Cümə günü, 17 aprel 2026
     

“Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk” - dünya mediası Azərbaycandakı seçkilərdən yazır

Image



Dünən Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində saxlanılıb.

Belə ki, Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, "Milliyet", "Cumhuriyyet", "Son dakika", "Haberler.com", "Ensonhaber", "Son dakika", "Haber Global" kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb.

"Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkilərində səs verdilər", "Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi", "Azərbaycan seçki prosesində: Qarabağda seçki keçirilir", "YSK sədri Ahmet Yener: Azərbaycanda seçkilər nizamlı və şəffaf şəraitdə keçirilib", "Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk", "30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir", "Qardaş ölkə Azərbaycan seçki prosesində" kimi bir çox sərlövhələrlə yayımlanan xəbərlərdə builki seçkilərin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları yaradılıb ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilib.

Qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçinin iştirak etdiyi seçkilər üçün ölkədə 125 seçki dairəsi üzrə 990 namizəd mübarizə aparıb. Azərbaycan parlament üzvlərini müəyyən etmək üçün yeddinci dəfə seçki keçirir.

Xəbərlərdə, həmçinin Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Ahmet Yenerin qardaş ölkə mediasına verdiyi müsahibəsi yer alıb. Bildirilib ki, YSK sədri müsahibəsində sentyabrın 1-nin Azərbaycan demokratiyası və tarixi üçün mühüm bir gün olduğunu vurğulayaraq deyib: "Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkədə ilk dəfə parlament seçkiləri bütün torpaqlarda keçirilir. Seçkilərin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıram. Seçkilərin nizamlı və şəffaf şəraitdə keçdiyini, azərbaycanlı qardaşlarımızın seçkiyə böyük əhəmiyyət verdiyini görürük. Bunu görmək bizim üçün sevindiricidir. Seçici fəallığı çox yüksəkdir".

Azərbaycan Milli Məclisinə keçirilən seçkilər, o cümlədən Rusiya mediasının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parlament seçkilərinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik tarixində ilk dəfə bütün suveren ərazisində keçirildiyi və xalqın birliyini ifadə etdiyi açıqlanır.

Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov "Vestnik Kavkaza" agentliyinə müsahibəsində bu seçkilərin Azərbaycan üçün əhəmiyyətindən danışaraq səsvermənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib. O, azərbaycanlıların öz doğma torpaqlarına qayıtdıqlarını vurğulayaraq deyib: "Bu baxımdan biz bu gün Ümummilli Lider Heydər Əliyevin oğlu, Prezident İlham Əliyevə vəsiyyətinin yerinə yetirildiyinin şahidiyik". O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

 

Agentliyin digər həmsöhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkilərinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.

"News.ru" nəşri Rusiya-Belarus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bildirib ki, seçkilər demokratik normalara və prosedurlara uyğun keçirilib. Səsvermənin gedişinə təsir göstərə biləcək qanun pozuntusu qeydə alınmayıb. "Seçkilər ədalətli, açıq və əlçatan keçib", - deyə Nataliya Kosixina bildirib.

Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyn də nəşrə müsahibəsində parlament seçkilərinin nöqsansız keçdiyini deyib.

"Mir" Dövlətlərarası Teleşirkətinin reportajında qeyd olunub ki, səsvermə prosesini 600-ə yaxın beynəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində əyani materialların olduğunu, məntəqə seçki komissiyasına öz müşahidəçilərini ayırmış siyasi təşkilatların da səsvermənin gedişini izlədiyini müsbət hal kimi qiymətləndirib.

"Belarus seqodnya" nəşri MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimovun rəyini öyrənib. L.Anfimov seçicilərin səsverməyə məsuliyyətlə yanaşdıqlarını, səs verəcəkləri namizədi yaxşı tanıdıqlarını diqqətə çatdıraraq bunun seçki prosesinin düzgün aparılmasının nəticəsi olduğunu deyib.

TASS agentliyi də parlament seçkilərinin gedişini ətraflı işıqlandırıb. MDB müşahidəçilər missiyasının üzvlərinin rəylərinin yer aldığı materialda bildirilir ki, səsvermə məntəqələri texniki cəhətdən mükəmməl təchiz olunub, Azərbaycan Mərkəzi Seçki Komissiyası, digər dövlət qurumları müşahidəçilər missiyası ilə əməkdaşlıq ediblər.

"Rossiyskaya qazeta" nəşri xatırladır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ikinci seçkilərdir. Azərbaycanda Prezident seçkilərinin fevral ayında reallaşdığı qeyd olunan materialda deputat mandatı uğurunda 990 namizədin mübarizə apardığı diqqətə çatdırılır.

"İnterfaks" agentliyi "exit-poll"un nəticələrini yayımlayıb. Agentlik ilkin hesablamalara əsasən 7-ci çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxluq təşkil etdiyini bildirib.

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

17.04.2026 / 15:07
Rusiya Ankara və Yalova zavodlarını hərbi hədəflər sırasına aldı...

17.04.2026 / 14:43
Azərbaycan bu addımı müharibədən dərhal sonra atdı, BMT hələ indi başlayır...

17.04.2026 / 14:29
"44 gün -Tarixi zəfər"in 4-cü cildi Sabirabad və Saatlı şəhidlərinin ailələrinə təqdim olunub

17.04.2026 / 13:36
Ermənistandan Azərbaycana 960 dollarlıq nə mal idxal olunub?...

17.04.2026 / 13:27
10 minlərlə arı İsrailə basqın etdi -olaya “Allahın qisası” deyənlər var...

17.04.2026 / 13:10
NATO-nun əsas qüvvələri Trampın acığına Ukraynada böyük işlərə başladı...

17.04.2026 / 12:54
Pezeşkian region ölkələrinə çağırış etdi - “İslam NATO-su” yaradıla bilər...

17.04.2026 / 12:23
Zakir Həsənov azad ərazilərdə yeni hərbi hissələrdə olub, tapşırıqlar verib - FOTO

17.04.2026 / 12:00
Peyk görüntüləri İsrailin Livanda dəhşətli planını açır...

17.04.2026 / 11:52
Prezident İlham Əliyevin Antalyada Maya Sandu ilə görüşdü - FOTO

17.04.2026 / 11:46
Tramp Hizbullahdan atəşkəs dövründə "xoşniyyətli davranış" gözləyir

17.04.2026 / 11:27
Prezident İlham Əliyevin Şimali Kipr Prezidenti ilə görüşdü - FOTO

17.04.2026 / 11:20
Prezident İlham Əliyevin Antalyada Şaraa ilə görüşü olub - FOTO

17.04.2026 / 11:18
Heqset Bibliya ilə kinonu səhv saldı, İranda lağ obyekti oldu…

17.04.2026 / 11:10
Zəngəzur dəhlizinin Tramp layihəsi ilə açılması qeyri-müıyyənliyə düşür...

17.04.2026 / 11:05
196 ölkədə axtarışda olan "Qızıl adam" İstanbulda ələ keçdi - İnqilab Babayevin həbsinin DETALLARI…

17.04.2026 / 10:46
Erkən seçki mübarizəsi Türkiyəni gərgin nöqtəyə aparır...

17.04.2026 / 10:24
Abşeronda qadın sürücü azyaşlının həyatını təhlükəyə atdı - VİDEO

17.04.2026 / 10:11
Bu gün Sahibə Qafarova ilə Simonyanın görüşü gözlənilir...

17.04.2026 / 09:59
Hörmüzdən sonra Bab əl-Məndəbdə hərbi gərginlik – Qüds Qüvvələri konkret vaxt açıqladı...

17.04.2026 / 09:31
Azərbaycan neftinin qiyməti 115 dolları keçdi...

17.04.2026 / 09:10
ABŞ AB ölkələrinə silah tədarükünü təxirə saldı - ehtiyatlar tükənir?..

17.04.2026 / 08:55
İran ABŞ-ın nüvə şərtini qəbul etdi?... Trampdan iddia - uranı bizə təhvil verəcəklər...

17.04.2026 / 07:19
Trampdan Pontifikə sərt cavab - “Mənə belə Papa lazım deyil…”

16.04.2026 / 22:18
Putinə “istənilən ölkəyə hərbi müdaxilə hüququ” verildi - ABŞ nümunəsi, MDB ölkələrinə təhlükə...

16.04.2026 / 20:29
Bir qərinədən sonra tələbə yoldaşlarının görüşü

16.04.2026 / 19:57
Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

16.04.2026 / 19:31
NATO-nun Ukraynaya hərbi dəstəyi yeni mərhələyə keçdi - “İranın bu işə dəxli olmayacaq”...

16.04.2026 / 19:06
Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

16.04.2026 / 18:36
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

16.04.2026 / 18:27
Lütfkar qadın

16.04.2026 / 17:48
Netanyahu avropalıları tarixlə hədələdi...

16.04.2026 / 17:43
İrandan atəşkəslə bağlı gərginliyi artıracaq bəyanat - Bu, bizim xeyrimizə deyil, gəmiləri batıracağıq...

16.04.2026 / 17:22
ABŞ Senatı İran müharibəsinə görə ikiyə bölündü - Trampın taleyi tükdən asılı...

16.04.2026 / 17:19
Netanyahu Avropaya savaş açdı - "Xolokostdan sonra nələrin olduğunu unutmayın"...

16.04.2026 / 17:11
Dövlət Gömrük Komitəsi Ermənistandan idxal məsələsinə aydınlıq gətirdi

16.04.2026 / 17:05
ABŞ-dan İrana təhdid mesajı - səhv qərar versəniz, hərbi əməliyyatları bərpa edəcəyik...

16.04.2026 / 16:51
Zəngilanda Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilib

16.04.2026 / 16:45
Körfəz ölkələrindən ABŞ-a ilk tələb gəldi - "Blokadaya son qoy!"...

16.04.2026 / 16:41
Çin Hörmüzə görə ABŞ-a ilk həmləni etdi - "təhlükəli və məsuliyyətsiz"...

16.04.2026 / 16:33
İran1 Hörmüzün əvəzinə 3 dənizi qapadacağı ilə hədələdi...

16.04.2026 / 16:20
Rusiya Azərbaycanı rus dili təşkilatına qoşulmağa dəvət etdi...

16.04.2026 / 16:10
Biləsuvar elinin qəhrəman oğlu - Osman Bayramov...

16.04.2026 / 16:07
Sahibə Qafarova Matviyenko ilə görüşdü

16.04.2026 / 15:55
Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

16.04.2026 / 15:44
Rusiyanın İran müharibəsində nə formada iştirakı müzakirəyə çıxdı...

16.04.2026 / 15:39
Dünya iqtisadiyyatı neft xaosunda - durum Azərbaycana iki istiqamətdə təsir edir...

16.04.2026 / 15:20
Hikmət Babaoğlu “Şöhrət” ordeni ilə təltif edildi

16.04.2026 / 14:54
Prezident İlham Əliyev Türkiyəyə səfər edib - FOTO

16.04.2026 / 14:43
İctimai maraqlar beynəlxalq münasibətlərdə...

16.04.2026 / 14:25
Paşinyan Putinin xəbərdarlığını saymadı - Rusiya və Qərb Ermənistanda açıq savaşa başladı...

16.04.2026 / 14:20
Moskva nəhayət Bakı ilə razılaşdı...

16.04.2026 / 14:07
Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər

16.04.2026 / 13:57
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlandı

16.04.2026 / 13:38
Rusiyadan Avropaya təhdid kimi xəbərdarlıq - 12 ölkədə vurulacaq hədəflər açıqlandı…

16.04.2026 / 13:27
"Moskva ilə Bakı arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılır" - Matviyenko

16.04.2026 / 13:09
Starmerdən Trampa sərt cavab - təslim olmayacağam...

16.04.2026 / 13:05
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilanda...

16.04.2026 / 12:44
Bakıda böyük əməliyyat - narkokuryerlər iş başında saxlandı - VİDEO

16.04.2026 / 12:21
Rusiya Azərbaycanı itirmək istəmir...

16.04.2026 / 12:17
Maraşda məktəbə hücumla bağlı dəhşətli iddia! PA açıqlama yaydı

16.04.2026 / 12:03
BMT sülhməramlılarından Şimali Kiprə qarşı təxribat cəhdi - Türkiyə dərhal F-16-ları havaya qaldırdı…

16.04.2026 / 11:44
Türkiyə dezinformasiyaya qarşı mübarizəni gücləndirir - Duran

16.04.2026 / 11:35
Antalyanın tarixi panoraması: günəşli sahillər və qədim irs

16.04.2026 / 11:10
Poilis Şirvanda əməliyyat keçirdi - iki oğru saxlandı

16.04.2026 / 10:43
Azərbaycan Ermənistandan mal idxalına başladı...

16.04.2026 / 10:31
“Səbinə” şadlıq sarayının fəaliyyəti dayandırıldı

16.04.2026 / 10:16
Üç ayda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlandı

16.04.2026 / 09:59
Məktəb direktoru Türkiyədə tutularaq Azərbaycana gətirildi - 69 minlik dələduzluq...

16.04.2026 / 09:33
Rusiya Kiyev və Odessanı bombaladı - çox sayda ölü var...

16.04.2026 / 09:25
Messi fırıldaqçılıqda ittiham olunur - milyonluq iddia...

16.04.2026 / 09:19
Sabunçuda şəhid ailələri üçün tikilən bina təhlükədə - zirzəmiyə 18 gündür fasiləsiz su dolur...

16.04.2026 / 09:07
Tramp İranı danışıqlara qaytarmağın yeganə yolunu açıqladı

15.04.2026 / 22:12
XİN Türkiyədə məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verdi

15.04.2026 / 21:55
Türkiyədə daha bir məktəbə silahlı hücum - ölənlərin sayı 9-a çatdı... - YENİLƏNDİ

15.04.2026 / 21:31
ABŞ vitse-prezidentini silsilə uğursuzluqlara salan kimdir?... Tramp eyham vurdu...

15.04.2026 / 21:07
Hörmüzə görə problemə düşənlər Azərbaycanın təcrübəsinə həssas olsaydılar...

15.04.2026 / 20:42
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

15.04.2026 / 20:35
Əlimizdə qalan gəlirin 20 faizə qədəri borc yüküdür, gedərək artır - bu nə deməkdir?...

15.04.2026 / 20:13
Ermənistan cəmiyyətində hərbi xidmətdən imtina kütləviləşir... cəmi 30 faiz...

15.04.2026 / 19:54
İran ABŞ-ı sərt cavabla hədələdi - Üç dənizi birdən bağlayarıq...

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ