Müxalifət Kursk hücumuna görə Zelenskini tənqid etdi - Donbasda zəifləyirik...
Ukrayna prezidenti Zelenski Rusiyanın Kursk vilayətinə avqust ayında başladılan hücumla bağlı ölkəsində tənqid olunur. Bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr yazır ki, Zelenskinin opponentləri bu vəziyyətin Ukrayna Silahlı Qüvvələrinin Donbassda Pokrovskiyə qarşı mövqeyini zəiflətdiyini iddia edirlər.
Zelenski isə Kursk bölgəsinə qarşı Ukraynanın başlatdığı əməliyyatın planlaşdırıldığı kimi davam etdiyini və bunun Rusiya ordusunun Donetsk bölgəsində irəliləməsinin qarşısını almaq üçün vacib olduğunu bildirib.
Bu arada, Rusiya Müdafiə Nazirliyi Donetsk bölgəsində daha bir yaşayış məntəqəsinin ələ keçirildiyini açıqlayıb.
TAHİR