şənbə günü, 11 aprel 2026
     

Azərbaycandan Avropaya “yaşıl enerji” nəqli üçün növbəti mühüm addım atıldı...

Image


Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan Avropa İttifaqına daha çox bərpa olunan enerji nəql olunması məqsədilə Qara dənizin dibi ilə kabel çəkilməsi üçün müştərək şirkət yaradıblar. 

"Associated Press" yazır ki, dörd ölkənin liderləri tərəfindən 2022-ci ildə təsdiqlənmiş layihənin aktuallığı, xüsusilə də Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ilə artıb. Avropa İttifaqı o vaxtdan bəri Rusiyadan hər hansı enerji asılılığına ümumiyyətlə son qoymağa can atır. Xatırladaq ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Müvafiq kabel Azərbaycanda Xəzər dənizində qurulacaq külək generatorlarının istehsal etdiyi enerjini Gürcüstandan keçməklə Avropa İttifaqı üzvləri – Rumıniya və Macarıstanın ərazilərinə nəql edəcək. Dörd ölkənin hökumət nazirləri Rumıniya paytaxtı Buxarestdə keçirilən iclasda layihəyə start veriblər. İclasda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - "Azərenerji", "Gürcüstan Dövlət Elektrosistem", "Transelectrica", MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan "Səhmdar Müqaviləsi", həmçinin iclasın yekunlarına dair protokol imzalanıb. Birgə Müəssisə və İşçi Qrupa müəyyən edilmiş müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək Birgə Müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb. Rumıniyanın enerji naziri Sebastian Burduja deyib ki, bu layihənin onun ölkəsi və bütövlükdə Avropa üçün strateji əhəmiyyəti var: "Əgər son bir neçə ayda Avropanın enerji xəritəsinə baxsanız, görərsiziniz ki, biz burada – İttifaqın şərq cinahındakılar elektrik üçün daha çox pul xərcləyirik. Bu ondan irəli gəlir ki, şəbəkə kifayət qədər şaxələndirilməyib". Onu da qeyd edək ki, Qara dəniz enerji kabelinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırma noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq. Sebastian Burduja  bu fonda qeyd edib: "Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması noyabrda Bakıda keçiriləcək COP29-da təqdim olunacaq. Marşrutlarımız, mənbələrimiz nə qədər çox olarsa, enerji də bir o qədər ucuz olar. Regionumuzdakı Avropa dövlətlərinin Qafqaz bazarı kimi tamamilə fərqli bazardan enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın şaxələndirilməsinə və enerjinin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Bu, ucuz layihə deyil, biz onun dəyərini texniki-iqtisadi əsaslandırması hazır olduqdan sonra öyrənəcəyik. Lakin hesab edirik ki, Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır və bu layihənin enerji təhlükəsizliyi və bazar üçün faydalı olacağını bilirik".

Burduja bildirib ki, layihəyə fiber-optik rabitə kabelinin çəkilməsi komponenti də daxildir. "TİƏ-nin hazırlanması çərçivəsində dörd ölkəni birləşdirəcək, məlumat axınının yaxşılaşdırılmasına və regionun rəqəmsallaşmasına dəstək verəcək bu komponentin həyata keçirilməsi imkanları qiymətləndiriləcək". Azərbaycanın enerji naziri Pərviz Şahbazov isə deyib ki, bərpa olunan enerjinin inkişaf etdirilməsi iqlim dəyişikliyi problemlərinin həllinə kömək edəcək. Onun sözlərinə görə, sualtı kabel xətti enerji təhlükəsizliyi üçün mühümdür, amma eyni zamanda bu xətlə yaşıl enerji nəql ediləcək. Bu isə beynəlxalq icmanın gündəliyində duran əsas məsələlərdən biridir. Bunlar fonunda daha bir maraqlı açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto verib. O qeyd edib ki, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın enerji operatorları tezliklə "yaşıl enerji" sahəsində yenilənmiş tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır. Bundan əlavə, o qeyd edib ki, Macarıstanın dörd sütuna əsaslanan enerji strategiyası var. Bu, "Pakş" AES-də iki yeni reaktorun tikintisi hesabına nüvə güclərinin artırılması, günəş enerjisi gücünün əhəmiyyətli dərəcədə artırılması, etibarlı enerji təchizatçıları ilə əməkdaşlıq və yeni təchizat marşrutlarının daxil edilməsini nəzərdə tutlur. Nazir "Azərbaycan-Gürcüstan-Avropa Qara dəniz" "yaşıl enerji" dəhlizi layihəsini nümunə gətirib. Bu layihə Gürcüstan və Azərbaycandan yeni enerji mənbələri təqdim edəcək, Macarıstanın enerji istehlakı dayanıqlığını artıracaq. Siyarto həmçinin layihənin sürətlə irəlilədiyini, iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin birgə müəssisə yaratdığını və tezliklə "yaşıl enerji" sahəsində dəyişikliyin edildiyi tərəfdaşlıq sazişi imzalamağı planlaşdırdığını qeyd edib. O, həmçinin qeyd edib ki, 1 100 km uzunluğuna görə rekord vuracaq sualtı kabel tikintisi başa çatdıqdan sonra "yaşıl elektrik enerjisi"nin idxalını asanlaşdıracaq. Bütün bunlar həm də Azərbaycanın Avropanın "yaşıl enerji" sahəsində əsas təminatçılarından biri olmasına gətirib çıxaracaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rəsmi Bakıdan Kremlə təpki - “...qəbuledilməzdir”

Azərbaycan 5 ildən çoxdur mina problemi ilə təkbaşına mübarizə aparır...

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

SON XƏBƏRLƏR

11.04.2026 / 10:02
Pentaqon: İrana qarşı əməliyyatda 390 amerikalı hərbçi yaralanıb

11.04.2026 / 08:57
Bloomberg: "Rusiya bayrağı altında üzən nəhəng tanker Hörmüz boğazından keçib"

11.04.2026 / 07:55
ABŞ və Livan İsraildən danışıqlara qədər “Hizbullah”a hücumları dayandırmasını istəyir

11.04.2026 / 07:15
Müctəba Xamenei niyə görünmür?

10.04.2026 / 22:23
Simonyanla Zaxarova KTMT-nin üstündə yenə atışdılar - “emosional siyasətçi”...

10.04.2026 / 21:58
Naxçıvanda Ombudsman təsisatı ləğv edildi

10.04.2026 / 21:47
Naxçıvan AAYDA-da külli miqdarda yeyinti... Sabiq agentlik sədri təfərrüatları açıqladı - pullar Talıbova çatdırılırdı...

10.04.2026 / 21:24
Ermənistan dəmiryolları uğrunda Rusiya-Qazaxıstan diplomatik “çəkişməsi”...

10.04.2026 / 20:54
ABŞ şirkətləri Zəngəzur dəhlizindən gedir...(?)

10.04.2026 / 20:37
Bir manat da vergi ödəməyən banklar var... Bağlanacaqlar...

10.04.2026 / 20:06
İran danışıqlara başlamaq üçün ABŞ qarşısında iki şərt irəli sürdü…

10.04.2026 / 19:44
Ukrayna Xəzərdə Rusiyanın qazma platformalarını vurdu...

10.04.2026 / 19:23
Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

10.04.2026 / 18:49
Taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirildi...

10.04.2026 / 17:55
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO

10.04.2026 / 17:39
Qaradağda əməliyyat keçirildi - 42 kq narkotik dövriyyədən çıxarıldı

10.04.2026 / 17:14
Bir örtükdən daha artıq: Kəlağayı İpəkdə yazılan tarix- Nigar Həziyeva ilə söhbət - MÜSAHİBƏ

10.04.2026 / 16:36
Qərbi Azərbaycan İcmasının Səbail rayon üzrə nümayəndəsi ictimaiyyətə təqdim olunub

10.04.2026 / 16:12
Sənan Cəfərovun 2 karateçı tələbəsi beynəlxalq turnirin qalibi oldu...

10.04.2026 / 16:05
Livan üzrə Trampla Netanyahunun birgə dəhşətli planı var...

10.04.2026 / 16:03
ABŞ Ermənistan vasitəsilə Kremlin əsas iqtisadi təşkilatına nəzarəti ələ keçiririr...

10.04.2026 / 15:59
Tramp İran rəhbərliyi daxilində xəyanət dalğasına ümid edir....

10.04.2026 / 15:59
İran müharibəsi ABŞ-ın ən güclü radarlarının məhvilə nəticələndi - "Çin xofu başladı"...

10.04.2026 / 15:55
Ermənistan dəmir yollarında "əl dəyişməsi" - məsələ Azərbaycan üçün də maraqlıdır....

10.04.2026 / 15:54
"Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır" - MEDİA

10.04.2026 / 15:53
ABŞ-ın İranda "uran oğurlama əməliyyatı" iflasa uğradı...

10.04.2026 / 15:50
Livandan Ermənistana ermənilərin qaçqın köçü başlayır....

10.04.2026 / 15:48
Pakistan danışıqlarda iştirak edəcək İran nümayəndələrini İsraildən qorumaq üçün qırıcılarını havaya qaldırdı…

10.04.2026 / 15:35
Putin tarixində görmədiyi reytinq itkisi ilə üzləşdi...

10.04.2026 / 15:02
Prezident MİDA-nın bir qrup əməkdaşını təltif etdi

10.04.2026 / 15:00
Kim kimə yalvardı - ABŞ İrana, ya əksinə?..

10.04.2026 / 14:52
Tehranda erməni kilsəsində Xamenei üçün 40 təziyyə mərasimi? - Təəccüblü qarşılandı...

10.04.2026 / 14:34
Trampın İranla bağlı 8 aprel qərarının ilginc səbəbi...

10.04.2026 / 13:59
Britaniyanın Baş naziri üsyan etdi - Putin və Trampın hərəkətlərindən bezdim…

10.04.2026 / 13:43
Tramp Livan məsələsində ifşa edildi… Hər şeyi dəyişdirən telefon danışığı - əvvəlcə razılaşdı, sonra geri çəkildi…

10.04.2026 / 13:31
Qadın və kişilər üçün bərabər maaş məcburi olacaq

10.04.2026 / 13:25
ABŞ-ın NATO-dan çıxmasının hədəfi Türkiyə ilə İsraili vuruşdurmaqdır (?)...

10.04.2026 / 13:09
İçərişəhərdə qala divarının uçmasının səbəbi açıqlandı

10.04.2026 / 12:44
"Repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur" - Emin Əmrullayev

10.04.2026 / 12:20
Buraxılış imtahalarınin nəticələri nə vaxt açıqlanacaq...

10.04.2026 / 11:57
Nazir imtahan sistemində islahatlara çağırış etdi

10.04.2026 / 11:40
Zakir Həsənov döyüş atışlı taktiki təlimi yoxladı - FOTO

10.04.2026 / 11:32
Con Kerri: "Üç ABŞ prezidenti İrana hücum etməkdən imtina etdi"

10.04.2026 / 11:16
Məleykə Abbaszadə:DİM fəaliyyəti dövründə 6 milyondan çox insanı imtahandan keçirib

10.04.2026 / 11:11
Emin Əmrullayev:"İmtahan sistemində tədricən dəyişikliklər aparılmalıdır"

10.04.2026 / 10:51
Nazir imtahan suallarının çətinliyi ilə bağlı danışdı

10.04.2026 / 10:26
Azərbaycan nefti bahalaşdı - 125 dollar...

10.04.2026 / 10:18
Zelenskidən Putinin atəşkəs qərarına reaksiya - bu bir fürsət ola bilər…

10.04.2026 / 09:51
ETX Macarıstandan daxil olan müraciət əsasında araşdırma aparıb

10.04.2026 / 09:28
ABŞ-ın NATO-dan niyə çıxmaq istədiyi məlum oldu - Suriyada İsrail-Türkiyə toqquşmasına hazırlıq…

10.04.2026 / 09:15
ABŞ-İran müharibəsi Rusiyaya milyardlar qazandırdı...

10.04.2026 / 08:55
İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

10.04.2026 / 08:21
Almaniya kansleri: "ABŞ-İran müharibəsi səbəbindən NATO-nun parçalanması arzu olunan deyil"

10.04.2026 / 07:35
Livan bombalandığı müddətdə ABŞ-İran danışıqları olmayacaq(?)..

10.04.2026 / 07:22
İranın vitse-prezidenti sərt danışdı - “…boş xəyalları onlarla qəbirə gedəcək”

10.04.2026 / 07:04
Kamal Xərrazi də həyatını itirdi...

10.04.2026 / 06:23
Qalibaf: "Livana edilən hücumlara güclü cavab veriləcək"

09.04.2026 / 23:57
Az öncə Meloni Tramp hamını şoka salan addım atdı...

09.04.2026 / 23:04
Netanyahudan atəşkəs qərarı – İsrail Livanla danışıqlara başlayır...

09.04.2026 / 22:35
"Ana dünyada ən gözəl varlıqdır"

09.04.2026 / 21:18
Rusiya ilə İranın Rəşt-Astara layihəsi yenidən aktuallaşır...

09.04.2026 / 20:35
Tramp Hörmüz boğazı üzrə birgə İran-ABŞ müəssisəsi yaradır...

09.04.2026 / 19:27
Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

09.04.2026 / 19:10
İstedadlı jurnalist və insani dəyərlər tərənnümçüsü Zahid Rzayevin yol hekayəsi - FOTO

09.04.2026 / 18:57
İsrail Hizbullahın yüksək rütbəli komandirini məhv etdi

09.04.2026 / 18:34
Körfəz ölkələrinin ABŞ-a güvəni qırıldı - Zelenski ilə “dron ticarəti” önə çıxır...

09.04.2026 / 18:09
Ukrayna müharibəsi yenidən qızışa bilər - Tramp Avropadan acıq çıxacaq...

09.04.2026 / 17:45
“Biz dünyadan köçüb getsək də, övladlarımız əbədi yaşayacaq” - şəhid anasından kövrək mesaj...

09.04.2026 / 17:26
İran cəbhəsində anormal atəşkəs, Trampsayağı bitirilmiş "müharibələrə" yeni nümunə, İlham Əliyevin praktikası... Aydın QULİYEV yazır...

09.04.2026 / 17:18
Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb - FOTO

09.04.2026 / 17:15
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ABŞ-ıa İran arasında əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıb

09.04.2026 / 17:10
Bütün yaş qrupları üçün ideal ailəvi səyahət ünvanı - Türkiyə

09.04.2026 / 16:58
Həm regional, həm qlobal - Azərbaycanın təcrübəsi...

09.04.2026 / 16:43
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

09.04.2026 / 16:28
Hörmüzdən keçən tankerlər hər barel üçün 1 dollar ödəyəcəklər - İran boğazdan keçid üçün haqq qoydu...

09.04.2026 / 16:12
Göy Türklərin - “Ərgən Hunların yığnağı” və Təbiətdə İmdad/Xilas yolu... törəni…

09.04.2026 / 15:50
İran Trampı körfəzdəki bazalarla bağlı çox çətin seçimdə qoydu...

09.04.2026 / 15:23
Yaşar Əməşov XRİTDX-nin rəisinin birinci müavini təyin edildi

09.04.2026 / 15:14
Atəşkəsdən saatlar əvvəl ABŞ elitası Trampı yerdən-yerə vurdu...

09.04.2026 / 14:57
İlin sonuna kimi Azərbaycanın əlavə milyardlar qazanmaq şansı var...

09.04.2026 / 14:52
Azərbaycan sayəsində Ermənistan üçün yeni dəmiryolları açılır...

Sosial şəbəkələrdə insanlara kütləvi hörmətsizlik qadağan edildi...

XƏBƏR ARXİVİ