Məhkəmə Trampdan əl çəkmir - yeni ittiham elan edildi
Keçmiş ABŞ lideri və hazırda prezidentliyə namizəd Donald Tramp ABŞ seçkilərinin nəticələrinin təsdiqlənməsinə müdaxilə cəhdləri ilə bağlı yenidən ittiham olunub. Bu barədə AP yazıb. Yeni rəy ölkə Ali Məhkəməsinin 1 iyul tarixli qərarı əsasında hazırlanıb. Buna əsasən, eks-prezidentin hüquqi təqibdən qismən toxunulmazlığı var. Xüsusi ittihamçı siyasətçinin məhkəmə prosesinin davam etdiyi eyni ittihamlarla təqib edilməsinin zəruriliyində israr edir.
Tramp özü yeni ittihamnaməni seçkilərə müdaxilə və diqqəti ABŞ-ın vitse-prezidenti Kamala Harrisin uğursuzluqlarından yayındırmaq cəhdi adlandırıb. Eyni zamanda, keçmiş ABŞ lideri ona qarşı bütün cinayət və mülki işlərə xitam verməyə çağırıb.
Mətləb Salahov