Bazar günü, 1 iyun 2025
     

1 sentyabr seçkiləri ilə bağlı maraqlı beynəlxalq rəylər verildi

Image

Azərbaycanın yeni müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində VII çağırış Milli Məclisə seçkilər keçirildi. Qeyd edək ki, parlament seçkilərində 990 namizəd mübarizə aparıb. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, 2 milyon 196 min 711 nəfər seçici səsvermədə iştirak edib.   Beləliklə, parlament seçkilərində seçici fəallığı 37,27 faiz olub.

Seçkilərdə hər hansı ciddi insident qeydə alınmayıb. Bunu prosesi izləyən yerli və beynəlxalq müşahidəçilər də təsdiq edir. Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçi prosesi izləyib. Yerli müşahidəçilərin sayı 100 mindən artıq olub. MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin bunlar fonunda bildirir: "Müşahidələrimiz onu göstərir ki, Azərbaycan Seçki Məcəlləsi seçkilərin yüksək səviyyədə və qanun çərçivəsində, beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verib. Bütün namizədlərə bərabər şərait yaradılıb. Azərbaycandakı parlament seçkiləri ölkənin bütün suveren ərazilərində keçirilməsi ilə əlamətdardır". O bildirib ki, missiya 6 ölkənin nümayəndələri və MDB təşkilatının ekspertlərindən təşkil olunub: "Missiyamız 145 seçki məntəqəsində seçkiləri müşahidə edib. Seçki məntəqələri tam vaxtında açılıb. Bir neçə seçki məntəqəsində "exit-poll"un keçirildiyini müşahidə etmişik. Azərbaycanın seçki qanunvericiliyi ölkədə tam demokratik seçkilərin keçirilməsinə imkan verib". Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin birinci müavini Leonid Anfimov da prosesdən məmnunluğunu ifadə edir: "Nümayəndələrimiz avqustun 13-dən etibarən müşahidə missiyasına başlayıblar. Missiyamız MDB ölkələrinin müvafiq sərhədləri əsas tutularaq, seçkilərin şəffaf və ədalətli keçirilməsini, eyni zamanda Azərbaycan qanunvericiliyi əsasında aparılmasını müşahidə edib. Seçkilər bütün beynəlxalq prinsiplərə cavab verir. Azərbaycan Seçki Komissiyası lazım olan müvafiq tədbirləri görüb". Onun sözlərinə görə, missiyanın tərkibinə 10 nəfər müşahidəçi daxil edilib. Onlar seçki komissiyalarının işini öyrəniblər, seçki prosesi ilə yaxından tanış olublar. Müşahidə zamanı heç bir müdaxilə hadisəsi qeydə alınmayıb. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Serbiyadan olan üzvü İqor Besiç isə bildirir ki, Yeni Azərbaycan Partiyasının (YAP) seçkilərdə üstünlük qazanması prezident İlham Əliyevə etimadın göstəricisidir. O, Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirakına şərait yaradıldığına görə Azərbaycana təşəkkür edib:" Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının  müşahidə missiyası müxtəlif seçki məntəqələrində olarkən seçkilərin demokratik qaydada keçirildiyini müşahidə edib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla olan görüşdə də bildirdik ki, vətəndaşlara seçim üçün hər cür şərait yaradılıb. Serbiya parlamentinin uzunmüddətli təcrübəsinə dayanaraq deyə bilərəm ki, Azərbaycanda seçkilər demokratik keçirilib. Yeni Azərbaycan Partiyasını seçkilərdə üstünlük qazanması münasibətilə təbrik edirəm. Bu, prezident İlham Əliyevə etimadın göstəricisidir". 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Gürcüstandan olan üzvü Ramaz Nikolaişvili də prosesdə cidd pozuntu olmadığını vurğulayır: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həm prezident, həm də parlament seçkilərini keçirdi. Seçkilərin ümumi fonu ilə bağlı deyim ki, biz səhərdən axşama qədər müşahidələr apardıq. Azərbaycanın hər bir vətəndaşının səs vermək hüququ təmin olunub və onlar bu hüquqlarından istifadə ediblər". Seçkiləri müşahidə edən Serbiya parlamentinin üzvü Jivota Starteviç səsvermə günü bir neçə məntəqədə olduqlarını və seçkilərin demokratik standartlara uyğun keçirildiyini deyib: "Proses sülh şəraitində oldu. Bizim müşahidə apardığımız məntəqələrdə heç bir qanunsuzluq olmadı. Mərkəzi Seçki Komissiyasının peşəkarlığı nəticəsində hər şey yüksək səviyyədə oldu. Mən istədiyim yoxlamaları apara bildim. Bu, demokratik şəraitin növbəti təzahürüdür". Bu qəbildən olan misalların sayı yetərincədir. Təhlillər göstərir ki, seçki komissiyalarında, namizədlərin qeydiyyatı və müşahidə prosesində, barmaqların mürəkkəblənməsi, toplaşmaq azadlığına hörmət olunması, onlar üçün mətbuatda çıxışlara şərait yaradılçması kimi məsələlərdə bütün tələblər göszlənilib. Daxili siyasət baxımından bu seçkilər vətəndaşların dövlətə olan etimadını gücləndirir, səs vermək, seçib-seçilmək hüququndan istifadə edərək təmsilçiliyini təmin edir. O da şübhəsizdir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə parlament seçkiləri keçirməsi müstəqillik tariximizin qürurverici bir məqamıdır. Bu seçkilər, həm də Azərbaycanın öz torpaqlarında sülh və sabitlik dövrünü başlatdığı, gələcəyə dair inamlı addımlar atdığı bir zamanda keçir. Belə bir tarixi məqamda keçirilən seçkilər xalqın həmrəyliyini gücləndirir və dövlətin beynəlxalq arenada nüfuzunu artırır. Hər halda beynəlxalq yanaşmalar da bunu göstərir. 

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

01.06.2025 / 16:08
Fransa qarışdı – polislə toqquşmalarda 2 nəfər öldü, 559 nəfər saxlandı…

01.06.2025 / 15:20
Terrorçular Suriya prezidentini “kafir” elan etdilər

01.06.2025 / 14:16
Kremlin ideoloqu: “Türk xalqı artıq gələcəyini Ərdoğanda görmür”

01.06.2025 / 12:41
Makronun daxili işlər naziri öz xalqını "barbar" adlandırdı…

01.06.2025 / 12:38
Rusiya İstintaq Komitəsi Bryanskdə çökən körpünün partladıldığını açıqladı...

01.06.2025 / 11:56
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir

01.06.2025 / 10:18
Rusiyada körpü qatarın üstünə uçdu - yeddi ölü, çox sayda yaralı var...

01.06.2025 / 09:35
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO

01.06.2025 / 00:07
İlham Əliyev 2004-cü ildəki referenduma uyğun kursu davam etdirir, yunan deputatın əsəbi yersizdir...

31.05.2025 / 22:23
Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

31.05.2025 / 22:06
Səudiyyədən İrana xəbərdarlıq - Ya ABŞ-la razılaşın, ya da İsrailin hücumuna hazır olun...

31.05.2025 / 20:33
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional məsələləri müzakirə edib

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:30
Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa və Ağdamda olublar

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456