Ermənistandan Naxçıvan istiqamətində növbəti təxribat - mövqelərimiz atəşə tutuldu
Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
ZÜMRÜD