"Moskva Bakının müraciətini dəstəkləyir" - Sergey Ryabkov bəyan etdi
“Moskva Bakının BRICS-ə qoşulmaqla bağlı müraciətini dəstəkləyir”. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
Azərbaycanın BRICS-ə qoşulmaqla bağlı müraciətini şərh edən diplomat qeyd edib ki, Moskva Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciətini dəstəkləyir. “Biz hesab edirik ki, bu, çox güclü namizəddir və o, BRICS-ə qoşulmaqla, şübhəsiz ki, özü ilə BRICS-ə xas olan həm əlavə dinamika, həm də unikal təcrübə, o cümlədən bir çox gündəmlər üzrə konstruktiv iş təcrübəsi gətirəcək” - deyə o bildirib.
Rusiya xarici işlər nazirinin müavini həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda keçiriləcək BRICS sammitinə dəvət edildiyini də vurğulayıb. "Müxtəlif imkanlar, fərqli alqoritmlər var. Lakin bir daha biz Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciətini dəstəkləyirik”, - deyə nazir müavini əlavə edib.
Mətləb