Çərşənbə günü, 28 may 2025
     

Zəngəzur mahalının işğalı...

Image

1828-ci ilədək Qarabağ xanlığı inzibati-ərazi vahidi kimi Bütöv Azərbaycanın tarixi-coğrafi bölgəsi olan Zəngəzur mahalının şərq hissəsini də (Basarkeçər dağlıq silsiləsinin şərq qurtaracağından cənuba doğru-Mehri dağlıq qurşağının Araz çayına qovuşan ətəklərinədək, Mehri nahiyəsi əraziləri daxilində) əhatə etmişdir.

Bölgə çar Rusiyasının işğalı nəticəsində, 1826-1828-ci illərdə Qacarlar sülaləsinin İran dövləti ilə Rusiya arasındakı müharibənin nəticəsində bağlanılmış 13 fevral 1828-ci il tarixli Gülüstan müqaviləsinə əsasən idarəetmə sistemi dəyişilərək 1830-cu ildən başlayaraq Yelizavetpol quberniyasına daxil edilmiş, ərazisində Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan köçürülən 4 mindən çox ibtidai insan-hay sürüsü qəbiləsi yerləşdirilmişdir.

Qərbi Azərbaycanın Dərələyəz (Küküdağ zirvəsi, 3113 m) və Basarkeçər dağlıq silsilələrinin (Basarkeçər zirvəsi, 3522 m) cənub-şərq, cənub ətəklərindən Araz çayınadək, eləcə də Zəngəzur sıra dağlarının suayrıcısından (Qapıcıq-3906 m və Qazangöl-3829 m zirvələrindən) Şərqə doğru Qarabağ dağlıq yaylasının qərb yamaclarınadək əhatə edən sahə, o cümlədən Sisakan yaylası, (Dəvəbeli zirvəsi, 3300 m), ümumilikdə tarixi-coğrafi Zəngəzur bölgəsi e.ə. III-II minilliklərdə müasir Bütöv Azərbaycanın Türk-Müsəlman xalqının milli-etnogenezisini formalaşdıran qəbilə-tayfa, dövlət birliklərinin-Midiya, Atropatena, Skif-Sak-İskit, Kimmer-Massaget, Xəzər, Albaniya...ali idarəetmə sistemlərinin mövcud olmuş məkan hüdudlarıdır.

Qarakilsə/Sisakan, Qapan, Mehri, Gorus, Laçın, Qubadlı və Zəngilan nahiyələrini (Oxçuçay, Bazarçay, Həkəri və Araz çay hövzələrini) əhatə edən, 4505 kv.km ərazisi olan bu bölgənin şərq hissəsi Qarabağ bəylərbəyliyinin (XV-XVII əsrlərdə) və xanlığının (XVIII-XIX əsrlərdə) tabeliyində, qərb hissəsi isə Çuxur-Seyid/Səəd bəylərbəyliyi və Naxçıvan/İrəvan xanlıqları idarəçiliyində olmuşdur. 

Təbii-coğrafi şəraitinin özünəməxsusluğu, relyef-landşaft strukturunun mürəkkəbliyi, tarixi maddi-mədəni irsinin qədimliyi, etno-milli demoqrafik tərkibinin dəyişməzliyi...ifadə olunan Zəngəzur bölgəsi Türk-Müsəlman dünyası mədəniyyətinin təşəkkülü mərhələsini də özündə yaşatmaqdadır. 

Qara dəniz hövzəsini əhatə edən ərazilərdə məskunlaşmış əski Türkdilli tayfalardan olan İskit/Sak tayfalarının məskunlaşma ocağı-Sisakan ərazisi ("Syunik/Sünik" toponimi "Sisakan" terminindən yaranmışdır) və ya Sünik yaylası Zəngəzur mahalı daxilində tarixi-coğrafi əhəmiyyət kəsb etmişdir (S.V.Yuşkov, "Qədim Albaniyanın sərhədləri barədə", SSRİ EA-nın Tarixi icmalı, Moskva şəhəri, I cild, 1937-ci il, səh.137). 

Sünik/Syunik ərazisinin əslində Sisakan ("Sakların ocağı" anlamını verən) mahalı ilə eyni coğrafi məkan olduğunu VII əsr Alban tarixçisi M.Kalanğatlının "Alban tarixi" (ak.Z.M.Bünyadovun (1921-1997) tərcüməsi, 1993-cü il, səh.33), tarixçi, din xadimi S.Orbelyanın (1250-1304) "Sisakan vilayətinin tarixi", Venetsiya şəhərindəki Katolik Mxitarlar məclisinin, Moskva Arxeologiya Cəmiyyətinin üzvü Q.Alişanın (1820-1901) "Sisakan" (Venetsiya şəh., 1893) əsərlərində də qeyd edilmişdir.

Hazırda Qapan şəhərindən 1 km Şərqdə, Oxçu çayının sol sahilində Syunik/Sünik  kəndi yerləşir.

Sisakan/Syunik yaylasında aşkar edilən eramızdan əvvəlki minilliklərə aid  daş-qaya (qəhvəyi və qara rəngli) lövhələrində nəqşlənən (ceyran, qurd, at, qoç, dağ keçisi...) rəsmləri Qobustan qayalarının oxşarı kimi qiymətləndirilir, tapılma tarixləri də eynidir, 1967-1968-ci illərdə, Dəvəbeli yaylaqlarında, Keşişkənd, Qarakilsə nahiyələrində, Arpa, Alagöz, Bazarşay çaylarının mənbələri yaxınlığında. El arasında "keçi hərflərlə" işarəli qayaüstü rəsmlərin-naxışların həkk olunduğu bu daş "abidə"lərlə (piktoqramlarla) yanaşı ərazidə əski yurd ocaqları, qəbirlər, ibtidai daş hörgülü bünovrələrə də rast gəlinir ki, bu qiymətli artefaktla bağlı hələ XX əsrin əvvəllərində ilkin tarixi-arxeoloji araşdırmalar aparılmışdır. 

Maddi-tarixi zənginliyi ilə fərqlənən Zəngəzur mahalı tarixi dövrlərdə idarəetmə sisteminin etno-milliliyi ilə də seçilmişdir.

Orta əsrlərin son mərhələsində (XV-XVI əsrlərdə) Göyçə mahalı (Qaraqoyunlu vadisi, Şahdağ hövzəsi, Basarkeçər dağlıq silsiləsi...), Qarabağ, Şərur-Dərələyəz mahalı isə (Ağrıdağ-Arazboyu düzənliyi, Ağbaba-Şörəyel, Zəngi nahiyələri, Arpaçay hövzəsi...) Çuxur-Seyid/Səəd bəylərbəyliklərinin inzibati-ərazi vahidlikləri hüdudlarına daxil olmaqla Zəngəzur mahalının şərqi - Qarabağ yaylası, Bərgüşad çayı ətrafları...), eləcə də qərb və şimal-qərb hissələri (Qazangöl yüksəkliyi, Mehri dağlıq silsiləsi (ən uca zirvəsi Bəyboğan, 3249 m), Oxçuçay və Gığıçayın yuxarı axarları...) bu idarəetmə sistemləri arasında bölünmüşdür. 

Əski tarixi mənbələrdə qeyd olunduğu kimi, Türkdilli tayfalardan olan Skit/Sak qəbilələrinin coğrafi məkanlarından biri olan tarixi Sisakan/Sakasen bölgəsi bu döyüşcül və tərəkəmə elatının nəinki Böyük Qafqazın cənub yamaclarında (Sakaşena/Şəki şəhəri, Ləngəbiz yaylasında Sakqalan dağı...), Qarabağ dağlıq silsiləsi və yaylasında (ƏrSak/ArSak mahalı), həm də Qərbi Azərbaycanın Oxçuçay, Bazarçay və Gığıçay hövzələrində məskunlaşdıqları Sakı/Şəki kəndi... timsalında Türk-Müsəlman dünyasının bir parçası kimi (eyni zamanda Syunik/Zəngəzur hövzəsi timsalında) tarixi-coğrafi dəyər kəsb etməkdədir. Məhz bu baxımdan (mühüm strateji əhəmiyyətliliyi nəzərə alınmaqla) Sisakan/Syunik/Zəngəzur mahalı ayrı-ayrı dövlətlərin siyasi-hərbi maraqlarına hədəf olmuş, ilk növbədə hay kilsəsinin kəşfiyyat səciyyəli məlumatları və xəyanətkar fəaliyyəti nəticəsində iri dövlətlərin siyasi-hərbi toqquşma meydanına çevrilmişdir. 

Orta əsrlərin son mərhələsində (XVII-XVIII əsrlərdə) Çar Rusiyası bu sırada xüsusilə fərqlənmişdir. Tarixi faktlar bir daha sübut etmişdir ki, mürtəce və dinsiz hay kilsəsi məhz Qarabağ/Zəngəzur bölgəsinin hay icmalarının qüvvəsindən istifadə edərək XVII-XVIII əsrlərdə Rusiya hökmdarı I Pyotrla (1672-1725) sıx siyasi-hərbi əlaqələr yaratmaqla (eləcə də, həmin dövrdə Gürcüstan hakimi VI Vaxtanqla 22 may 1722-ci ildə görüşməklə) Bütöv Azərbaycan dövlətçiliyinin parçalanmasını qarşısına məqsəd qoymuşdur. Məhz bu niyyətlə 2 min nəfərlik nizami-silahlı dəstələr Tiflis şəhəri istiqamətindən Gəncə şəhərinə yürüş edərək Ağsuçay-Gəncəçay sahillərində hərbi düşərgələrdə yerləşdirildi, ətrafdakı hay quldur birləşmələri ilə birlikdə zərbə qüvvələri yaratdılar. I Pyotrun hərbi-taktiki məqsədlərinə (silah-sursatal təmin edilməklə) uyğun olaraq birləşmiş gürcü-hay silahlılarının Qarabağa və Çuxur Seyid/Səid bölgələrinə təşkil edilən hücumlarına qoşulan yerli hay məlikləri təlimlərini Gəncəsər-Alban məbədini özünə qərargah etmiş baş hay keşişi  Esayi Cəlalyandan alırdılar. Onlara kömək üçün Şirvan mahalından Avan yüzbaşı və keşiş Minas başda olmaqla hay sürüsünün silahlıları  da qoşulmuşdular.

HAŞİYƏ. 1871-1877-ci illərdə Moskva Dövlət Universitetinin rektoru olmuş tarixçi S.M.Solovyov (1820-1879) özünün "Qədim dövrlərin Rusiya tarixi" əsərində yazır ki, çar I Pyotr işğal etdiyi ərazilərdə siyasi-iqtisadi və hərbi baxımdan möhkəmlənmək üçün xristian əhalisinin yerləşdirilməsi ilə müsəlmanların sayının azaldılması siyasətini həyata keçirib. Biz görürük ki, bu işdə imperator erməniləri seçib, XVII-XVIII əsrlərdə bu istiqamətdə tərəflər arasında sıx münasibətlər yaranıb.

"Xəzər yürüşü"nü   "uğur"la başlayan I Pyotr 22 avqust 1722-ci ildə Dərbənd şəhərini işğal edərək, Cənuba doğru irəliləyib, Ataçay-Altıağac keçidini aşaraq Şirvan ərazisinə keçməklə Gəncə şəhəri ətrafında toparlanan gürcü-hay qüvvələri ilə birləşmək niyyətini güdüb. Əsas məqsəd isə gürcü-rus-hay hərbi birliyinin Qarabağ-Çuxur Seyid/Səid bəylərbəylikləri üzərinə hücumu təşkil etmək olub. Çünki hay keşişi Pusiya hakimini Gəncə şəhəri ətrafında 40 min nəfərlik döyüşkən gürcü-hay qruplaşmasının olduğuna inandırmağa çalışıb.

Amma Rusiya ordusunun kəşfiyyat məlumatları əsasında hay kilsəsinin riyakar söyləmələri təsdiqini tapmadığı üçün I Pyotr Abşeron yarımadasında az sayda hərbi qüvvələr saxlamaqla geri qayıtmağa məcbur oldu...

Bir cəhət də qeyd olunur ki, I Pyotrun hərbi yürüşündə iştirak edən hay silahlılarının (Petros di Sərkis Gilanentsin (1665-1724) başçılığı ilə) təşkil və idarə edilməsi Həştərxan şəhərində yuva qurmuş hay kilsəsi (baş keşiş Minas Tiqranyan) tərəfindən həyata keçirilib, eləcə də Rusiya çarı hərbi attaşe kimi Ovannes Şirvanyanın "məsləhətləri"ndən, başçılıq etdiyi I "erməni" süvari dəstəsindən istifadə edib. Onun bilavasitə başçılığı ilə Şirvan və Qarabağ haylarından ibarət 2 minlik silahlı Zəngəzura basqınlarda, Voratnaberd qalasına hücumlarda iştirak edib. 1723-cü il 3 iyunda I Pyotr tərəfindən xislətlərinə xas əməllərinə uyğun mükafatla -Fərmanla O.Şirvanyan təltif edilib.

Rusiya hay kilsələrinin baş keşişi M.Tiqranyan (1658-1740) Sünik/Zəngəzur mahalında Qarakilsə/Sisakan nahiyəsinin Bazarçay çayının sol sahilində, nahiyə mərkəzindən 14 km qərbdə yerləşən Önqalayurd kəndində keçirilən (aprel, 1699-cu il) gizli tədbirin iştirakçısı olub, bu yığıncaqda Səfəvilər imperiyasının süqutu naminə "erməni" qüvvələrinə siyasi və hərbi dəstək göstərilməsi üçün Qərbi Avropa ölkələrinə və Rusiyaya müraciət qəbul olunub. Təkliflər qəbul ediləcəyi təqdirdə hay kilsəsi və hay sürüsü tərəfindən onlara hərtərəfli kökəklik göstəriləcəyinə "sidqi-ürəklə" vəd verilib... 

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

(Ardı var)

R.S. Qərbi Zəngəzur bölgəsindəki Alagöz çayı (uzunluğu 49 km, Arpa çayının sağ qolu) dinsiz hay kilsəsi və hay sürüsü tərəfindən - "Eleqis/Exeqis", Bazarçay - "Vorotan", Dəvəbeli dağı-"Uxtasar", Bəyboğan zirvəsi-"Baqatsar", Önqalayurd kəndi-"Anqekaxot"...adlanır.



VİDEO

SON XƏBƏRLƏR

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

27.05.2025 / 21:10
Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

27.05.2025 / 20:57
Fransa XİN Azərbaycanı Ermənistanla sazişə çağırdı - absurdun son həddi...

27.05.2025 / 20:44
Pezeşkian Bakıdan sonra İrəvana getmək qərarına gəldi...

27.05.2025 / 20:32
Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

27.05.2025 / 20:18
İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

27.05.2025 / 20:04
Qərbi Zəngəzurda Ermənistan dalbadal xarici konsulluqlar açır - nə baş verir?

27.05.2025 / 19:53
Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:51
Paşinyanın taleyi Azərbaycanla sülh müqaviləsindən asılı vəziyyətə düşür...

27.05.2025 / 19:50
Macarıstanın Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:50
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

27.05.2025 / 19:48
Andjey Duda Prezident İlham Əliyevə təbrik ünvanlayıb

27.05.2025 / 19:36
Xaricdən Azərbaycana kiberhücum faktları NATO arenasında da yayıldı...

27.05.2025 / 19:34
Bayram Beqay Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:30
Litva Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:23
İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

27.05.2025 / 19:15
Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verdi - FOTO

27.05.2025 / 19:09
Fransa və Ermənistan Strateji Tərəfdaşlıq sənədi imzalamağa hazırlaşır - hərbi sfera xüsusi diqqətdədir...

27.05.2025 / 18:56
Ermənistanda Fransanın xüsusi inkişaf fondu haqda protokol imzalandı - Fransa ABŞ-ı əvəzləmək istəyir...

27.05.2025 / 18:42
Paşinyan Bakı ilə sazişi pozan köhnə “konstitusiya ideyasını” yenidən gündəmə gətirdi...

27.05.2025 / 18:39
Əli Əsədov Misir Senatının sədri ilə görüşdü

27.05.2025 / 18:33
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi - FOTO

27.05.2025 / 18:28
"Putin dəli olub" sözlərinə görə Kreml Trampa çox qorxaq cavab verdi... Niyə?

27.05.2025 / 18:22
Bakıda islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

27.05.2025 / 18:15
100 illər öncə qul ticarəti aparırdı, indi islamofobiyanın önündə gedir... Kim?

27.05.2025 / 18:12
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 18:02
Avropanın iki mühüm qurumu islamofobiyanın mərkəzinə çevrilib...

27.05.2025 / 17:50
Putinin yaxın çevrəsində “SSRİ-nin bərpası” şüarına qoşulanların sayı artır...

27.05.2025 / 17:44
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

27.05.2025 / 17:43
II Qaregin növbəti dəfə Azərbaycan və Türkiyəyə qarşı həyasızlıq etdi

27.05.2025 / 17:30
Əfv sərəncamı cəmiyyətin gözləntilərini doğrulda bildimi?..

27.05.2025 / 17:27
Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan - RƏY

27.05.2025 / 17:26
Vüqar Rəhimzadə: Müstəqil və qüdrətli Azərbaycanın üçrəngli Bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır

27.05.2025 / 17:24
Putin Vatikana getsə, ingilislər təyyarəsini vuracaq - Rusiya deputatından şok iddia...

27.05.2025 / 17:16
"Müsəlmanları cəmiyyətin təhlükəli elementi kimi göstərməyə çalışan siyasi qruplar var" - David Munir

27.05.2025 / 17:08
Zəka Mirzəyev yaxın qohumlarına vəzifə verib? - DSMF açıqlama yaydı...

27.05.2025 / 16:54
Azərbaycan fransız məhbusu Kaya Kallasın şəxsi xahişindən sonra əfv edib...

27.05.2025 / 16:51
Ermənistan parlamentinin sədri separtçıların cavabını verdi,ancaq yarımçıq...

27.05.2025 / 16:50
Jean-Noël Barrault: “Ağrı dağının baxışları altında İrəvana endik”

27.05.2025 / 16:49
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini haqqında da istintaq başladıldı

27.05.2025 / 16:48
İyunun 2-də Gorusda Fransanın konsulluğu açılır, Rusiya isə 3 ildir gözləyir

27.05.2025 / 16:47
Qondarma “Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatı” Azərbaycana qarşı hədyanlar yağdırdı

27.05.2025 / 16:45
"İslamı Avropanın sosial və mədəni toxumasının bir hissəsi kimi görmək daha ədalətlidir" - Avstriya Müsəlman Təşəbbüsünün sədri

27.05.2025 / 16:44
Tramp Baydenin Ukraynaya qoyduğu bütün məhdudiyyətləri aradan qaldıracaq

27.05.2025 / 16:42
Spiker erməniləri azərbaycanlılarla ticarət etməyə səslədi - "özünüzü buna hazırlayın"....

27.05.2025 / 16:41
"Dezertirlik " erməni cəmiyyətini bürüyüb- 10 mindən çox gənc axtarşdadır....

27.05.2025 / 16:32
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunub

27.05.2025 / 16:18
Putindən Microsoft və McDonald's haqqında sərt açıqlamalar - Onları boğmaq lazımdır...

27.05.2025 / 16:10
Beynəlxalq konfransda İslam mədəni irsinin qorunması yolları müzakirə edilib

27.05.2025 / 15:55
"Tibb işçilərinə tətbiq edilən 65 yaş həddi ləğv edilməlidir" - Əhliman Əmiraslanov

27.05.2025 / 15:47
Birinci Qarabağ müharibəsinin şəhidi Mingəçevirdə torpağa tapşırıldı

27.05.2025 / 15:32
Moskva Kiyevlə danışıqlar üçün beş ölkəni nəzərdən keçirir...

27.05.2025 / 15:26
Prezident İlham Əliyev: "May ayı bundan sonra bayram ayı olacaq"

27.05.2025 / 15:24
"Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb" - Prezident

27.05.2025 / 15:06
Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb - Baş Prokurorluq açıqlama yaydı...

27.05.2025 / 14:48
Toyda içib həmkəndlisini döyən nazirlik əməkdaşı məhkəmə zalında həbs edildi

27.05.2025 / 14:40
Prezident “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib - FOTO

27.05.2025 / 14:35
"Qərbdəki müsəlmanlar öz kimlikləri səbəbindən ayrı-seçkiliyə məruz qalırlar" - Samir Boudinar

27.05.2025 / 14:23
Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında - azad ərazilərdə üçüncü hava limanının açılışı olacaq…

27.05.2025 / 14:12
"İslamofobiya ən çox cəhalətin mövcud olduğu yerlərdə kök salır" - Oussama Jammal

27.05.2025 / 14:07
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

27.05.2025 / 13:59
Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib

27.05.2025 / 13:55
Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 13:51
Şahbaz Şərifin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına endi - FOTO

27.05.2025 / 13:43
İsxak Hersoq Prezident İlham Əliyevə məktub göndərdi

27.05.2025 / 13:37
93 min dolları ölkədən çıxaran şirkət cərimələndi

27.05.2025 / 13:35
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 13:25
Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı oldu - FOTO

27.05.2025 / 13:23
Dələduzluqla 28 min manat ələ keçirən şəxs saxlandı

27.05.2025 / 13:20
"İslam memarlıq abidələri dinlərarası dialoqun önəmli vasitəsidir" - Damir Muhetdinov

27.05.2025 / 13:17
Beynəlxalq konfransda Avropa radikallaşma fonunda yayılan islamofobik ritorika müzakirə edildi

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678