Hollandiyaya 224 milyon dollarlıq “Patriot” qurğuları satılıb - ABŞ-dan AÇIQLAMA
ABŞ Dövlət Departamenti Hollandiyaya 224 milyon dollara “Patriot” zenit-raket qurğuları və digər avadanlıqların potensial satışını təsdiqləyib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası müqavilələr əsasında hərbi texnika və silahların xaricə tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb. Agentliyin bəyanatında qeyd olunur ki, Dövlət Departamenti Niderland hökumətinə “Patriot M903” buraxılış aparatlarının və müvafiq avadanlıqların mümkün satışını təsdiq edib.
Sənəddə qeyd edilir ki, Niderland hakimiyyəti bir müddət əvvəl iki buraxılış qurğusu və avadanlığının alınması üçün ABŞ-a müraciət edib. Bundan sonra sənəd Konqresdə öz təsdiqini tapmalıdır.
Mətləb Salahov