Cümə axşamı günü, 24 iyul 2025
     

Paşinyan Azərbaycanla təhlükəsizlik mövzusunu gündəmə gətirdi...

Image

Sentyabrda Ermənistanda hökumətin devrilməsi üçün müvafiq tədbirlərin başlanması planlaşdırılır. Belə bir açıqlama ilə  "Vətən naminə Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan çıxış edib. Lakin o, təfərrüatlardan yayınıb: 

"Hazırda hökumətin devrilməsi üçün mümkün tarixlər barədə danışa bilmərəm; bu, çox vaxt tələb edir. Biz qarşıya müvafiq məqsəd və vəzifələr qoymuşuq. "Vətən naminə Tavuş" hərəkatı təşkilati işlər aparır, onlar öz templəri ilə irəliləyirlər. Görmək mümkün olan hər şeyi  siz görəcəksiniz, harada mümkün olacaqsa orada da tədbirlərimizdə  iştirak edin və biz qələbəni birlikdə qeyd edəcəyik. Biz may ayında başlamışıq və mayda da prosesi bitirəcəyik". Qalstanyan Nikol Paşinyan hökumətinin mütləq devrilməli olduğunu vurğulayıb.
 Xatırladaq ki, "Vətən naminə Tavuş"   hərəkatı mayın əvvəlindən Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində başlayıb. Daha sonra ölkənin digər bölgələrində davam edib. Lakin hökumətin devrilməsi üçün istədiyi nəticəyə nail olmayıb. Məhz belə bir vaxtda Paşinyan da olduqca maraqlı gediş edib. Nikol Paşinyan və arvadı Anna Akopyan Tavuş vilayətinin Kirants kəndinə gəlib. Paşinyan və xanımı yeni tikilən məktəbə baş çəkib, qırmızı lenti kəsiblər. Nikol Paşinyan bu fonda bildirib: "Kirantsda Azərbaycan sərhədindən bir neçə metr aralıda yerləşən məktəbi ziyarət etməyim heç vaxt olmadığı qədər təhlükəsizdir. Tam məsuliyyətlə bəyan etmək istəyirəm ki, müstəqil Ermənistanın tarixində Kirantsda məktəbi ziyarət etmək indiki qədər təhlükəsiz olmayıb, Kirantsda yaşamaq heç vaxt indiki qədər təhlükəsiz olmayıb". O əlavə edib ki, Kirantsda məktəbə getməyin təhlükəsiz olması ilə bağlı bəyanat azərbaycanlılar olan Xeyrimli kəndində də məktəbə getməyin təhlükəsiz olması deməkdir. Bundan əlavə, baş nazir Kirantsdakı delimitasiya prosesini dövlət üçün böyük uğur adlandırıb: "Dövlətinizin harada başladığını və harada bitdiyini bilməyəndə sual yaranır ki, sizin dövlətiniz var, ya yox. Biz Kirantsda müstəqil, suveren, güclü və sülhsevər Ermənistan dövlətinin təməl daşını qoyduq". Qeyd edək ki, sözügedən məktəb Azərbaycan sərhədindən 40-50 metr aralıda yerləşir. Paşinyanın bu gedişi Azərbaycanla sərhədin müəyyən edilməsinə qarşı çıxan qüvvələrin mövqeyinə ciddi zərbə hesab olunur. Bu arada Ermənistan Azərbaycanla sərhəd demarkasiyasının tənzimlənməsi qaydalarına dair sənədin məzmununu da açıqlayıb. Bu sənədə görə, İrəvan və Bakı delimitasiyanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun şəkildə icra etmək barədə razılığa gəliblər, lakin bu, yekun razılaşma deyil. Tənzimləmə sənədinə görə, proses gələcəkdə sülh müqaviləsi qəbul edildikdən sonra başqa prinsiplərlə də davam etdirilə bilər: "Əgər gələcəkdə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası sülh və münasibətlərə dair razılaşma başqa tənzimləmələri nəzərdə tutarsa, bu təməl prinsip yuxarıda adı çəkilən razılaşmaya uyğun olmalıdır". Qaydalar 7 maddədən ibarətdir və bunlar da əsasən proseslə bağlı texniki məlumatlarla əlaqəlidir. Məsələn, 4-cü maddədə deyilir ki, sərhəd xəttinin "optimallaşdırılması" mümkündür. Bu, ilk növbədə sərhədyanı yaşayış məntəqələrinin qəbirstanlıqlarının, mədəniyyət və tarixi irsinin saxlanmasını, mühəndislik və nəqliyyat işlərini nəzərdə tutur.

Erməni xəritəşünas Ruben Qalçyanın fikrincə, bu o deməkdir ki, komissiyalar yerdəki real vəziyyəti nəzərə alaraq sovet dövrü xəritələrindəkindən kənara çıxa bilərlər: "Əgər bir məzarlıq demarkasiya və sərhədin çəkilməsi vaxtı orada olubsa və bir qədər genişlənibsə, komissiya deyə bilər ki, sərhəd böyüyüb və məsələn, bu qədər metr irəli çəkilməlidir". Sözügedən sənəddə tərəflərin demarkasiyanı hansı ilin xəritəsi əsasında aparacaqları göstərilmir. Burada Bakı və İrəvanın növbəti demarkasiyanı harada keçirəcəkləri də göstərilməyib. Qaydalar təsdiqlənmək üçün Konstitusiya Məhkəməsinə təqdim edilməli, daha sonra isə Ermənistan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Bu da qeyd olunur ki, bu məsələ Ermənistan hökumətinin növbəti iclasının gündəliyinə qapalı bənd kimi daxil edilib. Xatırladaq ki, avqustun 30-da Azərbaycan və Ermənistan sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında müddəanı imzalayıb. Artıq o da bəllidir ki, Ermənistanın Nazirlər Kabineti Azərbaycanla dövlət sərhədlərinin delimitasiya komissiyalarının birgə işi haqqında əsasnaməni sentyabrın 5-dəki iclasda nəzərdən keçirəcək. Qərar layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin təbii gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq. Vurğulanır ki, daha sonra sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament yaxın vaxtlarda ölkənin əsas qanununa uyğunluğunun yoxlanılması üçün Ermənistanın Konstitusiya Məhkəməsinə göndəriləcək.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910