Şoyqu son nöqtəni qoydu - Ukrayna ordusu Kurskdan çıxmayana qədər heç bir danışıqlar olmayacaq...
Ukrayna Silahlı Qüvvələrini Rusiya ərazisindən çıxarmayana qədər heç bir danışıqlar olmayacaq. Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Serqey Şoyqu “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Şoyqu deyib ki, Ukraynanın Kursk Atom Elektrik Stansiyasında nüvə terroru həyata keçirmək istəyi terrorizmin ən yüksək səviyyəsidir.
“Biz onları öz ərazimizdən çıxarmayana qədər, təbii ki, heç bir danışıqlar aparmayacağıq. Çox vacib bir məqam var, bu Kurskdur. Biz terrorçularla heç bir danışıqlar aparmamışıq, indi də aparmırıq və gələcəkdə də aparmayacağıq. Çünki Kursk Atom Elektrik Stansiyasında nüvə terrorunun həyata keçirilməsi terrorun ən yüksək səviyyəsindən başqa bir şey deyil. Onların Kursk Atom Elektrik Stansiyasını ələ keçirmək istəyi və cəhdi var idi, xoşbəxtlikdən bu baş vermədi” – deyə Şoyqu qeyd edib.
TAHİR