Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ Konstitusiyasına 25-ci düzəlişin Konqresin vitse-prezident Kamala Harrisə “Co Baydenin səriştəsizliyini ört-basdır etdiyinə” görə impiçment elan etməsinə imkan verən düzəlişi dəstəkləyir. Bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, Viskonsin ştatının Mosinee şəhərində tərəfdarları ilə görüşü zamanı Tramp vitse-prezident Kamala Harris və Demokratları Baydenin sağlamlıq vəziyyətini və onun əqli qabiliyyətlərini ört-basdır etməkdə günahlandırıb.
“Əgər bunu etsəniz, bu, dərhal impiçment və vəzifədən uzaqlaşdırılmaq üçün əsas yaranacaq” – Tramp bildirib.
TAHİR