Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti müşahidə ediləcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən sarı xəbərdarlıqda bildirilib. Sarı xəbərdarlığa uyğun olaraq, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Mətləb