Bütün dünyaya çatdırılan Azərbaycan xəbərlərinin 40 faizinin müəllifi "Trend" BİA-dır - BEYNƏLXALQ HESABAT
"Evolution Consulting" konsaltinq şirkətinin 2023-cü ilin oktyabr ayında dərc etdiyi hesabata əsasən, "Trend" Beynəlxalq İnformasiya Agentliyi Azərbaycan xəbərlərinin dünya auditoriyasına çatdırıldığı əsas mənbədir.
Trend xəbər verir ki, hesabatda, həmçinin, Azərbaycanın bütün dünyada 75 800 KİV-də qeyd olunmaqla potensial olaraq 167,1 milyard baxışa nail olduğu deyilir. "Trend" BİA Azərbaycanın perspektivlərinin dünya auditoriyasına çatdırılmasında həlledici rol oynamaqla bu göstəricinin artmasına mühüm töhfə verib.
Azərbaycanın KİV-də populyarlığı 5 oktyabr 2023-cü ildə 14,6 milyard baxış sayına malik olmaqla nəzərəçarpan dərəcədə pik həddə çatıb. Azərbaycanın strateji və geosiyasi dinamikasına həsr olunmuş mühüm məqalələr diqqət cəlb edib. "Trend" BİA digər yerli KİV-lə yanaşı, bu müzakirələrdə mühüm rol oynamaqla Azərbaycan barəsində beynəlxalq təsəvvür formalaşdırıb. Azərbaycan xəbərlərinin baxış sayı 2,1 milyon abunəçisi ilə Azərbaycanda ən populyar sosial şəbəkə platforması olan "Facebook"da xüsusən nəzərə çarpıb
"Evolution Consulting" şirkətinin hesabatı 2023-cü ilin oktyabrında Azərbaycanın dünya KİV-də və sosial şəbəkələrdə işıqlandırılmasına dair məlumatları əks etdirir. Hesabata təhlillər, əsasən, Trend-ə məxsus mövzular və ölkənin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrində işıqlandırılması ilə əlaqədar digər aktual məsələlər daxildir.
"Evolution Consulting" dünyanın 40 ölkəsindən təqribən 200 səhmdara malik iri beynəlxalq konsaltinq şirkəti olmaqla, Almaniya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yaponiya və digər ölkələrdə fəaliyyət göstərir.
(Tərcümə: Rəna Əbdürəhmanova)