Cümə axşamı günü, 29 may 2025
     

"Ağdərə rayonunun ləğvi ağdərəlilərə qarşı haqsızlıq olmuşdu” - Ağdərəli alim

Image

Ədalət Mustafayev: "Ovaxtkı hakimiyyətin verdiyi bu səhv qərardan Ağdərəni tərk edən və ölkənin müxtəlif yerlərinə səpələnən qaçqın əhalimiz çox ziyan çəkdi"

Prezident İlham Əliyev 15 oktyabrda Azərbaycan Bayrağını Ağdərə şəhərində ucaltdı, son günlər isə rayonun yenidən təşkil edilməsi prosesinə başlanılıb. Bu isə ağdəriləri həddən artıq sevindirir, onlar tezliklə öz doğma ocaqlarına qayıtmaq ovqatındadır.  

"Ağdərə camaatı inanırdı ki, cənab Prezident Ağdərə rayonunu bərpa edəcək, belə də oldu"

Müsahibimiz Ağdərənin İmarət-Qərvənd kəndində doğulan  AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevdir…

- Sonuncu dəfə Ağdərədə 1991-ci ilin sentyabr ayının 23-dən 24-nə keçən gecə olmuşam…

- Həmin gecə nə baş verdi?

- Həmin gecə kəndimizin yandırıldığı və bizim də oradan çıxdığımız gündür… 

- Ağdərə azad olunandan sonra ora getmisiz?

- Xeyr, getməmişəm. Ancaq çox arzu edirəm ki, tezliklə Ağdərəyə gedim.  Ağdərənin və Yuxarı Qarabağın bütünlüklə azad olunması ermənilərin bölgəni könüllü tərk etməsinə gətirib çıxardı. Bu da çox vacib bir məsələ idi.

- Ağdərə rayonunun yenidən təşkil edilməsinə münasbətiniz necədir? 

- 13 oktyabr 1992-ci il Nazirlər Sovetinin 327 saylı qərarı ilə Ağdərə rayonu ləğv edilib, ərazisinin bir hissəsi Kəlbəcər, bir hissəsi Ağdam, bir hissəsi isə Tərtər rayonlarına verilib. Bu səhv addım idi və bu o dövrkü hakimiyyətin səriştəsizliyinin nəticələrindən biridir. 1992-ci ildə Ağdərə rayonunun ləğv edilməsi barədə qərar Ağdərə camaatına qarşı aparılan haqsız siyasət idi. Bu qərarı verənlər o zaman Azərbaycana rəhbərlik edənlər idi. Ovaxtkı hakimiyyətin verdiyi bu səhv qərardan Ağdərəni tərk edən və ölkənin müxtəlif yerlərinə səpələnən qaçqın əhalimiz çox ziyan çəkdi. Xüsusən də sənədləşdirmə prosesində çətinliklərlə üzləşdilər. Bir sözlə,  Ağdərə rayonunun ləğvi ağdərəlilərə qarşı haqsızlıq olmuşdu.

İndi isə o haqsızlıq aradan qaldırılıb, rayon yenidən bərpa olunur. Cənab Ali Baş Komandanın Ağdərə rayonunun yenidən bərpası ilə bağlı atdığı addımlar çox sevindirici haldır. Azərbaycan Prezidentinin Ağdərənin bərpası ilə bağlı verdiyi qərar tarixi bir hadisədir. Ağdərəlilər bunu çox sevinclə qarşıladılar, çünki bu problem onların ürəyini illər boyu narahat edib. Biz hər zaman  statusunun bərpa edilməsini arzulamışıq. Ağdərə rayonunun bərpası Prezidentin siyasətində xüsusi yer tutur. Bir məqamı deyim, bir neçə il əvvəl Ağdamda doğulan 10 milyonuncu vətəndaşın Ağdərənin Baş Güneypəyə kəndindən olması və ölkə başçısının və birinci xanımın onun ailəsini mükafatlandırması ağdərəlilərin qəlbində çox böyük inam yaratdı. Hələ o dövrdə camaat arasında danışılırdı ki, cənab Prezident rayonu bərpa edəcək. Doğurudan da elə oldu. Ağdərə camaatı inanırdı ki, cənab Prezident Ağdərə rayonu bərpa edəcək, belə də oldu. Prezidentin Ağdərə şəhərinə bayraq sancması da böyük hadisə oldu, biz ağdərəlilərin qəlbini sevindirdi.        

- Ağdərənin hansı kəndindənsiniz?

- İmarət-Qərvənd kəndində doğulmuşam. Bu kəndin çox qədim və maraqlı tarixi var. Kənidmizin tarixindən danışmamışdan əvvəl qeyd edim ki, Ağdərə qədim orta əsrlərdən Cavanşir qəzasının, XX əsrdə isə keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayət"inin (DQMV) tərkibində olub. Ağdərənin coğrafi mövqeyi Aran Qarabağla Yuxarı Qarabağı birləşdirən bir ərazidir. Rayonun ərazisindən Xaçınçayın və Tərtər çayının keçməsi onun sosial-iqtisadi və digər məsələlərdə əhəmiyyətini artıran bir göstəricidir. 

- Rayondakl toponimlər barədə nə demək olar? 

- Ağdərənin özündə, eləcə də bütün kəndlərindəki  toponimlər Azərbaycan-türk mənşəlidir, orada ermənilərə, yaxud başqa bir xalqa məxsus toponim yoxdur. Bundan əlavə, çay, dağ adları ilə bağlı da qeyd etməliyik ki, onlar tarixi türk adlarıdır. Ağdərə ərazisində qeyri-türk mənşəli toponimlərə, adlara təsadüf edilmir. Deyim ki, bu ərazilərdə qədimlərdən məşhur türk tayfalarından olan kolanılar yaşayırdı. 

- Siz hansı dövrü nəzərdə tutursuz?

- 1923-cü ilə qədər olan dövrü. 1923-cü ildə "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradılarkən Ağdərənin adı dəyişdirilir 1930-cu ilə qədər Çerabert olur. Cerabert adını da dəyişdirirlər. 

- Onu niyə dəyişdirmişdilər ki?   

- Cerabert adının dəyişdirilməsi səbəbsiz deyildi. Çünki Cerabert sözünün Çələbiyurd kimi ifadəsi vardı. Bu baxımdan, ermənilər 1930-cu ildə  Ağdərəyə  Mardakert adı verir. 1992-cü ildə isə  Mardakert adı ləğv olunur Ağdərə adı yenidən qaytarılır. Tarixi toponimlərdən danışarkən deyim ki, Ağdərənin qədim adlarının bir neçə versiyası var. Bunlardan biri də Hunaşendir. Hunaşen adının olmasına əvvəllər şübhələr olsa da, sonradan Ağdərə ərazisində hun adı ilə bağlı yerlərin olması şübhələrə son qoydu. Bu, onu göstərir ki, Ağdərədə qədim Hun türklərinin adını özündə saxlayan çoxlu yer adları var. O cümlədən, doğulduğum İmarət-Qərvənd ərazisində Hunas qala vardı, sonradan ermənilər onun adını Çapar qala qoydular. Eyni zamanda biz Hunas dağının, Hunlu talanın və başqa yerlərin adlarını çəkə bilərik. Bu da onu göstərir ki, Ağdərənin qədim adının Hunaşen olmasına şübhə ilə yanaşmaq olmaz. 

- İşğaldan əvvəl Ağdərədə etnik mənzərə necə idi?

- İstərdim, işğal dövründən də əvvələ gedək və bəzi məsələləri qeyd edək. Ağdərə Yuxarı Qarabağın ən böyük rayonlarından, ən böyük ərazilərindən, eyni zamanda Cavanşir qəzasında strateji əhəmiyyəti olan yerlərdən biri idi. Çar Rusiyası erməniləri Cənibi Qafqaza köçürəndə burada sıx etnik erməni bölgəsi kimi yaradılan yaşayış yerlərindən biri də məhz Ağdərədir. O, Yuxarı Qarabağın şimal bölgəsini əhatə edir. Həm də dediyim kimi, Aran Qarabağla Yuxarı Qarabağ arasında keçid rolunu oynayırdı. Bu ərazidə 1800-cü illərdən ermənilərin məskunlaşdırılması prosesi baş verib. Yəni ona görə də əhalinin etnik tərkibi haqqında danışarkən ermənilərin Ağərəyə gəlmə, köçürülüb gətirilmə olduğunu mütləq vurğulamalıyam. 1813-cü ildə bağlanan Gülüstan, 1828-ci ildə imzalan Türkmənçay müqaviləsindən sonra ermənilərin Şimali Azərbaycana köçürülməsi baş verib. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsinin erməniləşdirilməsi prosesinə başlanılıb. Erməniləşdirmə prosesləri ilə bağlı çoxlu faktlar vardı.

- Əsasən hansı faktları qabartmaq olar?

- Ermənilər məqsədli şəkildə ilk olaraq Ağdərədəki qədim məbədlərin ərazilərinə yerləşdiriliblər. Ağdərədə yerləşən Gəncəsər məbədi XIII əsrdə, 1216-cı ildə Həsən Cəlal tərəfindən tikilib. Kitabəsində əsasının Həsən Cəlal tərəfindən qoyulması yazılır. Bu ərazi qədim və orta əsrlər dövründən, sonrakı dövrlərdə də bu ərazidə türk əhalisi yaşayıb. Burada xristian albanların olması və sonra da onların erməniləşdirilməsi prosesi başqa sualın cavabıdır...Bizim araşdırmalarımız onu göstərir ki, ərazimizdə qədimdən ermənilər yaşamayıb. 1800-cü illərdən ərazilərimizə köçürülən ermənilər haqda olan məlumatlardan biri barədə Yermolov 1823-cü il siyahıyaalınmasında qeyd olunur. Orada vurğulanır ki, Gəncəsər monastırı ərazisinə 18 erməni ailəsi köçürülüb. Bu tipli faktlar çoxdur. O cümlədən yaşadığım İmarət-Qərvənd icmasında 11 kiçik kənd olub. Çar dövründə və ondan sonra orada dörd erməni kəndi salınıb. Bütünlüklə İmarət-Qərvənd icmasını əhatə edən 11 kəndin əksəriyyətinin əhalisi köçüb dağılmışdı, təkcə Kərəmli və Almədədli deyilən hissələri  yerində qalmışdı.   Bu kəndin keçmiş adı da Qərvənd olub. Tərtər çayının ətrafında İmarət-Qərvənd hissəsinə düşən bir ərazidə, sonralar Qozlukörpü adlanan yerdə Pənahəli xan tərəfindən bir imarət tikilmişdi...

- O imarət indi də qalır?

- Xeyr. Bu imarət 1950-ci illərdən sonra dağıdılıb. Ona görə də, bu ərazi sonradan İmarət-Qərvənd adlandırılıb. 

- Bəs İmarət-Qərvəndin ərazisində salınan erməni kəndlərinin adları nə idi? 

- Çapar, Zərdəxaç, Qozlukörpü və Aterk. Bu Aterkin də əvvəlki adı Həsənriz olub. Bu toponimin  Həsən Cəlalinin adı ilə bağlı olması ağlabatandır. Qeyd etmək lazımdır ki, Çapar kəndinə 1870-ci illərdən sonra bir neçə erməni ailəsi köçürülüb. Qozlukörpü ərazisində 1960-cı illərdə Meşə Emalı Zavodu tikilir. Bura da orada işləmək üçün Lənkarandan 60 ailənin köçürülməsi prosesi baş verir. Qısa müddət ərzində həmin 60 ailə oradan müxtəlif yollarla çıxarılır, onların yerində ermənilər yerləşdirilir. Qozlukörpü Sovet dövründə qurulan kənddir. Qeyd edim ki, Ağdərədə erməni kəndlərinin salınması prosesi sonradan başlayıb. 

- Rayonda erməniləşmiş albanlar vardımı?    

- Erməniləşmiş albanlar barədə çoxlu fikirlər var. Deyirdilər ki, bizdə erməniləşmə prosesi olub. Ağdərədə bəzi ailələr haqda məlumat vardı ki, onlar türk, alban əsillidirlər, amma sonradan erməniləşiblər. Ağdərədə Heyvalı, Yayıcı, Ağdərə ətrafında Uluqarəbəy və digər kəndlər vardı ki, onların da adları türk adları idi. Orada erməni mənşəli heç bir yer yox idi. Orada Hunlu tala kəndi vardı ki, orada bir məbəd yerləşirdi. Səhv etmirəmsə, Şagen Mkrtıçyan guya Qarabağ abidələrindən yazıb. O yalandan iddia edib ki, guya bu abidələrin hamısı "erməni abidələri"dir. Yalandan yazır ki, Hunlu talada olan məbəd  1925-ci ildə dağıdılıb. Çox maraqlıdır, bu  həmin Sovet dövrü idi və ora ermənilər köçürülmüşdü. Əgər o erməni məbədi idisə, bəs niyə bərpa olunmamışdı?Ağdərədə olan heç bir xristan məbədinin ermənilərə aidiyyəti yoxdur. 1988-ci ilə qədər ermənilər özləri də etiraf edirdilər ki, bu abidələrin onlara aidiyyəti yoxdur. Sadəcə, ərazi işğalı siyasi proses kimi meydana çıxandan sonra ermənilər o ərazilərdə yerləşən abdələr üzərində bərpa işləri apardılar, onları saxtalaşdırdılar. 

- Bu abidələrin onlara aid olmadığını bildikləri halda bu saxtalaşdırma nə üçün idi?   

- Daha çox ictimai şüura təsir etmək istəyirdilər. O zaman əhalinin şüurunda belə bir rəy yaratdılar ki, guya qədim dövrlərdən Qarabağ ərazisində ermənilər yaşayıb. Halbuki, bölgədə erməni tarixinə aid heç bir iz yoxdur. 

- 1988-ci ili necə xatırlayırsınız?     

- 1986-cı ildə hərbi xidmətdə olarkən Ağdərədən olan ermənilərdən eşidirdim ki, 1987-ci ildə keşiş Fransaya gedəcək. Oradan razılıq alan kimi Qarabağda "Miatsum" başlayacaq. Bu barədə müxtəlif dairələr də məlumatlı idi. Ermənilər özləri deyirdi ki, Qarabağın Ermənistana verilməsi üçün hər ay hər bir ailə erməni təşkilatlarına pul ödəyir. 

- Müəyyən dairələr bundan xəbərdar idisə, bəs buna niyə rəvac verilirdi?

- Sovetlər Birliyinin tərkibində olan və müstəqil olmayan bir dövlətin bunun qarşısını almaq üçün hərəkət etməsi mümkün deyildi. Ulu öndər Heydər Əliyev 1982-ci ildə Moskvaya gedəndən sonra respublikada çətinliklər yaranmağa başlamışdı. Moskvada işləməsinə baxmayaraq, o hər zaman Azərbaycanı himayə edirdi. Ermənilərin Fransada Qarabağla bağlı iddia  qaldırması isə Heydər Əliyev Qorbaçov və erməni mafiyası tərəfindən vəzifədən uzaqlaşdırıldıqdan sonra baş verdi. Heydər Əliyev siyasi büroda olarkən onlar bu məsələni müzakirəyə çıxara bilməmişdilər. 1988-ci hadisələr Xankəndidə bir sıra insanların nümayişə çıxması ilə başladı. Ağdərənin, Xankəndinin mərkəzində işləyən azərbaycanlılara təzyiq göstərilirdi. 1988-ci ildə Ağdərədə 14 Azərbaycan kəndi qalmışdı, qalanından camaat çıxarılmışdı, kəndlərin adları kütləvi olaraq dəyişdirilmişdi. Bu proses 200 ilə yaxın davam edən bir proses idi. Ermənilərin Marağadan Ağdərəyə köçürülmələrinin 150 illiyi münasibətilə  Ağdərənin "Marquşevan" (indi Şıxavənd adlanır) kəndi ərazisində abidə qoyulmuşdu. 1985-ci ildə həmin abidənin sökülməsinin şəxsən şahidi olmuşam. Ermənilərin bu abidəni hansı səbəbdən sökməsi sual doğururdu, bilmirdik ki, bununla bura gəlmə olduqlarının izini itirmək istəyirlər. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 15:25
"Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

29.05.2025 / 14:19
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətin üstünü açdı...

29.05.2025 / 14:04
İran Azərbaycana Biləsuvar gömrük məntəqəsinin iş saatının artırılmasını təklif etdi

29.05.2025 / 13:50
DİN narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirdi

29.05.2025 / 13:25
Prezident İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib - FOTO

29.05.2025 / 13:18
Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü

29.05.2025 / 13:10
Азербайджан жестко ответил Лаврову! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.05.2025 / 12:53
İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...

29.05.2025 / 12:45
Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - RƏSMİ AÇIQLAMA

29.05.2025 / 12:38
Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi - növbəti təxribatlarına zəmin yaratmağa cəhd edirlər

29.05.2025 / 12:26
“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

29.05.2025 / 12:25
Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:55
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

29.05.2025 / 11:41
Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

29.05.2025 / 11:28
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində olmadığını bildirdi

29.05.2025 / 11:22
“Rusiya Gürcüstanda təsirini artırır, Ermənistanla münasibətlər pisləşir”

29.05.2025 / 11:13
"815” Çağrı Mərkəzinə aprel ayı ərzində 13 minə yaxın zəng daxil olub

29.05.2025 / 11:06
BƏƏ şirkətinə 50 milyon dollar investisiya yatırıb - Fond açıqlama yaydı

29.05.2025 / 11:03
Putinin yeni yeni tələbləri sadəcə absurddur - CANLI

29.05.2025 / 11:00
Türkiyə mediası Ərdoğanın Laçın səfərindən yazır

29.05.2025 / 10:35
Bu Hollivud ulduzu ilə şəkil çəkdirmək 550 dollardır...

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:12
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO

29.05.2025 / 09:06
Laçına növbəti köç karvanı yola salınıb

29.05.2025 / 09:00
Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

28.05.2025 / 23:48
Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

28.05.2025 / 23:24
Oskanyan: ”28 May – suverenliyimizim zədələndiyi bayramdır”

28.05.2025 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO

28.05.2025 / 22:53
Tramp: “Putinin ABŞ-ı aldatdığı aşkar edilərsə, reaksiya “fərqli” olacaq”

28.05.2025 / 22:52
Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi

28.05.2025 / 20:14
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

28.05.2025 / 19:56
“Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan ancaq Bakıda yaşaya biləcək”

28.05.2025 / 19:40
İvanişvili ABŞ səfiri ilə görüşməkdən imtina etdi

28.05.2025 / 19:27
"1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır" - Ərdoğan

28.05.2025 / 18:38
Zakir Həsənov Yaşar Gülerlə görüşdü...

28.05.2025 / 18:05
Şahbaz Şərif: "Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq"

28.05.2025 / 18:02
Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar - FOTO

28.05.2025 / 18:00
"Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi" - Pakistanın Baş naziri

28.05.2025 / 17:47
Tramp Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 17:10
"Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" - Prezident

28.05.2025 / 17:06
Prezident Vətən müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirdi

28.05.2025 / 17:04
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi" - Prezident

28.05.2025 / 16:50
Prezident: "Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır"

28.05.2025 / 16:47
"Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir" - Prezident İlham Əliyev

28.05.2025 / 16:36
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 16:07
“Kreml Trampın qətiyyətini sınamaqda davam edir”

28.05.2025 / 15:46
Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik və əməkdaşlıq seçim məsələsi deyil, zəruri ehtiyacdır"

28.05.2025 / 15:39
ABŞ Rusiyanın genişmiqyaslı yay hücumuna hazırlaşdığını bildirir

28.05.2025 / 15:26
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 15:23
"Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək" - Ərdoğan

28.05.2025 / 15:16
LGBT-yə görə 17 Aİ ölkəsi Avropa Komissiyasını Macarıstanı cəzalandırmağa çağırdı

28.05.2025 / 15:15
Ermənilərin Respublika günü separatcılara həsr olundu

28.05.2025 / 15:14
"Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var" - Baş nazir

28.05.2025 / 15:05
Şahbaz Şərif: "Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi fəxarət hissi ilə doldurur"

28.05.2025 / 14:55
"Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir" - Pakistanın Baş naziri

28.05.2025 / 14:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"

28.05.2025 / 14:20
"Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir" - Prezident

28.05.2025 / 14:15
Prezident: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"

28.05.2025 / 14:12
"Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub" - Prezident İlham Əliyev

28.05.2025 / 14:07
Laçında Prezident İlham Əliyevin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 14:05
"Qafqazın ən gözəl şəhərlərindən biri Zirvə toplantısına ev sahibliyi edir" - Hikmət Hacıyev

28.05.2025 / 13:53
"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!" - Türkiyə XİN

28.05.2025 / 13:36
Laçında Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

28.05.2025 / 12:51
Lerikdə meşədə çətənə kolları yetişdirən şəxs saxlandı

28.05.2025 / 12:31
Prezident İlham Əliyev və Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar - FOTO

28.05.2025 / 11:16
Prezident İlham Əliyev və Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 11:10
Ərdoğan Laçındadır

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678