Çərşənbə günü, 23 iyul 2025
     

Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

Image

Məhərrəm Zülfüqarlı: "Çox təəssüf ki, nazir çox mücərrəd danışdı və bununla da vəzifəsini bitmiş hesab etdi"

Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb. Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.

Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Elmi rəqəmlərlə ölçməyin mümkün olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son on il ərzində bu sahədə xeyli müsbət işlər görülüb.

Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsinin vacibliyini vurğulayan E.Əmrullayev dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirildiyinə diqqət çəkərək, proqram çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və öz biliklərini paylaşmasının vacibliyini qeyd edib. Nazir xaricdə yaşayan alimlərimizdən gözləntilərin çox olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri forumda Azərbaycan elminin problemlərindən danışıb, amma konkret nümunələr çəkməyib, Azərbaycan elmində hansı problemlərin olduğunu dilə gətirməyib. Onun çıxışından başa düşmək olmur ki, Azərbaycan elminin problemi nədir? 

Bu forum Azərbaycan elminin bugünkü problemlərini alimləri qane edəcek qədər təhlil edə bildimi? Problemə nüfuz edə bildimi? Onun nəticələrini qənaətbəxş hesab etmək olarmı?

"Nazir öz çıxışında Azərbaycan elminin bugünkü problemlərini bizi qane edəcək səviyyədə təhlil etmədi, məsələlərin üstündən keçdi" 

Professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, forumda Azərbaycan elminin konkret problemlərinin qaldırılmaması təəssüf doğurur. M.Zülfüqarlı hesab edir ki, nazir birbaşa problemlərin üstünə getməli idi və onları bir-bir qeyd etməli, səbəblərini açıqlamalı idi. Professor Zülfüqarlının fikrincə, o halda bu forumun ilkin nəticələri alimlər, elm adamları üçün qənaətbəxş sayıla bilərdi.  "Bu cür forumların, tədbirlərin keçirilməsini müsbət qiymətləndirmək olar. Yəni xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin vətənpərvərlik hissi, Azərbaycana bağlılığı, xaricdə Azərbaycana dəstək vermələri baxımından bu əlamətdardır. Amma daxildəki  vəzifəli şəxslərin, nazirin və digər vəzifə sahiblərinin fikirləri isə reallıqdan uzaqdı.

Elm və təhsil nazirinin çıxışında bildirilir ki, elm və təhsil sahəsində müəyyən problemlər var. Çox təəssüf ki, nazir çox mücərrəd danışdı və bununla da vəzifəsini bitmiş hesab etdi. O, mücərrəd fikirlər irəli sürdü.  Məncə, bu, məsələyə qeyri-ciddi münasibət bəsləməyin nəticəsidir. Yəni nazir  elm sahəsindəki konkret problemlərə toxunmalı və açıqlama, izah verməli idi. Eyni zamanda keçmiş dövrlə müqayisə aparmalı idi ki, son illər Azərbaycanda elmlə məşğul olanların sayı nə qədər azalıb, bunun obyektiv və subyektiv səbəbləri nədir. Bunlara aydınlıq gətirməli idi ki, indiyə qədər açıq qalan suallar qapadılsın.

Elm və təhsilin problemləri həddən artıq çoxdur. Nazir bunları bir-bir qeyd etməli idi. Orta məktəblərin yuxarı siniflərində dərsdən yayınmalardan, repetitorluğun geniş yayılmasından danışsaydı yaxşı olardı. Bundan başqa, müəllimlərin sosial problemlərindən, əməkhaqlarından danışmalı idi. Amma bunların üstündən keçib "elm və təhsil sahəsində müəyyən problemlər var" deməklə tribunada boğazdan yuxarı danışmaq heç də elmin problemlərinin həllinə kömək etmək deyil. Orqanizm xəstədirsə onu müalicə etmək lazımdı, o xəstəliyi gizlətmək lazım deyil. Azərbaycan elm və təhsilinin problemlətinin ən başlıca səbəbi isə müəllimlərin və elmlə məşğul olan şəxslərin əməkhaqqının aşağı olmasıdır. Əgər bu gün nazir bilmirsə, ona deyim ki, elmlər namizədi diplomu almışların maaşına 60 manat, elmlər doktoru alimlik dərəcəsi almış insanın maaşına isə 40 manat əlavə olunur. Yəni bu da cəmi 100 manat edir. Deyirlər ki, elmlər doktorunun maaşı müdafiədən sonra 100 manat artıb, amma belə deyil, cəmi 40 manat artıb. Mənə elə gəlir ki, nazir buna toxunmalı və orada bu maaşların bir neçə dəfə artacağını deməli idi. Bu artıq problemin həllindən xəbər verərdi. Yoxsa xaricdən hörmətli alimləri dəvət edib onların yanında mücərrəd danışmaqla problemləri həll etmək mümkün deyil. İkincisi, elm və təhsil naziri maraqlanmalıdır ki, nəyə görə xaricdə yaşayan insanlar oradan Azərbaycana qayıtmaq istəmir  və qalıb orada elmlə məşğul olurlar. Bir müqayisə aparıb görsün ki, onları işləmək üçün bura dəvət etmək mümkündürmü? Onlar burada işləməyə razılıq versələr, gərək xaricdə aldıqları əməkhaqqı qədər maaşla təmin olunsunlar. Bu da mümkün deyil. Ona görə də, mənə belə gəlir ki, belə forumlar sovet dövründə olduğu kimi şüarlara, bəzəkli sözlərə yox, reallığa söykənməlidir. Reallıq da, dediyim kimi, bilavasitə elm və təhsil sahəsində ciddi problemlərin olmasıdır. Nazir "müəyyən problem" deyir, biz isə ciddi problemlərdən danışırıq".

M.Zülfüqarlının sözlərinə görə, Elm və Təhsil Nazirliyi elm və təhsil sahəsində mövcud olan bir çox problemlərə ciddi yanaşmır. Ali məktəblərdə "Azərbaycan tarixi" fənninin saatının yarıbayarı azaldılmasının buna örnəklərdən biri olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, bu onda və digər mütəxəssislərdə acı təəssüf doğurur: "Məsələn, sizə öz sahəmə aid bir fakt deyim. "Azərbaycan tarixi"nin tədrisi Azərbaycan dövləti üçün çox vacibdir. Çünki 44 günlük Vətən müharibəsində qazanılmış qələbədən sonra Azərbaycan xalqı dünyada böyük bir uğur qazandı, torpaqları azad etməklə xalqımızın beynəlxalq aləmdə nüfuzu çox yüksəldi. Prezidentin 44 günlük müharibənin gedişində verdiyi müsahibələr çox ciddi şəkildə təbliğ olunmalıdır. Mən özüm şəxsi təşəbbüsümlə və QHT-lərin adı ilə bir neçə dəfə Elm və Təhsil Nazirliyinə müraciət etmişəm ki, "Azərbaycan tarixi"nin dərs saatları artırılsın. Çünki əvvəllər universitetlərdə 120 saat idisə, indi 60 saata endirilib və 30 saatı mühazirə, 30 saatı seminardı. Bu 30 saatda isə cəmi 15 mövzu keçmək olur. Yəni burda  qəhrəmanlıqların təbliğinə yer qalmır. Çünki son dövrün təbliği üçün azı 30 saat lazımdı. Xahiş edirdik ki, bu saatlar artırılsın, elə bil ki, o məktublar, o müraciətlər gedər-gəlməzə getdi, heç birinə cavab verilmədi. Nazir bundan danışsın ki, Azərbaycan xalqı kimi qəhrəman bir xalqın qəhrəmanlığının təbliği üçün gərək olan "Azərbaycan tarixi"nin dərs saatını niyə 120 saatdan 60 saat endiriblər? Problemin həllindən danışırıqsa, mənə elə gəlir ki, bu 120 saat 60 endirilməli deyildi, əksinə, 200 saat edilməli idi. Eləcə də digər sahələrdə vəziyyət belədir. Akademiyadakı işçilərin əmək haqqına baxın. Elmlər doktoru cəmi 700 manat maaş alır. Bundan danışmaq lazımdır. Qiymətlər də gündən-günə artır. Yəni iqtisadçılar bunu daha yaxşı bilirlər, bazis və üst qurum məsələsi var. Elm və təhsil üst qurumdu, bazis isə iqtisadiyyatdır. Onun bazasını artırmaq lazımdır. Çünki elm adamlarının sosial problemləri həll olunmasa, əməkhaqqı artırılmasa problemin həlli mümkün deyil. Bunu keşmiş təhsil naziri Misir Mərdanov da demişdi ki, belə az maaşla heç bir müəllim yüksək səviyyədə dərs deyə bilməz. Çox təəssüf ki, o boyda forumda nazir problemlərin heç birindən danışmayıb, ancaq elm və təhsil sahəsində "müəyyən problemlər var" deməklə öz işini bitmiş hesab edib. Mənə elə gəlir ki, müəyyən problemlər nazirlikdə işləyən, təhsili bilməyən, təhsildən xəbərsiz olan kadrlarla bağlıdır. Çünki orda oturan şəxslərin özləri dərs desəydilər, uzun müddət müəllimlik etsəydilər təhsilin problemlərini bilərdilər və həllinə də yaxından dəstək verərdilər. Amma çox təəssüf ki, nazirlikdə işləyənlərin mütləq əksəriyyəti nə elm, nə də təhsil sahəsini yaxından bilir. Onlar bu sahələrdən xəbərsizdirlər. Özləri də cavan kadrlardı. Fikir verin, elm və təhsil nazirinin özünün elmi dərəcəsi olmaya-olmaya böyük elmi-tədqiqat institutlarına, akademiklərə rəhbərlik edir. Elm sahəsinə elmi işlə məşğul olan, elmi dərəcəsi olan insan rəhbərlik etməlidir. Təhsildə isə təhsillə məşğul olan, təhsili yaxından bilən insan rəhbər olmalıdır. O ən azı bilməlidir ki, müəllim gedib auditoriyada 90 dəqiqə o əziyyəti çəkir, tələbəyə, şagirdə elm öyrədirsə, onlarda öz fənninə məhəbbət yaradırsa əsl müəllim odur. Amma onu dediyim prosesdə iştirak edənlər bilər. 

Çox təəssüf ki, bizim gözləntilər özünü doğrultmur. Şəxsən mən bu forumun nəticələrinin elm və təhsilin problemlərinə hər hansı bir müsbət təsir edəcəyinə inanmıram. Nazir öz çıxışında Azərbaycan elminin bugünkü problemlərini bizi qane edəcək səviyyədə təhlil etmədi, məsələlərin üstündən keçdi. Yəni biz bunu müşahidə etdik. 

Gələcəkdə də sovet dövründən qalmış bu formalizmindən uzaqlaşmaq və real təkliflərlə çıxış etmək, problemlərin həllinə ciddi yanaşmaq,  bu problemin doğrudan da həll olunmasını istəmək lazımdır ki, nəyəsə nail ola bilək".

M.Zülfüqarlı bildirdi ki, xarici ölkələrdə yaşayan və nüfuzlu elmi mərkəzlərdə, tədris müəssisələrində fəaliyyət göstərən alimlərimizin gördüyü işlər, apardıqları tədiqatlar, əldə etdikləri elmi nəticələr xalq olaraq bizi fərəhləndirir. O qeyd etdi ki, o alimlərin qazandığı nailiyyətlər bir nümunədir. Professor Zülfüqarlı bununla belə qeyd etdi ki, xaricdə yaşayan alimləri və xaricdə təhsil alan gəncləri Azərbaycana gətirmək üçün konkret işlər görülməli, elmin köklü probelmləri aradan qaldırılmalı və hər bir alimə normal əməkhaqqı verilməlidir. O hesab edir ki, elmin problemləri həll edilərsə, biz o alimləri də ölkəmizə cəlb edə bilərik. 

İradə SARIYEVA  



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910