Nazirlik olmayan bir ölkə ilə saziş imzaladı - Cənubi Amerikada güldürən hadisə...
Paraqvay Kənd Təsərrüfatı Nazirliyinin katibi Arnaldo Çamorro, “Kailasa Birləşmiş Ştatları” adlı bir ölkə ilə saziş imzalayıb. Lakin sonradan “Kailasanın” uydurma, mövcud olmayan bir ölkə olduğu ortaya çıxıb və nazirlik rəsmisi istefa verməli olub.
Bildirilib ki, “Kailasa Birləşmiş Ştatlarından” olan nümayəndələr oktyabr ayında Paraqvayda Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüşüb və diplomatik əlaqələrin qurulması barədə razılığa gəliblər.
Ölkə haqqında heç bir məlumatı olmadığını etiraf edən Çamorro, müqaviləni saxta ölkənin rəsmilərinin suvarma kimi mövzularda Paraqvaya kömək edəcəyinə söz verdiyi üçün imzaladığını bildirib.
Qalmaqal ölkədə gülüş obyektinə çevrilib. Hökumət isə Çamorronun yerinə başqa bir adamın təyin olunduğunu açıqlayıb.
Bu hadisə ilə yanaşı Hindistandan qeyri-qanuni bir qrupun uydurduğu ölkəyə Cənubi Amerikadakı digər ölkələrin də aldandığı ortaya çıxıb.
TAHİR