Çərşənbə günü, 28 may 2025
     

AMEA-nın "Elm...parkı" lazım deyildisə, niyə yaradılmışdı?

Image

İlqar Orucov: "Bu parkın fəaliyyəti səmərəsiz idi və hər şey görüntü xarakteri daşıyırdı"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində "Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilir. Bununla bağlı rəsmi mətbuatda elan yerləşdirilib.

"Elm və Texnologiya Parkı" 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 50 manatdır. 

Bu park niyə açılmışdı, indi niyə bağlanır? Özünü niyə doğrultmadı?

"Ləğvinə qərar verilən "Elm və Texnologiyalar Parkı"nın fəaliyyəti ciddi araşdırılmalıdır" 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Bakı-Xəbər"ə şərhində  "AMEA-nın nəzdində  "Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv olunması doğru qərardır. Sualı çox düzgün qoyursuz ki, bu park niyə yaradılmışdı və niyə ləğv olundu. Zaman-zaman AMEA-da elmi-tədqiqat institutlarının təcrübə-konstruktor büroları, bir çox təcrübə-sınaq mərkəzləri, hətta salonları da fəaliyyət göstərib. Bü müəssisələrin fəaliyyətində əsas məqsəd elmi-texnoloji yeniliklərin ilkin olaraq tətbiqini həyata keçirmək idi. Qeyd etdiyim müəssisələrdə, ayrı-ayrı tədqiqat institutlarının nəzdindəki zavodlarda elmi işlər sınaqdan keçirilirdi. Hətta bir sıra hallarda, çox böyük həcmdə olmasa da, müəyyən həcmdə  istehsalatla da məşğul idilər. Bunlar elmi-texnoloji məhsullar idi. Əlbəttə, bəhs etdiyim istehsal müəssisələri fundamental və tətbiqi elmlər sahəsində yaradılmışdı. Bu, əsasən fizika, kimya və digər sahələrdə tədqiqat aparılan institutlarda olurdu. Birbaşa burada təcrübi sınaqlar həyata keçirilirdi. Bu SSRİ zamanında yarılmışdı, məqsəd də o idi ki, alimlərin əldə etdiyi yeniliklərin, innovasiyaların birbaşa tətbiqi əhəmiyyəti bir daha öz təsdiqini tapsın, sonra onlar daha geniş sahədə tətbiq olunsunlar. 

Amma AMEA-nın "Elm və Texnologiyalar Parkı" məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyətə başlamışdı. Bu park akdemiyanın keçmiş prezidenti Akif Əlizadənin zamanında "parlamağa" başlamışdı. Hər zaman həmin parkın fəaliyyətini tənqid etmişəm. Tənqid etməyimin səbəblərini deyim. Həmin müəssisədə bulaq suyu qablaşdırılırdı. Bulaq suyunu qablaşdırmaq "əlahiddə" bir hadisə kimi bəh-bəhlə təqdim edilirdi, guya bu elmi məhsuldur. O parkda mühərrik yağları istehsal olunurdu, halbuki, bu mühərrik yağlarını adi sexlər də istehsal edirdi. Elmi məhsullar kimi təqdim olunan bu məhsullar bütövlükdə elmi məhsullar deyildi, yaxud orada elmilik çox cüzi faiz təşkil edirdi. Bu parkın fəaliyyəti səmərəsiz idi və hər şey görüntü xarakteri daşıyırdı. 

Xatırlayıram ki, o vaxt Akif Əlizadə akademiyanın prezidenti vəzifəsindən istefa verəndən sonra Ramiz Mehdiyev də həmin müəassisəni tənqid etmişdi. Bildirilirdi ki, buradakı işlər görüntü xarakterlidir və sair. Məsələ burasındadır ki, Ramiz Mehdiyev özü də həmin müəssisənin ləğv edilməsində fəallıq göstərmədi. Bu park səmərəsiz və faydasız bir müəssisə idi"-deyə bildirdi.

İ.Orucov vurğuladı ki, AMEA-nın indiki prezidenti İsa Həbibbəyli çox dəyərli, yaxşı elm təşkilatçısıdır, o, yeniliklərə, innovasiyalara, təkliflərə, hətta tənqidlərə açıq adamdır. "Mənim İsa müəllimə çox böyük hörmətim var. Düşünürəm ki, bununla bağlı qararı AMEA-nın Rəyasət Heyəti verib, amma İsa Həbibbəyli AMEA-nın rəhbəridir, çox doğru qərar verilib. Cənab Prezidentin müvafiq fərmanı ilə Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı və akademiyanın məhz tətbiqi innovasiyalar ortaya qoya biləcək elmi-tədiqiqat müəssisələri AMEA-nın tabeliyindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi. Təbii ki, həmin müəssisədə AMEA-nın bu və digər məhsulu tətbiq oluna bilməzdi, bu səbəbdən də qərarı düzgün hesab edirəm. Digər tərəfdən, hesab edirəm ki, ləğvinə qərar verilən "Elm və Texnologiyalar Parkı"nın fəaliyyəti ciddi araşdırılmalıdır. Bu müəssisəyə nə qədər dövlət vəsaiti cəlb olunub, o vəsaitdən səmərəli istifadə olunubmu? Çünki bu müəssisə haqda həmişə mənfi fikirlər, rəylər olub. Bu fikirlər, rəylər nə qədər obyektiv, nə qədər ədalətli olub? Orada nə kimi nöqsanlar, çatışmazlıqlar olub, bütün bunlar araşdırılmalıdır. Bir müəssisə ləğv olunarkən həm də bu baxımdan məsələyə yanaşmalıyıq. Vaxtilə bəh-bəhlə təqdim olunan o müəssisədə hansı işlər görülüb? Qənaətimə görə, burada kifayət qədər pozuntular var".

İ.Orucovun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş fundamental tədqiqatlarla məşğul olan institutlar artıq yeni bir idarəçilik modeli ilə fəaliyyət göstərəcəklər. Nazirlik, o cümlədən də elm və təhsil naziri Emin Əmirullayev dünyada gedən elmi prosesləri çox yaxşı bilir. "Düşünürəm ki, cənab nazir məhz alimlərin innovasiyalarla bağlı fikirlərinə açıqdır və  nazirlik köhnədən qalmış görüntü xarakterli işlərə münasibətdə kifayət qədər sərtdir. Görüntü xarakterli işləri qəbul etmirlər. Hesab edirəm ki, məhz bu nazirliyin tabeliyinə verilmiş elmi-tədqiqat institutlarında elmi yeniliklərin, elmi innovasiyaların tətbiqi ilə bağlı məsələləri ortaya qoyacaqlar. Eyni zamanda da faydalılıq olacaq, görütü olmayacaq, əməli iş olacaq. Bu baxımdan, o "Park" kimi müəssisələrin "fəaliyyətinə"də ehtiyac yoxdur"-deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

28.05.2025 / 11:25
Ərdoğan Laçındadır

28.05.2025 / 11:07
Bu axşam Konfrans Liqasının finalı olacaq

28.05.2025 / 11:00
"Azərbaycan Ordusu 2020-ci ili xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirib"

28.05.2025 / 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

28.05.2025 / 08:44
Xarici ticarətimizdə müsbət saldo hər il azalır - cəmi 651 milyon dollar qaldı...

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

27.05.2025 / 21:10
Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

27.05.2025 / 20:57
Fransa XİN Azərbaycanı Ermənistanla sazişə çağırdı - absurdun son həddi...

27.05.2025 / 20:44
Pezeşkian Bakıdan sonra İrəvana getmək qərarına gəldi...

27.05.2025 / 20:32
Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

27.05.2025 / 20:18
İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

27.05.2025 / 20:04
Qərbi Zəngəzurda Ermənistan dalbadal xarici konsulluqlar açır - nə baş verir?

27.05.2025 / 19:53
Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:51
Paşinyanın taleyi Azərbaycanla sülh müqaviləsindən asılı vəziyyətə düşür...

27.05.2025 / 19:50
Macarıstanın Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:50
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

27.05.2025 / 19:48
Andjey Duda Prezident İlham Əliyevə təbrik ünvanlayıb

27.05.2025 / 19:36
Xaricdən Azərbaycana kiberhücum faktları NATO arenasında da yayıldı...

27.05.2025 / 19:34
Bayram Beqay Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:30
Litva Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:23
İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

27.05.2025 / 19:15
Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verdi - FOTO

27.05.2025 / 19:09
Fransa və Ermənistan Strateji Tərəfdaşlıq sənədi imzalamağa hazırlaşır - hərbi sfera xüsusi diqqətdədir...

27.05.2025 / 18:56
Ermənistanda Fransanın xüsusi inkişaf fondu haqda protokol imzalandı - Fransa ABŞ-ı əvəzləmək istəyir...

27.05.2025 / 18:42
Paşinyan Bakı ilə sazişi pozan köhnə “konstitusiya ideyasını” yenidən gündəmə gətirdi...

27.05.2025 / 18:39
Əli Əsədov Misir Senatının sədri ilə görüşdü

27.05.2025 / 18:33
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi - FOTO

27.05.2025 / 18:28
"Putin dəli olub" sözlərinə görə Kreml Trampa çox qorxaq cavab verdi... Niyə?

27.05.2025 / 18:22
Bakıda islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

27.05.2025 / 18:15
100 illər öncə qul ticarəti aparırdı, indi islamofobiyanın önündə gedir... Kim?

27.05.2025 / 18:12
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 18:02
Avropanın iki mühüm qurumu islamofobiyanın mərkəzinə çevrilib...

27.05.2025 / 17:50
Putinin yaxın çevrəsində “SSRİ-nin bərpası” şüarına qoşulanların sayı artır...

27.05.2025 / 17:44
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

27.05.2025 / 17:43
II Qaregin növbəti dəfə Azərbaycan və Türkiyəyə qarşı həyasızlıq etdi

27.05.2025 / 17:30
Əfv sərəncamı cəmiyyətin gözləntilərini doğrulda bildimi?..

27.05.2025 / 17:27
Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan - RƏY

27.05.2025 / 17:26
Vüqar Rəhimzadə: Müstəqil və qüdrətli Azərbaycanın üçrəngli Bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır

27.05.2025 / 17:24
Putin Vatikana getsə, ingilislər təyyarəsini vuracaq - Rusiya deputatından şok iddia...

27.05.2025 / 17:16
"Müsəlmanları cəmiyyətin təhlükəli elementi kimi göstərməyə çalışan siyasi qruplar var" - David Munir

27.05.2025 / 17:08
Zəka Mirzəyev yaxın qohumlarına vəzifə verib? - DSMF açıqlama yaydı...

27.05.2025 / 16:54
Azərbaycan fransız məhbusu Kaya Kallasın şəxsi xahişindən sonra əfv edib...

27.05.2025 / 16:51
Ermənistan parlamentinin sədri separtçıların cavabını verdi,ancaq yarımçıq...

27.05.2025 / 16:50
Jean-Noël Barrault: “Ağrı dağının baxışları altında İrəvana endik”

27.05.2025 / 16:49
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini haqqında da istintaq başladıldı

27.05.2025 / 16:48
İyunun 2-də Gorusda Fransanın konsulluğu açılır, Rusiya isə 3 ildir gözləyir

27.05.2025 / 16:47
Qondarma “Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatı” Azərbaycana qarşı hədyanlar yağdırdı

27.05.2025 / 16:45
"İslamı Avropanın sosial və mədəni toxumasının bir hissəsi kimi görmək daha ədalətlidir" - Avstriya Müsəlman Təşəbbüsünün sədri

27.05.2025 / 16:44
Tramp Baydenin Ukraynaya qoyduğu bütün məhdudiyyətləri aradan qaldıracaq

27.05.2025 / 16:42
Spiker erməniləri azərbaycanlılarla ticarət etməyə səslədi - "özünüzü buna hazırlayın"....

27.05.2025 / 16:41
"Dezertirlik " erməni cəmiyyətini bürüyüb- 10 mindən çox gənc axtarşdadır....

27.05.2025 / 16:32
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunub

27.05.2025 / 16:18
Putindən Microsoft və McDonald's haqqında sərt açıqlamalar - Onları boğmaq lazımdır...

27.05.2025 / 16:10
Beynəlxalq konfransda İslam mədəni irsinin qorunması yolları müzakirə edilib

27.05.2025 / 15:55
"Tibb işçilərinə tətbiq edilən 65 yaş həddi ləğv edilməlidir" - Əhliman Əmiraslanov

27.05.2025 / 15:47
Birinci Qarabağ müharibəsinin şəhidi Mingəçevirdə torpağa tapşırıldı

27.05.2025 / 15:32
Moskva Kiyevlə danışıqlar üçün beş ölkəni nəzərdən keçirir...

27.05.2025 / 15:26
Prezident İlham Əliyev: "May ayı bundan sonra bayram ayı olacaq"

27.05.2025 / 15:24
"Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb" - Prezident

27.05.2025 / 15:06
Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb - Baş Prokurorluq açıqlama yaydı...

27.05.2025 / 14:48
Toyda içib həmkəndlisini döyən nazirlik əməkdaşı məhkəmə zalında həbs edildi

27.05.2025 / 14:40
Prezident “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib - FOTO

27.05.2025 / 14:35
"Qərbdəki müsəlmanlar öz kimlikləri səbəbindən ayrı-seçkiliyə məruz qalırlar" - Samir Boudinar

27.05.2025 / 14:23
Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında - azad ərazilərdə üçüncü hava limanının açılışı olacaq…

27.05.2025 / 14:12
"İslamofobiya ən çox cəhalətin mövcud olduğu yerlərdə kök salır" - Oussama Jammal

27.05.2025 / 14:07
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

27.05.2025 / 13:59
Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib

27.05.2025 / 13:55
Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 13:51
Şahbaz Şərifin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına endi - FOTO

27.05.2025 / 13:43
İsxak Hersoq Prezident İlham Əliyevə məktub göndərdi

27.05.2025 / 13:37
93 min dolları ölkədən çıxaran şirkət cərimələndi

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678