Çərşənbə günü, 16 iyul 2025
     

Moskva ilə İrəvanın "Zəngəzur dəhlizi" dueli kəskinləşir...

Image

Rusiyanın xarici işlər naziri Sergey Lavrov  yenidən Ermənistanı Azərbaycanla Rusiyanın vasitəçiliyi ilə 2020-ci il müharibəsindən sonra əldə olunmuş razılaşmanı iflasa uğratmaqda ittiham edib. Lavrov, xüsusilə də İrəvanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizi açılmasından və bu dəhlizə nəzarət üçün Rusiya sərhədçilərinin yerləşdirilməsindən imtina etməsini vurğulayıb. 

O, Moskva Beynəlxalq Əlaqələr İnstitutu tələbələrinin qarşısında çıxış edərkən bildirib: "Biz indi belə bir faktdan narahatıq ki, Rusiya, Ermənistan və Azərbaycan arasında 2020-2022-ci illərdə bir neçə sammitdə yekunlaşdırılmış üçtərəfli razılaşmalar dayandırılıb. Mən nəqliyyat bağlarının bərpası məsələsini qeyd etdim və bunu da qeyd etdim ki, bunun üzərində işləyən üçtərəfli komissiya faktiki olaraq iclaslar keçirmir. İrəvan hesab edir ki, bunu birbaşa Azərbaycanla həll etməlidir. Olsun, əgər öhdəsindən gəlsələr, problem deyil". Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Lavrovun buna bənzər bəyanatlarını rədd etmişdi. Paşinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan nəqliyyat kommunikasiyaları həm də bu sənədin məntiqi ilə heç bir əlaqəsi olmayan və buna zidd bəyanatlar verən bir sıra rusiyalı partnyorların bəyanatlarına görə indiyədək açılmayıb. Lavrov Paşinyanın bu şərhini cəfəng yanaşma adlandırıb və diqqəti 10 noyabr 2020-ci il atəşkəs razılaşmasına çəkib. O deyib ki, irəvan Naxçıvanla Azərbaycan arasında nəqliyyat bağlarının təhlükəsizliyinə zəmanət verməli və bu yolla adamların və yüklərin hərəkətinə isə Rusiya sərhədçiləri nəzarət etməlidir: "Bu yaxınlarda baş nazir Paşinyanın Ermənistanın prosesləri ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccübləndim. Vəzifələrdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini bərpa etməkdir. Belə ki, prezidentlər Putin, Əliyev və baş nazir Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan sənəddə deyilir ki, həm dəmir yolu, həm də avtomobil yolu ilə hərəkət bərpa olunacaq. Onun mühafizəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin edəcək. Və mən Paşinyanın Ermənistanın prosesi ləngitməkdə ittiham edilməsinin yalan olduğunu dediyi müsahibəsini oxuyanda təəccüb keçirdim. Qəribədir, çünki əslində Ermənistan əvvəlcə yoldan imtina etdi və yalnız dəmir yoluna sahib olmaqda israr etdi. Azərbaycan buna heç bir səbəb görmədi, amma bizim vasitəçiliyimizlə razılaşdı. Sonra birdən Ermənistan dedi ki, rus sərhədçilərin iştirakı olmayacaq, halbuki bu, sazişdə açıq-aydın yazılıb. Dedim, bu bizə aydın deyil. "Biz bunu özümüz edəcəyik", - dedilər. Azərbaycanlılar bildirirlər ki, azərbaycanlıların Ermənistan ərazisindən keçərək Naxçıvana gedərkən ilk mərhələdə öz təhlükəsizliyinə arxayın olması üçün inamsızlıq, hətta belə demək mümkünsə, düşmənçilik səviyyəsi hələ də çox yüksəkdir. Ona görə də bu danışıqların mümkünlüyü və ya olmaması çox vaxt həlledici rol oynayır".

Ermənistan liderləri Moskvanı sözügedən üçtərəfli bəyanatın qüvvədən düşdüyünə inandırmağa çalışırlar. Onlar vurğulayırlar ki, Qarabağın bütün erməni əhalisinin bölgəni tərk etməsi də bunu göstərir. Lakin Lavrov bir daha təkrar edib ki, Qarabağ ermənilərinin bölgəni tərk etməsinə Nikol Paşinyanın özü 2022-ci ildə Avropa İttifaqının Praqada keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanımaqla rəvac verib. Rusiya xarici işlər naziri şikayətlənib ki, indi İrəvan Bakı ilə münasibətlərə Moskvanın "məşvərətçi" müdaxiləsini də rədd edir. Lavrov deyib ki, onlar eyni zamanda bu işə ABŞ-ı, Avropa İttifaqını, Parisi cəlb etməyə çalışırlar. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Bakıya səfəri zamanı Azərbaycan-Ermənistan sülh danışıqlarında Rusiyanın köməyini təklif etmişdi. Bakıda prezident İlham Əliyevlə görüşdən bir gün sonra Putin bu məsələni Paşinyanla telefonda müzakirə etmişdi. Paşinyan isə həmin təklifə cavab olaraq bəyan edib ki, onun hökuməti üçüncü tərəfin vasitəçiləri olmadan Bakı ilə birbaşa danışıqlara üstünlük verir. Ehtimal etmək olar ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Proseslər göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək.  "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan vurğulayır ki, İrəvanın yeni kursu Qərb ağalarının göstərişi ilə həyata keçirilir: "Rusiya ilə münasibətlər dəyişməyəcək, çünki Paşinyanın xarici siyasət vektoru dəyişir. Qərb ağaları ondan Rusiyanı Cənubi Qafqazdan, konkret olaraq Ermənistandan sıxışdırıb çıxarmağı - Gümrüdəki hərbi bazanı bağlamağı və ölkəni KTMT-dən çıxarmağı tələb edirlər. Qərb siyasətçiləri dağıdıcı kursa üstünlük verir və Nikol Paşinyan onların əmrlərini yerinə yetirir". Burada əsas məqam həm də ondan ibarətdir ki, Rusiya ilə Qərb arasında postsovet coğrafiyasındakı gərginliklərin, geosiyasi rəqabətlərin müharibə ilə nəticələndiyi nümunələr var. Gürcüstan və Ukrayna bunun bariz nümunəsidir. Rusiyanın buna Ermənistanda da getməsi tamamilə gözləniləndir. Eləcə də Ermənistan daxilində hakimiyyət dəyişikliyi, qeyri-stabillik kimi hallar da gündəmə gələ bilər. Belə olan təqdirdə isə Azərbaycan-Ermənistan müzakirələrinin tamamilə dayanıb yeni şərtlərlə sıfırdan başlaması istisna deyil.   Hər halda, bu versiya istisna olunmur.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910