İsveçrə Rusiyanın 8 milyard dollarını mənimsədi...
Qərblə gərginlik yaşayan Rusiya daha bir maliyyə zərbəsi alıb. Bu dəfə İsveçrədən. Belə ki, İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı - 8,8 milyard dollarlıq aktivlərini dondurduğunu elan edib. “Reuters” agentliyi İsveçrənin hökumət orqanlarına istinadən məlumat yayıb.
Xəbərdə deyilir ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi 7,7 milyard məbləğin yekun olmadığını və dəyişdirilə biləcəyinə də aydınlıq gətirib. “Sanksiyalar siyahısına yeni şəxslərin əlavə edilməsi və ya çıxarılması, habelə əlavə aktivlərin dondurulması və ya dondurulması ilə bağlı məhkəmə prosesləri səbəbindən dəqiq rəqəm söyləmək çətindir”, - qurumun açıqlamasında deyilir. Yenilənmiş məlumatların İsveçrə banklarının hökumətə hesabat verəcəyi 2024-cü ilin ikinci rübünün sonunda gözlənilir.
Mətləb