Durov məhkəmə zalından azadlığa buraxıldı...
Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovu azad edib. Trend xarici Kİ-ə istinadən xəbər verir ki, hakim Pavel Durovun “ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə” polis nəzaərti altında qalmasına xitam verib.
O, məhkəmə zalında azad olunub.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.