Çərşənbə axşamı günü, 20 may 2025
     

Paşinyanla “Qarabağ klanı”nın yeni savaşı başladı...

Image

Qarabağı tərk edən ermənilərin Nikol Paşinyan hakimiyyəti üçün ciddi təhdidə çevrilə biləcəyinə dair verilən proqnozlar özünü doğruldur. Belə ki, həmin ermənilərin Ermənistanın "Qarabağ klanı" ilə birləşməsi istiqamətində addımlar atıldığı bildirilir. 

Bu da, öz növbəsində, Paşinyan hakimiyyəti üçün böyük təhlükə deməkdir. İndiki halda Ermənistan hakimiyyəti 44 günlük müharibəni araşdıran komissiya vasitəsilə separatçıları cilovlamağa çalışır. Artıq bu fonda separatçıların sonuncu "başçısı" Samvel Şahramanyan da komissiyada dindirilib.

Baş verənlər fonunda "Qraparak" nəşri  yazır ki, dindirilmə məxfi şəraitdə baş tutub. Komissiya üzvləri olan hakimiyyət nümayəndələri Şahramanyanı qorxutmağa çalışıblar, lakin sonuncu könüllü şəkildə hər şeyi etiraf edib: "Şahramanyan qondarma rejimin buraxılması haqda qərarı niyə imzaladığını açıqlayıb. Bildirib ki, separatçıların keçmiş "başçıları" da vəziyyətdən çıxış yolunu bilmirdilər və buna məcbur idilər. Keçmiş "başçıların" Rusiya sükhməramlılarının qərargahında gizləndiyini də qeyd edib. Bununla yanaşı, əvvəllər danışdığı hər şeyi təkrarlayıb". Şahramanyandan Ermənistanda siyasətlə məşğul olub-olmayacağı soruşulub. O bildirib ki, siyasətlə məşğul olmayacaq və Qarabağdan E rmənistana qayıdan əhaliyə "rəhbərlik" etməyəcək. Nəşr yazır ki, hakim komandanın üzvləri sonda hər şeydən razı qalıblar: "Hətta sonda Şahramanyanın şərəfinə qonaqlıq da veriblər. Şahramanyan açıq mətnlə Paşinyana sədaqət andı içib və bildirib ki, "narahat olmayın, mən hakimiyyətə qarşı heç bir aksiyada iştirak etməyəcəm". Amma Şahramanyandan fərqli olaraq, digər separatçılar yenidən qruplaşmaq və Paşinyan hakimiyyəti ilə mübarizə aparmaq niyyətilərini gizlətmirlər. Qeyd edilir ki, separatçıların qondarma "parlamentinin spikeri" olmuş Aşot Qulyan bu məsələdə xüsusilə fəallıq göstərir. Amma erməni mediasında belə məlumatlar da yayılır ki, heç Şahramanyan özü də Paşinyana sadiq deyil. Separatçı rejimin Təhlükəsizlik Şurasının katibi olmuş Samvel Babayanın açıqlamaları da bunu təsdiq edir. Məlumatlara əsasən, Babayan Şahramanyanla bağlı şok açlqlamalar verərək bildirib ki, o, qondarma rejimin və "Daşnaksütyun"un vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməyi planlaşdırır. Şahramanyanın Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla gizli görüş keçirməsi də bu fonda diqqətdən yayınmır.  "Qarabağ klanı"nın liderlərindən sayılan Sarkisyanın Şahramanyanla görüş keçirməsi Paşinyan hökumətinə qarşı bir planın qurulmasından xəbər verir.

Samvel Babayan bu fonda Paşinyana qarşı ittihamları artırır. Məsələn, o qeyd edir ki, Nikol Paşinyan Qarabağın erməni sakinlərinin işləri üzrə xüsusi şöbə yaratmaqdan imtina edib. Babayan qeyd edib ki, imtina səbəbləri məlum deyil, çünki o, Paşinyanla şəxsən görüşüb dialoq aparmayıb. Belə vəziyyətdə Paşinyan da Qarabağ ermənilərindən separatçı rejimdə vəzifə tutanları sıxışdırmaq, incitmək, birləşməyə imkan verməmək, təşkilatlanmalarının qarşısını almaq üçün müxtəlif göstərişlər verir. İrəvan sakini, bloger Natali Aleksanyanın belə bir vaxtda açıqlamaları sürətlə Paşinyanın əlinə işləyir. O bildirib ki, ermənilərin Qarabağı tərk etmələri məhz "Qarabağ klanı"nın göstərişilə olub: "Bir neçə ay əvvəl baş verənləri isə deportasiya adlandırmaq olmaz. Mən 24 saat qarabağlı ermənilərlə təmasda olmuşam. Onları Qarabağdan zorla çıxarmayıblar. Onlar azərbaycanlıları görməyiblər, sadəcə sərhəddə qarşılaşıblar və normal münasibətlə üzləşiblər. Ermənilərin Qarabağı tərk etmələri məhz "Qarabağ klanı"nın göstərişilə olub. İnsanlar hədə-qorxu ilə evlərindən çıxarılırdı". Bütün bunlar "Qarabağ klanı"nını ittiham etmək üçün Paşinyana əlavə arqumentlər verir. Hələlik isə belə hesab olunur ki, "Qarabağ klanı" da daxil olmaqla, Paşinyan hakimiyyətinə müxalif olan erməni siyasi qüvvələrinin koalisiyası reallığa çevrilsə, Ermənistanda daxili silahlı toqquşmalar qaçılmaz olacaq. Bütün bunlar Rusiya-Ermənistan münasibətlərinin maksimum həddə qədər gərginləşdiyi bir situasiyada o qədər də təəccüblü görünmür. "Qarabağ klanı" Rusiya dəstəyinə ümid edir. İndi İrəvan hesab edir ki, Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilər xarici ölkələrin əlində alətə çevrilə bilər. Paşinyan hakimiyyətinin təmsilçiləri eyham vururlar ki, xüsusilə də Rusiyanın Qarabağ ermənilərindən Ermənistanda çevriliş planlarını reallaşdırmaq üçün istifadə imkanları mövcuddur. Ermənistan hakimiyyətinə yaxın media bu vəziyyətdə Qarabağ ermənilərini sərt tənqid edir. Məsələn, Paşinyanı dəstəkləyən erməni jurnalist Vahram Atanesyan bildirib ki, "artsax elitası" artıq bitib: "Etiraf etmək lazımdır ki, "artsax elitası" tükənib. 1924-cü ildə "Daşnaksütyun"un heç bir işi qalmadığı kimi, bu gün də "artsaxın klassik elitası"nın heç bir işi qalmayıb". İstənilən halda, baş verənlər Ermənistanda hakimiyyətlə separatçıların qarşıdurmasının kəskinləşdiyini göstərir. Hər iki tərəf sona qədər mövqelərini qorumaqda israrlıdır.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

20.05.2025 / 22:53
Türkiyə kəşfiyyatının rəhbəri ilə Suriya prezidenti YPG-nin tərksilah edilməsini müzakirə etdilər

20.05.2025 / 21:25
Rusiya sanksiyaları ilə bağlı Azərbaycanı Qərblə üz-üzə qoyan şirkət kimindir...

20.05.2025 / 21:12
Baltikdə Rusiya-NATO müharibəsi hər an başlaya bilər...

20.05.2025 / 20:57
Azərbaycanın idxal-ixrac əməliyyatlarında təhlükəli vəziyyət var - yeni bazarlar tapılmalıdır...

20.05.2025 / 20:43
Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşü hazırkı şəraitdə nəyi dəyişə bilər?..

20.05.2025 / 20:29
Ermənistan Azərbaycanla sazişi Rusiyanın 102-ci bazasına qarşı çevirir...

20.05.2025 / 20:15
Cihangir İşbilir: “Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün ailə dəyərləri çox böyük önəm kəsb edir”

20.05.2025 / 20:08
Rusiya əsas kuklasını İrəvanda yenidən oyuna daxil etdi - kukla isə 2008-in böyük sirrini açdı...

20.05.2025 / 19:57
Avropa Rusiya ilə ticarətə tam embarqo qoymağa hazırlaşır - Kreml inanmaq istəmir...

20.05.2025 / 19:45
Tramp Putinlə Ukrayna danışıqlarında "öz ticarətini" razılaşdırdı"...

20.05.2025 / 19:37
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - FOTO

20.05.2025 / 19:31
150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

20.05.2025 / 19:18
Nəzakət Məmmədovanın “Köhnəlməyən xiffət” və “Yurd hasreti” kitablarının təqdimatı keçirilib - FOTO

20.05.2025 / 19:04
Bir günə münaqişəni həll etməyi vəd edən Tramp 4 aya Putini qalib etdi

20.05.2025 / 18:58
Bakı məhkəməsində Ermənistanın sabiq prezidenti Ter-Petrosyan da ifşa edildi...

20.05.2025 / 18:44
2 saatlıq Tramp-Putin danışığının nəticəsi - sanksiyalar sərtləşəcək...

20.05.2025 / 18:31
Nəcməddin Sadıqova şəxsən verilmiş 19 milyon manatın taleyi məhkəmədə hələ açılmayıb...

20.05.2025 / 18:17
Paşinyan Rusiya bazalarını ölkədən çıxarmaqdan geri çəkildi - müvəqqəti...

20.05.2025 / 18:02
4-5 min maaş alıb “dolana bilməyən” rəsmilərin çıxışları kəskin qınanır...

20.05.2025 / 17:48
ABŞ-İran nüvə danışıqları iflasa uğradı - ABŞ elə şərt qoydu ki...

20.05.2025 / 17:32
Şamaxıda 10 kq qızıl talayıb qaçan dəstə üzvləri bataqlıqda yaxalandı

20.05.2025 / 17:28
Moskvada Stalinə abidə qoyuldu - Kremlin örtülü mesajları...

20.05.2025 / 17:15
Xarici ticarət dövriyyəmizdə böyük inkişaf var - 17 milyard dollara yaxın...

20.05.2025 / 17:03
Qələbə paradı ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısı alınıb...

20.05.2025 / 16:50
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi

20.05.2025 / 16:26
“Bakcell” süni intellekt təlimi təşkil etdi - FOTO

20.05.2025 / 16:10
Trampdan qudasına jest - Çarlz Kuşner ABŞ-ın Parisdəki səfiri təyin edildi

20.05.2025 / 16:07
"Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub" - Orban

20.05.2025 / 15:52
DİN silsilə əməliyyatlar keçirdi - 10 nəfər saxlandı, 75 kiloqram narkotik dövriyyədən çıxarıldı...

20.05.2025 / 15:50
Bloomberg: “Tramp “əllərini sallayıb” danışıqlardan uzaqlaşır, Putin qalib gəlir”

20.05.2025 / 15:48
Yəmən husiləri İsrailin Hayfa limanını blokadaya aldıqlarını açıqladı

20.05.2025 / 15:47
Tramp günahı yenə Zelenskinin üstünə atdı: - “Onunla məşğul olmaq asan deyil”

20.05.2025 / 15:40
Prezident: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"

20.05.2025 / 15:37
Xamenei ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir - bu böyük səhvdir...

20.05.2025 / 15:35
"Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik" - Prezident

20.05.2025 / 15:29
Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışdı

20.05.2025 / 15:21
"Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır" - Prezident İlham Əliyev

20.05.2025 / 15:18
“İçərişəhər” qoruğunda İntiqam Babayevin yerinə aparat rəhbəri təyin olundu

20.05.2025 / 15:03
Avropanın mərkəzində Türk Zirvəsi - İlham Əliyev mesajlar verdi…

20.05.2025 / 15:02
Prezident İlham Əliyevin Orbanla geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

20.05.2025 / 14:46
İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:43
Petr Pavel Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:40
Prezident İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü olub - FOTO

20.05.2025 / 14:36
Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

20.05.2025 / 14:36
Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:32
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:27
III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:22
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd etdi...

20.05.2025 / 14:10
Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...

20.05.2025 / 13:46
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verildi

20.05.2025 / 13:36
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib - FOTO

20.05.2025 / 13:23
Məktəblərdə "Son zəng" tədbirləri bu tarixdə keçiriləcək

20.05.2025 / 13:10
Врачи, ставшие палачами. Карательная медицина в СССР - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2025 / 12:18
“MTK-lara dövlət nəzarəti gücləndirilməlidir”

20.05.2025 / 12:16
Ermənistana casusluq edən İqbal Əbilova hökm oxunub

20.05.2025 / 12:10
Sahibə Qafarova Madriddə Prado muzeyində olub

20.05.2025 / 12:05
Rusiyadan qaçırlar, aclıq başlayıb, ərzaq talonu sisteminə keçdilər

20.05.2025 / 11:40
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

20.05.2025 / 11:25
Hindistanda cəsus qalmaqalı -11 Pakistan "cəsusu" həbs edildi!

20.05.2025 / 11:19
Hamilə Rihanna "Cənnət və cəhənnəm"in qala gecəsində...

20.05.2025 / 11:12
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq - Dövlət Xidməti

20.05.2025 / 11:06
Bakı məktəblərində monitorinqlər başlayıb - 2 məktəb direktoru işdən çıxarılıb

20.05.2025 / 11:03
Paşinyan Azərbaycana rəsmən yalvarır . Dərdi nədir? - CANLI

20.05.2025 / 11:00
Kukla teatrında kuklalar sərgisi

20.05.2025 / 10:50
30 şübhəli saxlanılıb - Polis

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:35
Prezident İlham Əliyev “GlobE Network” plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

20.05.2025 / 10:00
Xoşqədəmin kartından 50 avro oğurlayıblar- İtaliyada...

20.05.2025 / 09:28
Bakıda "GlobE Network"un altıncı plenar iclası başlayıb

20.05.2025 / 09:25
Naftalanda yanğın olub, ana və oğul xəstəxanaya yerləşdirilib

20.05.2025 / 09:25
"Avroviziya"da Azərbaycanın reytinqi inanılmaz dərəcədə azalıb - 400 xal hara, 7 xal hara....

20.05.2025 / 09:18
Moskva və Kiyev arasında birbaşa əlaqə yaradılıb - Peskovdan AÇIQLAMA

20.05.2025 / 09:12
Sumqayıtda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

20.05.2025 / 09:06
"Liverpul"dan antirekord...

20.05.2025 / 09:01
Daha 50 ailə Kəngərli kəndinə köçürüldü

20.05.2025 / 08:31
Ekspertlər 4-cü siniflərdə monitorinqi "artıq yük" sayırlar - "mənasızdır"...

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

150 il - Milli mətbuat tarixi dövlətçiliyimizin mühüm səhifəsidir...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678