkı sədri səhhətində yaranan problemlərə görə iclasın ləğv edilməsini xahiş edib. Düşünürəm ki, biz bu formatın ləğvi üzərində çox ciddi şəkildə işləməliyik, Dağlıq Qarabağ rəsmiləri artıq mövcud deyillər və Ermənistanda daha heç kəsin belə statusu yoxdur. "Qarabağ respublikası" onun öz rəsmilərinin qərarı ilə buraxılıb. "Qarabağ hakimiyyəti" hər şeyi təhvil verdi və helikopterə minib Ermənistana qaçdılar. İndi də gəlib burada "Qarabağ nümayəndəliyinə" toplaşıblar, öz günahlarını təmizləməyə çalışırlar. Onlar bunu təmizləyə bilməyəcək. Biz "Qarabağ nümayəndəliyinin" də ləğvini nəzərdən keçirməliyik. Hesab edirəm ki, "nümayəndəliyin" yerləşdiyi bina artıq belə şeylər üçün istifadə edilməməlidir. Münasibətlər də yalnız iki tərəf olduqda mümkündür. Şəxsən mən bəzi naməlum şəxslərin iştirakı ilə iclas keçirə bilmərəm". Simonyan bunları deyərkən Qarabağın son separatçı lideri Samvel Şahramanyanın Azərbaycanın Qarabağ üzərində nəzarəti ələ almasından bir həftə sonra imzaladığı "fərmana" istinad edib. Şahramanyan həmin "fərmanı" 2023-cü ilin dekabrında ləğv etdiyini bildirmişdi. O iddia edirdi ki, "fərmanı" Qarabağ ermənilərinin bölgədən salamat çıxa bilmələri üçün məcburiyyət qarşısında imzalayıb. Ermənistanın müxalifət deputatlarından Artur Xaçatryan da Şahramanyanın "fərmanına" haqq qazandırıb. Bununla belə, parlament sessiyasından sonra jurnalistlərlə söhbətində Simonyan deyib ki, "Dağlıq Qaarabağın prezidenti mənim üçün mövcud deyil". Spiker əlavə edib ki, Qarabağ ermənilərinin İrəvandakı nümayəndəliyinə vaxtilə verilmiş binanın məqsədəuyğunluğu məsələsinə baxılmalıdır. Xatırladaq ki, xüsusi təyinatlı polislər iyunun 21-də həmin nümayəndəliyin iqamətgahına reyd keçirmiş və Şahramanyanın xidməti avtomobilini həbs etmişdilər. Paşinyan Şahramanyanı Qarabağ ermənilərini İrəvanda keçirilən antihökumət mitinqlərində iştiraka təhrikdə ittiham edirdi. Bundan əvvəl Paşinyan iddia etmişdi ki, Qarabağın separatçı liderləri və Ermənistan müxalifəti erməni əhalinin bölgədən çıxmasını istəyirdi və buna görə də Azərbaycanın hərbi əməliyyatına heç bir müqavimət göstərilməyib.

Ermənistan müxalifətinin "Hayastan" fraksiyasının liderlərindən İşxan Saqatelyan deyib ki, Paşinyan Qarabağın iflası üçün məsuliyyəti boyundan atmaqda davam edir. Paşinyan dəfələrlə işarə edib ki, Qarabağ məsələsi onun administrasiyası üçün artıq qapanıb. O, Azərbaycanın bölgə üzərində suverenliyini rəsmən tanıyıb. Müxalifətçi deputat Artsvik Minasyan Alen Simonyana qarşı çıxışında Paşinyan iqtidarını Türkiyə və Azərbaycanın siyasətini həyata keçirməkdə və dəstəkləməkdə ittiham edib. Buna cavab olaraq Alen Simonyan baş verənlərdə keçmiş hakimiyyəti ittiham edib: "Ermənistan Qarabağı əldə saxlamaq üçün sərmayə qoydu, sonunda bəzi şəxslər üçün malikanələrin tikintisinə nail olduq. Ermənistan öz övladlarını qurban verdi, xalqdan dövlət büdcəsini kəsdi və hamı üçün Qarabağın mövcudluğunu təmin etdi. Nəticədə, qeyd edildiyi kimi, biz ancaq bəzi şəxslər üçün malikanələrin tikintisinə nail olduq". Minasyan buna cavabında bildirib: "Dağlıq Qarabağ Respublikası" ifadələri hüquqi ifadə kimi Ermənistanın bir çox qanunlarında var". Bu fonda hesab edilir ki, Ermənistan təkcə konstitusiyasında yox, digər hüquqi sənədlərində də Azərbaycana qarşı bütün ərazi iddialarını ləğv etməlidir. Xatırladaq ki, konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin "Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib. Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib. Həm bu, həm də digər qanunvericilik aktlarında ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsi zəruri şərt kimi çıxış edir. 

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910