Lavrov Blinken və Borreli qorxaq adlandırdı - hay-küylə məşğuldurlar...
Qərb Avropada Təhlükəsizlik Təşkilatında (ATƏT) böhrandan çıxmaq əvəzinə, bu strukturun prinsiplərini birbaşa pozan komissarların səlahiyyətlərini genişləndirmək üçün "hay-küy"lə məşğuldur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasında (XİNŞ) iştirakın yekunlarına dair mətbuat konfransında deyib.
"İndi biz danışarkən bu təşkilatlara rəhbərlik edən bu adamların hamısını yeniləməklə bağlı ixtilaflar var. Həmin şəxslər təşkilatın fəaliyyətinin müxtəlif istiqamətlərini təmin etmək üçün təyin olunublar, ancaq onlar ATƏT-in bilavasitə öhdəliklərinə hörmətsizlik etməklə, təşkilatın prinsiplərini pozurlar. İndi həmin komssarlar fəaliyyət müddətlərini uzatmaq üçün mübarizə aparırlar. Buna görə indi bu təşkilatın dərin böhranı ilə heç bir əlaqəsi olmayan təlaş var, amma onları maraqlandıran şey sadəcə özləridir", - Lavrov deyib.
Lavrov qeyd edib ki, ATƏT təsisatlarının rəhbərlərinin səlahiyyətlərinin uzadılması məsələsi ilə bağlı "görüşlərin" necə bitməsi onu maraqlandırmır.
Lavrov ATƏT Nazirlər Şurasının işində iştirakından sonra keçirilən mətbuat konfransında bildirib ki, ATƏT-in Xarici İşlər Nazirliyi Şurasının iclasını tərk etmiş ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel əllərində faktlarla səmimi söhbətdən qorxan qorxaqlardır.
"Bu tədbirdə nə Ukraynalı nazir, nə də Polşa və Baltikyanı ölkələrin nazirləri iştirak edirdi. Mən başa düşdüyümə görə, Blinken və Borrell də tərk ediblər. Bu niyə baş verir? Məqsəd Rusiyanı təcrid etməkdir. Və Hesab edirəm ki, onlar sadəcə qorxaqdırlar, əllərindəki faktlarla hər cür səmimi danışıqdan qorxurlar".