Avropa qurumları Ermənistan üçün hansı "sahil mühafizəsindən" danışırlar. Ermənistanda dəniz var?..
Avropanın bir dəstə təşkilatı - Avropa Komissiyası, Avropa Xarici Siyasət Xidməti, Avropa İnkişaf və Yenidənqurma Bankı, Avropa İnvestisiya Bankı və Avropa Sərhəd və Sahil Mühafizə Xidmətinin birgə nümayəndə heyəti bu günlərdə Ermənistanda səfərdə olub. Müxtəlif dövlət qurumları ilə görüşüblər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Göründüyü kimi, tərkibdə maliyyə, siyasi, hərbi və təhlükəsizlik yönümlü Avropa strukturları var. Bunlar Ermənistanda nə tipli müzakirələrin getdiyini dəqiq təsəvvür etməyə imkan verir.
Ən maraqlı məlumat bu oldu ki, Ermənistanın "sərhəd və sahil mühafizə işinin gücləndirilməsi" müzakirə olunan məsələlər sırasında olub. Görəsən Ermənistan hansı okeanın və ya dənizin sahilində yerləşir ki, onun "sahil mühafizəsinə" ehtiyacı olsun? Bəlkə Avropa qurumları Göyçəni (Sevanı) hərbiləşdirmək fikrindədir? Bəlkə gölə "sualtı qayıq" buraxmaq planları var?
Ermənistanda bu cür qeyri-ciddi müzakirələrin içində bölgə üçün təhlükəli razılaşmalar da var. Məsələn, Avropa Birliyinin mülki missiyasını hərtərəfli gücləndirmək müzakirələrdə mühüm yer tutub ki, bunun da nə demək olduğunu hər kəs anlayır.
Tahir TAĞIYEV