İcmadan Azərbaycanın daxili işlərinə burnunu soxan Aİ nümayəndəsinə cavab - qəbuledilməzdir...
Avropa İttifaqının nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub: “Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.
Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”.
ZÜMRÜD