Sumqayıtda “Mercedes” piyadanı vurub öldürdü
![Image](/uploads/posts/2023-12/17013738873876542742_1200x630.webp)
Sumqayıtda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, şəhərin Sahil küçəsində “Mercedes” markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ məlum olmayan 40-50 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətləb