Allergiyalı uşaqlar qızılcaya qarşı peyvənd oluna bilər? - TƏBİB açıqladı...
Peyvəndin tərkibindəki hər hansı bir komponentə allergiya yoxdursa, peyvənd tətbiq edilə bilər. Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
"Buna görə də mütləq həkimlə məsləhətləşdikdən sonra peyvənd tətbiq edilməlidir. Hamilələrə və allergiyalı şəxslərə əks-göstəriş ola bilər. Əgər uşaq yoluxubsa, kənara çıxmamalıdır. Həkim gəlib evdə müalicə etməlidir", - deyə o əlavə edib.
ZÜMRÜD