Şənbə günü, 31 may 2025
     

Avropa Azərbaycana daha çox pul ödəyəcək...

Image

Aparılan hesablamalar göstərir ki, Avropa İttifaqında qazın topdansatış qiyməti təxminən iki dəfə artıb. Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Gita Qopinath qeyd edib ki, bu, Rusiyadan birbaşa tədarüklərin həcminin azalmasından sonra baş verib.

Berlində Almaniya Dünya İqtisadiyyatı İnstitutunun mükafatının təqdim olunması mərasimində çıxış edən Gita Qopinath xatırladıb ki, Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra Avropa İttifaqı Rusiya qazının birbaşa idxalını 2020-ci ildə ümumi qaz idxalının 20 faizdən 2023-cü ilin birinci yarısına qədər təxminən 5 faizə endirib. Eyni zamanda, birləşmə ABŞ və Norveçdən idxalı əhəmiyyətli dərəcədə artırıb. O etiraf edib ki, bunun üçün aparılan yenidənqurma işlərinə əlavə vəsait də sərf olunub: "Avropa İttifaqında qazın topdansatış qiymətləri hazırda təxminən iki dəfə çoxdur və ABŞ-dan əhəmiyyətli dərəcədə yüksəkdir". Hesab edilir ki, bu şəraitdə Avropaya qaz nəql edən ölkələrin gəlirləri daha da yüksələcək. Xüsusən də qış aylarında bu proses özünü qabarıq büruzə verəcək. Azərbycanın da Avropaya qaz nəql edən ölkə qismində qazancının bu mövsüm xeyli artması gözlənilir. Hazırda ölkəmiz Avropa üçün etibarlı qaz təminatçılarından biri olaraq qalır. "Transadriaktik" kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqli artıq 30 milyard kubmetri ötüb. TAP konsorsiumunun sözügedən xüsusda yaydığı məlumatda vurğulanır: "Biz fəaliyyətimizin əsas prinsipləri kimi etibarlılıq və təhlükəsizliyi qoruyaraq, bugünə qədər Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox təbii qaz nəql etmişik". Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2021-ci ilin dekabrın 31-də başlanılıb.  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran TANAP ilə ümumilikdə bu il noyabrın sonunadək təqribən 55 milyard kubmetr həcmində qaz ötürülüb. Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a birləşir.  Bununla yanaşı, Azərbaycan qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin illik ötürücülük gücünün də 2025-ci ildə indiki 3 milyard kubmetrdən 5 milyard  kubmetrə qədər artırılması gözlənilir. Məlumata görə, qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə bu ilin yayından başlanılıb. Prosesin yekunlaşdırılması istiqamətində növbəti addımlar anıstan-Bolqarıstan birləşdirici boru kəməri tərəfindən qonşu ötürücü sistem operatorları ilə razılaşdırılaraq həyata keçirilir. Qaz kəmərinin operatoru olan anıstan-Bolqarıstan birləşdirici boru kəmərinin icraçı direktorları George Satlas və Teodora Georgievanın Şaquli Qaz Dəhlizinin (Yunanıstan,  Bolqarıstan, Rumıniya, Macarıstan) ötürücü sistem operatorlarının görüşü zamanı dediyi sözlərə görə, kəmərin genişləndirilməsi prosesinin icbarı olmayan mərhələsinin başa çatması ilə onun gücünün genişləndirilməsinə bazarda əhəmiyyətli marağının əlamətləri müşahidə edilib. İcbari mərhələ 2024-cü ilin iyul ayına planlaşdırılır. Bundan sonra enerji treyderləri və qaz təchizatçıları ehtiyat imkanlarına dair ciddi, icbari öhdəliklərini elan edə biləcəklər. Qeyd olunub ki, artıq tələbin qiymətləndirilməsi hesabatları hazırlanıb. Qaz kəmərinin Yunanıstan və Bolqarıstanın qonşu ötürücü sistemləri ilə birləşdirilməsi nöqtələrində ötürücülük qabiliyyətinin artırılması üçün birgə texniki tədqiqatların başlanması gözlənilir. Kommersiya istismarına bu ilin 1 oktyabr tarixində başlanılan boru kəmərinin ötürmə gücünü gələcəkdə 5 milyard kubmetrə çatdırmaq planlaşdırılır. Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Hazırda daha çox sayda Avropa ölkəsi Azərbaycandan qaz almaq niyyətindədir. Bu fonda artıq bəllidir ki, Azərbaycandan Serbiyaya təbii qazın tədarükü bu ölkədə "mavi yanacaq" təchizatının təhlükəsizliyini gücləndirəcək.

Serbiyalı ekspert Straxinya Obrenoviç bildirir ki, ölkəsi hazırda təbii qaza olan daxili tələbatının böyük hissəsini Rusiyadan tədarük hesabına ödəyir: "Lakin Rusiya təbii qazının Ukrayna ərazisindən tranziti ilə bağlı saziş tamamilə ləğv oluna biləcəyi üçün Rusiya "mavi yanacağı"nın stabil nəqli təhlükə altındadır. Digər tərəfdən, Bolqarıstan Rusiya təbii qazının tranziti üçün tarifləri artırıb". Onun sözlərinə görə, qeyri-sabit geosiyasi vəziyyət və Qərblə Rusiya arasında gərginliyi nəzərə alaraq, Belqrad təbii qaz tədarükü üçün əlavə etibarlı mənbələr tapmağa çalışır: "Təbii ki, Azərbaycandan tədarükün həcmi ölkəmizin daxili tələbatını tam ödəyə bilməyəcək. Lakin Azərbaycan Serbiya üçün mühüm əlavə tədarük mənbəyinə çevriləcək. Bundan əlavə, Azərbaycan təbii qazı Cənub-Şərqi Avropanın bəzi ölkələrinə bir bazardan, yəni Rusiyadan asılılığını azaltmağa yardım göstərə bilər".  Macarıstanlı politoloq Tibor Attila Nad isə qeyd edir ki, Azərbaycanla əməkdaşlıq Macarıstana təbii qaz tədarükünü şaxələndirməyə kömək edəcək, çünki Rusiya ilə əməkdaşlığın vacibliyinə baxmayaraq, Budapeşt Moskvadan asılılığını azaltmağa çalışır: "Hazırda Macarıstana təbii qaz tədarükünün təxminən yarısı Rusiyadan həyata keçirilir. Neft tədarükü ilə bağlı vəziyyət isə daha pisdir". Politoloq vurğulayıb ki, Macarıstan və Azərbaycan arasında bu ilin sonunadək 100 milyon kubmetr həcmində təbii qazın nəqlinə dair bağlanan saziş Macarıstan bazarının tələbatının böyük hissəsini ödəməsə də, enerji sektorunda gələcək əməkdaşlıqdan danışmaq olar.

Ramil QULIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

30.05.2025 / 12:00
Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

30.05.2025 / 11:59
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

30.05.2025 / 11:57
“Paşinyanın açıqlaması tərəfdaşlarının belə xoşuna gəlmədi”

30.05.2025 / 11:55
Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik etdi

30.05.2025 / 11:51
BMT Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayıb

30.05.2025 / 11:44
Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

30.05.2025 / 11:06
Milli Məclis iclas keçirir, 10 məsələ müzakirə olunacaq

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678