Çərşənbə axşamı günü, 20 may 2025
     

Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirildi - FOTO

Image

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda birgə ictimai dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin xəbərinə görə, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzunun vacibliyindən danışaraq, ailənin həm şəxsiyyət, həm də cəmiyyət üçün böyük  əhəmiyyətə malik ümumbəşəri dəyər olduğunu qeyd edib. O, ailə institutunu sosial, mədəni, iqtisadi və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial qurum kimi dəyərləndirib. Komitə sədri belə aktual mövzuların ictimai müzakirəsinin keçirilməsi üçün yaratdığı şəraitə görə Milli Məclisin rəhbərliyinə, parlamentin spikeri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin cəmiyyətin inkişafında ailənin, ailə münasibətlərinin rolunu yüksək dəyərləndirdiyini bildirib. O, qeyd edib ki, məhz Heydər Əliyevin   təşəbbüsü ilə ölkəmiz bu sahədə mühüm beynəlxalq müqavilələrə qoşulmuş və yeni qanunlar qəbul edilmişdir. Ümummilli Liderin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları da xüsusi maddələrdə müəyyən edilib. Komitə sədri Ailə Məcəlləsinin qəbul edilməsini bu sahədə önəmli addım adlandırıb, ailələrin sağlam mühitinin təşkili, ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən ailə institutunun möhkəmləndirilməsi, onun sosial rifahının yaxşılaşdırılması, ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb. Bu sahədə lazımi qanunlar qəbul edilib, dövlət proqramları həyata keçirilir. O, qeyd edib ki, nikah yaşının  tənzimlənməsi və nikaha məcbur etmə ilə bağlı Ailə və Cinayət məcəllələrinə edilən əlavə və dəyişikliklər, həmçinin, nikahdan öncə tərəflərin tibbi müayinədən  keçməsinin məcburi olması, gender bərabərliyinin təminatları, məişət zorakılığının qarşısının alınması, uşaqların zərərli informasiyadan qorunmasına dair qanunların qəbul edilməsi  ailə institutunun müdafiəsi sahəsində önəmli rol oynayır. O, ailə institutunun dəstəklənməsi istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkədə bu sahədə çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib.

Ölkəmizdə ailə institutunun qorunub saxlanılması üçün davamlı işlərin görüldüyünü deyən komitə sədri, bununla yanaşı, bu sahədə bəzi problemlərin də olduğunu diqqətə çatdırıb, bununla əlaqədar təbliğat və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

Hicran Hüseynova bildirib ki, qanunlarımızda nikaha girən tərəflərin vəzifə və öhdəlikləri, valideynlik vəzifələri, uşaqların hüquq və öhdəlikləri  aydın şəkildə göstərilir.  Eyni zamanda, təcrübə göstərir ki,  hər iki valideyn uşağın maddi ehtiyacları ilə yanaşı, həm də mənəvi, psixoloji, sosial-mədəni ehtiyaclarını qarşılamalıdır.  Xüsusilə də ataların  uşağın qayğısında və onun təlim-tərbiyəsində iştirakı həm ailədaxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir  edir.  

Hicran Hüseynova qeyd edib ki, ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. O, 44 günlük Vətən müharibəsində döyüşən, torpaqlarımız uğrunda şəhid olan gənclərimizin əsl vətənpərvərlik ruhunda, sağlam ailə mühitində böyüdüyünü deyərək, bu dəyərlərin qorunub saxlanılmasının vacibliyindən bəhs edib.

Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. O, bugünkü dinləmədə aktual məsələnin müzakirə olunduğunu bildirib. Komitə sədri ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə daim diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayıb. O, qeyd edib ki, dövlət başçısı tərəfindən ana və uşaqların hüquqlarının təmin edilməsi, onların sağlamlığının qorunması ilə bağlı bir çox sənədlər imzalanıb. O, Milli Məclisdə də bu sahənin qanunvericilik bazasının daim təkmilləşdirildiyini söyləyib. 

Əhliman Əmiraslanov çıxışında ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyətdən, bu problemin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. O, səhiyyə qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edən komitə sədri Ailə Məcəlləsinə edilən dəyişiklikləri, qəbul edilən digər qanunvericilik aktlarını diqqətə çatdırıb.

İctimai dinləmədə səhiyyə nazirinin müavini  İlqar Qasımov Səhiyyə Nazirliyinin ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı fəaliyyəti barədə danışıb. O, bildirib ki, regionlarda selektiv abortlarla bağlı maarifləndirmə işləri aparılır və görülən işlərin müsbət dinamikası müşahidə olunmaqdadır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov uşaq və gənclərimizin ailə dəyələrinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. O, Elm və Təhsil Nazirliyinin  milli, mənəvi və ailə dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli bildirib ki, təmsil etdiyi nazirlik ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görür. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri çərçivəsində  valideyn himayəsindən məhrum olan uşaqların müəssisələrə yerləşdirilməsi, həmçinin həmin müəssisələrdən ailələrə inteqrasiya edilməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb, sosial dəstək mexanizmlərindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini icmalar tərəfindən ailə adət və ənənələrinin qorunub saxlanılması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə maarifləndirmə işinin əhəmiyyitini qeyd edib. O, təmsil etdiyi  Komitənin nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun mənəvi dəyərlərin inkişafı, o cümlədən ailə institutunun möhkəmləndirilməsi sahəsində fəaliyyətindən bəhs edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova icbari tibbi sığorta çərçivəsində ana və uşaqlara göstərilən tibbi xidmətlər barədə fikirlərini bölüşüb, bu sahədə maarifləndirmə işinin vacibliyini qeyd edib.

Mövzu ilə bağlı müzakirələrdə deputatlar Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi İmran Əliyev, Ədliyyə Nazirliyinin baş məsləhətçisi Aygün Şahbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova çıxış ediblər. Müzakirələrdə ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadın və uşaqların sağlamlığının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxışlarda bu gün ölkəmizdə ailə siyasəti sahəsində möhkəm qanunvericilik bazasının olduğu bildirilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirə yekun vuraraq, məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən təkliflərə münasibət bildirib.

İctimai dinləmədə Bakı şəhər Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, aidiyyəti qurumların nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

ZÜMRÜD




VİDEO

SON XƏBƏRLƏR

20.05.2025 / 22:53
Türkiyə kəşfiyyatının rəhbəri ilə Suriya prezidenti YPG-nin tərksilah edilməsini müzakirə etdilər

20.05.2025 / 21:25
Rusiya sanksiyaları ilə bağlı Azərbaycanı Qərblə üz-üzə qoyan şirkət kimindir...

20.05.2025 / 21:12
Baltikdə Rusiya-NATO müharibəsi hər an başlaya bilər...

20.05.2025 / 20:57
Azərbaycanın idxal-ixrac əməliyyatlarında təhlükəli vəziyyət var - yeni bazarlar tapılmalıdır...

20.05.2025 / 20:43
Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü hazırkı şəraitdə nəyi dəyişə bilər?..

20.05.2025 / 20:29
Ermənistan Azərbaycanla sazişi Rusiyanın 102-ci bazasına qarşı çevirir...

20.05.2025 / 20:15
Cihangir İşbilir: “Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün ailə dəyərləri çox böyük önəm kəsb edir”

20.05.2025 / 20:08
Rusiya əsas kuklasını İrəvanda yenidən oyuna daxil etdi - kukla isə 2008-in böyük sirrini açdı...

20.05.2025 / 19:57
Avropa Rusiya ilə ticarətə tam embarqo qoymağa hazırlaşır - Kreml inanmaq istəmir...

20.05.2025 / 19:45
Tramp Putinlə Ukrayna danışıqlarında "öz ticarətini" razılaşdırdı"...

20.05.2025 / 19:37
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - FOTO

20.05.2025 / 19:31
150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

20.05.2025 / 19:18
Nəzakət Məmmədovanın “Köhnəlməyən xiffət” və “Yurd hasreti” kitablarının təqdimatı keçirilib - FOTO

20.05.2025 / 19:04
Bir günə münaqişəni həll etməyi vəd edən Tramp 4 aya Putini qalib etdi

20.05.2025 / 18:58
Bakı məhkəməsində Ermənistanın sabiq prezidenti Ter-Petrosyan da ifşa edildi...

20.05.2025 / 18:44
2 saatlıq Tramp-Putin danışığının nəticəsi - sanksiyalar sərtləşəcək...

20.05.2025 / 18:31
Nəcməddin Sadıqova şəxsən verilmiş 19 milyon manatın taleyi məhkəmədə hələ açılmayıb...

20.05.2025 / 18:17
Paşinyan Rusiya bazalarını ölkədən çıxarmaqdan geri çəkildi - müvəqqəti...

20.05.2025 / 18:02
4-5 min maaş alıb “dolana bilməyən” rəsmilərin çıxışları kəskin qınanır...

20.05.2025 / 17:48
ABŞ-İran nüvə danışıqları iflasa uğradı - ABŞ elə şərt qoydu ki...

20.05.2025 / 17:32
Şamaxıda 10 kq qızıl talayıb qaçan dəstə üzvləri bataqlıqda yaxalandı

20.05.2025 / 17:28
Moskvada Stalinə abidə qoyuldu - Kremlin örtülü mesajları...

20.05.2025 / 17:15
Xarici ticarət dövriyyəmizdə böyük inkişaf var - 17 milyard dollara yaxın...

20.05.2025 / 17:03
Qələbə paradı ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısı alınıb...

20.05.2025 / 16:50
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi

20.05.2025 / 16:26
“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTO

20.05.2025 / 16:10
Trampdan qudasına jest - Çarlz Kuşner ABŞ-ın Parisdəki səfiri təyin edildi

20.05.2025 / 16:07
"Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub" - Orban

20.05.2025 / 15:52
DİN silsilə əməliyyatlar keçirdi - 10 nəfər saxlandı, 75 kiloqram narkotik dövriyyədən çıxarıldı...

20.05.2025 / 15:50
Bloomberg: “Tramp “əllərini sallayıb” danışıqlardan uzaqlaşır, Putin qalib gəlir”

20.05.2025 / 15:48
Yəmən husiləri İsrailin Hayfa limanını blokadaya aldıqlarını açıqladı

20.05.2025 / 15:47
Tramp günahı yenə Zelenskinin üstünə atdı: - “Onunla məşğul olmaq asan deyil”

20.05.2025 / 15:40
Prezident: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"

20.05.2025 / 15:37
Xamenei ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir - bu böyük səhvdir...

20.05.2025 / 15:35
"Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik" - Prezident

20.05.2025 / 15:29
Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışdı

20.05.2025 / 15:21
"Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır" - Prezident İlham Əliyev

20.05.2025 / 15:18
“İçərişəhər” qoruğunda İntiqam Babayevin yerinə aparat rəhbəri təyin olundu

20.05.2025 / 15:03
Avropanın mərkəzində Türk Zirvəsi - İlham Əliyev mesajlar verdi…

20.05.2025 / 15:02
Prezident İlham Əliyevin Orbanla geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

20.05.2025 / 14:46
İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:43
Petr Pavel Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:40
Prezident İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü olub - FOTO

20.05.2025 / 14:36
Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

20.05.2025 / 14:36
Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:32
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:27
III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:22
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd etdi...

20.05.2025 / 14:10
Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...

20.05.2025 / 13:46
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verildi

20.05.2025 / 13:36
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib - FOTO

20.05.2025 / 13:23
Məktəblərdə "Son zəng" tədbirləri bu tarixdə keçiriləcək

20.05.2025 / 13:10
Врачи, ставшие палачами. Карательная медицина в СССР - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2025 / 12:18
“MTK-lara dövlət nəzarəti gücləndirilməlidir”

20.05.2025 / 12:16
Ermənistana casusluq edən İqbal Əbilova hökm oxunub

20.05.2025 / 12:10
Sahibə Qafarova Madriddə Prado muzeyində olub

20.05.2025 / 12:05
Rusiyadan qaçırlar, aclıq başlayıb, ərzaq talonu sisteminə keçdilər

20.05.2025 / 11:40
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

20.05.2025 / 11:25
Hindistanda cəsus qalmaqalı -11 Pakistan "cəsusu" həbs edildi!

20.05.2025 / 11:19
Hamilə Rihanna "Cənnət və cəhənnəm"in qala gecəsində...

20.05.2025 / 11:12
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq - Dövlət Xidməti

20.05.2025 / 11:06
Bakı məktəblərində monitorinqlər başlayıb - 2 məktəb direktoru işdən çıxarılıb

20.05.2025 / 11:03
Paşinyan Azərbaycana rəsmən yalvarır . Dərdi nədir? - CANLI

20.05.2025 / 11:00
Kukla teatrında kuklalar sərgisi

20.05.2025 / 10:50
30 şübhəli saxlanılıb - Polis

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:35
Prezident İlham Əliyev “GlobE Network” plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

20.05.2025 / 10:00
Xoşqədəmin kartından 50 avro oğurlayıblar- İtaliyada...

20.05.2025 / 09:28
Bakıda "GlobE Network"un altıncı plenar iclası başlayıb

20.05.2025 / 09:25
Naftalanda yanğın olub, ana və oğul xəstəxanaya yerləşdirilib

20.05.2025 / 09:25
"Avroviziya"da Azərbaycanın reytinqi inanılmaz dərəcədə azalıb - 400 xal hara, 7 xal hara....

20.05.2025 / 09:18
Moskva və Kiyev arasında birbaşa əlaqə yaradılıb - Peskovdan AÇIQLAMA

20.05.2025 / 09:12
Sumqayıtda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

20.05.2025 / 09:06
"Liverpul"dan antirekord...

20.05.2025 / 09:01
Daha 50 ailə Kəngərli kəndinə köçürüldü

20.05.2025 / 08:31
Ekspertlər 4-cü siniflərdə monitorinqi "artıq yük" sayırlar - "mənasızdır"...

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678