Putindən yeni hərbi addım - Müdafiə Nazirliyi prezidentin qərarını NATO-ya cavab adlandırdı
Rusiya prezidenti Vladimir Putin Rusiya ordusundakı əsgərlərin sayını təxminən 170 min nəfər artıraraq, hərbi personalın ümumi sayını 2 milyon 209 min çatdırıb.
Putinin imzaladığı fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon 320 mini əsgər olmaqla 2 milyon 209 min 130 nəfər müəyyən edilib.
Putinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən əvvəlki fərmanına əsasən, Rusiya ordusunda şəxsi heyətin sayı 1 milyon 150 min 628 əsgər olmaqla 2 milyon 39 min 758 nəfərdən ibarət olub.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada son fərmanla ordudakı əsgərlərin sayının təxminən 170 min artdığı xatırladılıb. Bununla yanaşı vətəndaşların məcburi hərbi xidmətə cəlb olunmasını əhəmiyyətli dərəcədə artırmaq planının olmadığı da vurğulanıb.
Açıqlamada Rusiya ordusunun sayının artmasının Ukraynada “xüsusi hərbi əməliyyat” keçirməsi və NATO-nun davam edən genişlənməsi fonunda Rusiyaya qarşı təhdidlərin artması ilə bağlı olduğuna diqqət çəkilib: “Mövcud şərtlərlə silahlı qüvvələrin sayının və döyüş gücünün əlavə olaraq artırılması NATO blokunun aqressiv fəaliyyətinə uyğun bir cavabdır”.
TAHİR