Ermənistanın yeni müharibəyə hazırlaşdığını göstərən GÖRÜNTÜLƏR yayıldı - səngərlər qazılır...
Revanşizmi dövlət siyasətinə çevirən Ermənistan səngərlər qazaraq yeni müharibəyə hazırlaşır.
Trend xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İkinci Qarabağ Müharibəsindən sonra "sülhsevər" maskası taxaraq dünyaya barışıq mesajları ötürür, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Fransadan aldıqları silahlarla revanşist davranışlarını artıran Ermənistanın niyyəti ilə söylədiklərinin üst-üstə düşmədiyi açıq aydın görünür.
Bir tərəfdə "sülh"dən danışıb, silahlanan, səngərlər qazan, yeni müharibəyə hazırlaşan Ermənistan, digər tərəfdə isə Ermənistana sözdə yox, əməldə barış əli uzadan, region sülh və sabitlik üçün çalışan Azərbaycan var. İndiyə qədər revanşizmdən bir nəticə almayan, əksinə dəfələrlə məğlubiyyətə uğrayan Ermənistan bu addımların bir sonu olduğunu nəzərə almalıdır.