Bazar ertəsi günü, 08 dekabr 2025
     

İtaliya Azərbaycanın sayəsində Mərkəzi Asiyaya çıxış imkanı qazanır...

Image

Məlum olduğu kimi, İtaliya Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən dövlətlərdən biridir.

İtaliya ilə Azərbaycanın çox ciddi iqtisadi-siyasi əlaqələri var. İki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliya birinci yerdədir. Ondan sonra isə Türkiyə və Rusiya gəlir. Həmçinin qeyri-neft sektoru məhsullarının xaricə ixracında da İtaliyanın yeri kifayət qədər önəmlidir. 

Hazırda Azərbaycan neft-qazının idxalında İtaliya mühüm yer tutur. Ümumiyyətlə, İtaliya, Azərbaycanın Av­ropa məkanında ən böyük enerji tərəfdaşıdır. Ölkəmizin neft ixrac etdiyi ölkələrin siyahısında birincilik uzun illərdir ki, İtaliyaya məxsusdur. Bu tendensiya cari ilin ilk yarısın­da da davam edib. Belə ki, hesabat dövründə Azərbaycan 20 ölkəyə, ümumilikdə, 7 milyard dollar dəyərində 11,1 milyon ton neft ixrac edib ki, bu siyahıda İtaliya yenə birinci olub. Döv­lət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar–iyun aylarında bu ölkəyə 2,7 milyard dollar dəyərində 4,3 milyon ton "qara qızıl" göndərilib. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır. Bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizindən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin, ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. Elə prezident İlham Əliyevin İtaliya dövlət başçısı Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri də buna xidmt edir. Həm İtaliya, həm də Azərbaycan rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Qeyd edək ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən tərəfdaşlıqların inkişafına böyük önəm verirlər. Bura İtaliya da daxildir. 

Onu da xatırladaq ki, 44 günlük Vətən müharibəsində İtaliya prezidenti və Nazirlər Şurasının sədri Azərbaycanı müdafiə edib. "İl Sole 24 Ore" və "Gli Occhi della Guerra" kimi italiya media vasitələri Azərbaycanın sülhsevər mövqeyini daim dəstəkləyib və dövlətimizin bu sahədə olan fəaliyyətinə dair materiallar işıqlandırıb.  İtaliya işğaldan azad edilən ərazilərdə yenidənqurma işlərində də iştirakda maraqlıdır. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiy­yatının müxtəlif sahələrinə, o cümlədən iş­ğaldan azad edilmiş ərazilərdə yenidənqurma layihələrinə cəlb olunması möhkəm iqtisadi əlaqələrin göstəricisidir və bu tərəfdaşlığın daha da genişləndirilməsi üçün potensial im­kanlar mövcuddur. Bunlar fonunda İtaliyanın əsas mətbu orqanlarından olan "Formiche" qəzeti yazır ki, iki strateji tərəfdaş ölkə güclü ticarət əlaqələrinə malikdir, yeni geosiyasi çağırışlar fonunda münasibətlərin xüsusi çəkisinin gücləndirilməsi isə böyük əhəmiyyət kəsb edir. Diqqətə çatdırılır ki, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan müxtəlifliyi təbliğ edir, fərqli mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini mənimsəyir. Bu amillər ona əsl körpü rolunu oynamağa imkan verir. Bildirilir ki, İtaliyanı Mərkəzi Asiya ilə birləşdirən və çox mühüm coğrafi məkanda yerləşən Azərbaycan kimi əsas ölkə ilə münasibətlərdə təmsil olunan incə, lakin həlledici geosiyasi tel var: Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və Albaniya – onlar Avro-Aralıq dənizi və Qafqaz kimi iki tamamilə strateji kvadrantı təşkil edən ölkələrdir. Yazıda keçən il "Ansaldo Energia" ilə "AzərEnerji" arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcəyi diqqətə çatdırılır. Eyni zamanda, İtaliyanın "Leonardo" şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycana "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi tədarük etdiyi bildirilir. Vurğulanır ki, ikitərəfli əlaqələr nəinki müdafiə, eyni zamanda, təhsil və mədəniyyət sahələrini də əhatə edir. Nəşr ölkəmizin İtaliyanın enerji təchizatına verdiyi töhfədən bəhs edir, Azərbaycanın "Şahdəniz 2" yatağından hasil olunan təbii qazı "köhnə qitəyə" nəql edən Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP boru kəmərinin avropalı tərəfdaşlar üçün "təhlükəsizlik yastığı" rolunu oynadığını vurğulayır. Yazıda vurğulanır ki, Azərbaycanın rolu enerji ilə məhdudlaşmır – onun fəaliyyəti noyabrda növbəti COP-un təşkili və mədəniyyətlərarası dialoq kimi iki proqram xətti üzrə davam edir. Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş qlobal təşəbbüs kimi 2008-ci ildə mühüm beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqla başlatdığı "Bakı Prosesi" çərçivəsində bu il ölkə paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu, hökumətlər, beynəlxalq təşkilatlar, ekspertlər, alimlər, siyasətçilər və digərləri üçün bir-biri ilə ünsiyyət kontekstində mədəniyyətlərarası kommunikasiyaların inkişaf edən dinamikası və qlobal təhlükəsizlik üzrə mənalı müzakirələr aparmaq baxımından mühüm platformadır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 21:45
Kreml ATƏT dövrü Qarabağ sənədlərinin açılmasından narahat olub...

08.12.2025 / 21:31
"Yeddi Yara" kilsəsi katolikosa qarşı mübarizənin mərkəzinə çevrildi - erməni keşişlərinin pornovideoları yayıldı...

08.12.2025 / 21:16
Rəsmi İrəvan Dohada da "dəhliz" sözündən qıcıqlandı - "niyə"sinə izah verilmir...

08.12.2025 / 21:02
Azərbaycan neft diplomatiyasında yeni yol açır - Hikmət Hacıyev anons verdi...

08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...

08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı… - FOTO

08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir" - Zelenskini nəyə məcbur edirlər...

08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə - 84 faizdən yuxarı...

08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ