Şənbə günü, 31 may 2025
     

Qərbi azərbaycanlıların qayıdış məsələsi Ermənistanı çalxalayır...

Image

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması bu gün rəsmi Bakının xarici siyasətində əsas yerlərdən birini tutur. Lakin Ermənistanda sözügedən məsələ ciddi narahatlıqla izlənilir. 

Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması halında Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib.

Belə vəziyyətdə Ermənistanın özündə də maraqlı iddialar səslənir. Məsələn, erməni politoloq Tatevik Ayrapetyan bildirir ki, əslində, Ermənistan rəhbərliyi azərbaycanlıların ölkəyə qayıtmalarına hazırlaşır: "Nikol Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər. Qulağımıza pıçıldamağa başlayıblar ki, nə vaxtsa azərbaycanlılar qayıdacaq, bu normaldır". Ayrapetyanın iddiasına görə, Ermənistan rəhbərliyinin bu siyasəti onun gözlədiyindən də sürətlə həyata keçirilir. Erməni hüquqşünas və hüquq müdafiəçisi Siranuş Saakyan isə qeyd edir ki, azərbaycanlıların Ermənistana qayıtması onlar üçün demoqrafik risqlər yaradır: "Ermənistan, təbii ki, azərbaycanlıların Ermənistan Respublikasında təhlükəsiz yaşaması üçün təminat verə bilər. Başqa bir sual budur ki, bu, ölkəmizin özünün təhlükəsizliyinə necə təsir edə bilər". O, Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasəti aparmadığını vurğulayıb: "Biz əcnəbilərə, o cümlədən azərbaycanlılara qarşı dözümlüyük. Ermənistanda azərbaycanlıların həyatı üçün heç bir təhlükə yoxdur. Amma Ermənistan hansı səbəbdən və hansı prinsiplə azərbaycanlılara öz sərhədlərini açmalı olacaq? Baxmayaraq ki, bu onun üçün ciddi fəsadlarla doludur, xüsusən də söhbət tarixi torpaqlara iddialardan gedirsə". Saakyan xəbərdarlıq edib ki, azərbaycanlıların Ermənistana kütləvi şəkildə gəlməsi mənfi demoqrafik nəticələrə gətirib çıxaracaq: "Nəticədə biz öz vətənimizdə azlıqda qala bilərik. Beləliklə, onlar bizə siyasi təsir göstərmək imkanı əldə edəcəklər". O xatırladıb ki, Azərbaycan prezidenti dəfələrlə azərbaycanlı qaçqınların Qarabağa və Zəngəzura qaytarılması tələblərini irəli sürüb: "Ermənistanın baş naziri Nikol Paşinyan da bu mövzuya toxunaraq, Bakının azərbaycanlı qaçqınların Ermənistana qaytarılması ilə bağlı siyasətini yeni mərhələ adlandırıb. O haqlıdır". Bundan öncə isə Ermənistandakı "Məhkəmə özbaşınalığına qarşı" təşkilatının icraçı direktoru Larisa Alaverdyan da məsələ ilə bağlı maraqlı açıqlamalar verib: "Azərbaycan prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistandakı yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını dəqiq vəzifə kimi qarşıya qoyub və artıq bu əməliyyatı ardıcıl olaraq həyata keçirir. "Azərbaycanlılar Ermənistanın, demək olar ki, bütün rayonlarında yaşayırdılar". Alaverdyan mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini qeyd edib. Otuz beş il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayaraq deyib: "Artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb".

Bu günlərdə Ermənistanın  "Qraparak" nəşri də belə bir iddia ilə çıxış etmişdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə Bakının əsas tələblərindən biri azərbaycanlıların öz yurdlarına – Qərbi Azərbaycana qayıtmasının təmin edilməsi, İrəvanın onların təhlükəsizliyinə zəmanət verməsidir: "Azərbaycan prezidenti İlham Əliyev bunu əsas şərtlərdən biri kimi irəli sürüb. Rəsmi mənbələrin məlumatına görə, müqavilənin imzalanmasında problemli məsələlərdən biri də budur". Nəşr yazır ki, Nikol Paşinyan hakim partiyanın üzvləri ilə son qapalı görüşündə bu barədə açıq danışıb: "Bildirib ki, onlar bir tərəfdən beynəlxalq konvensiyaların əksinə çıxa, qaçqaınların geri qayıtmasını rədd edə bilməzlər, digər tərəfdən isə bunun Ermənistan üçün fəlakət olacağını da anlayırlar. Mümkün hər şeyi edəcəklər ki, bu baş verməsin". Nəşr qeyd edir ki, Azərbaycan qaçqınların öz yurdlarına qayıtması məsələsini artıq beynəlxalq gündəliyə daxil etməyə nail olub: "Artıq ABŞ, Avropa və Rusiyanın yüksək səviyyəli rəsmiləri bu haqda danışmağa başlayıb. Bildirilir ki, bu məsələ Ermənistan-Azərbaycan danışıqlarının mövzusudur. Bu ilin 15 iyulunda Brüsseldə keçirilən Əliyev-Mişel-Paşinyan görüşündə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi müzakirə olunub. Görüşdən 10 gün sonra Paşinyan da belə bir müzakirənin olduğunu dolayısı ilə təsdiq edib". Ekspertlər hesab edir ki, Ermənistandan qaçqın düşən azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz qayıtması tələbinin İrəvan tərəfindən Ermənistana qarşı "ərazi iddiası" kimi qələmə verilməsi əssassızdır. Bu fonda da Qərbi Azərbaycan İcmasının dialoq təklifinin İrəvan tərəfindən tamamilə rədd edilməsi  Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

30.05.2025 / 13:06
Dəmir yolundan oğurluq edənlər saxlandı

30.05.2025 / 12:55
Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb - Müdafiə Nazirliyi...

30.05.2025 / 12:43
"Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur" - PA rəsmisi

30.05.2025 / 12:30
Azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

30.05.2025 / 12:29
"Naxçıvanda keçirilən konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq" - Əhməd İsmayılov

30.05.2025 / 12:16
Suriyadan 7 milyard dollarlıq enerji müqaviləsi

30.05.2025 / 12:08
"Naxçıvanda yerli gəlirlər artıb" - Prezidentin səlahiyyətli nümayəndəsi mühüm faktlar açıqladı

30.05.2025 / 12:03
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678