Bazar ertəsi günü, 19 may 2025
     

NATO da Ukraynanı silahlandırmağı səngidir...

Image

NATO və Ukrayna enerji təhlükəsizliyi məsələlərini və Ukrayna Silahlı Qüvvələrinin hazırlığını özündə əks etdirən 2024-cü il üçün əməkdaşlıq proqramı imzalayıb. Alyansın baş katibi Yens Stoltenberq  bu xüsusda qeyd edib: 

"Biz 2024-cü il üçün geniş əməkdaşlıq proqramı imzaladıq, bu proqrama enerji təhlükəsizliyi, Ukrayna və NATO qüvvələrinin uyğunluğunun artırılması üzrə qarşılıqlı fəaliyyət daxildir". Stoltenberq həmçinin bildirib ki, tərəflər Ukraynanın NATO-ya yaxınlaşması üçün görməli olduğu tədbirləri müzakirə edib. Bunlara müdafiə təchizatı sistemində islahatlar və kəşfiyyat xidmətlərində islahatlar daxildir.

Bundan əvvəl isə "Euractiv" portalı yazıb ki, Ukrayna ilə bağlı fikir ayrılıqları hazırda Şimali Atlantika Alyansına üzv ölkələr arasında iyul sammitində olduğu kimi mövcuddur. Eyni zamanda, ABŞ və Almaniya hesab edirlər ki, Kiyevin alyansa üzvlüyü ilə bağlı müzakirələr o, illik milli proqramın tövsiyələrini yerinə yetirdikdə başlaya bilər. Bu isə o deməkdir ki, yaxın tezlikdə Ukrayna NATO-ya üzv qəbul edilməyəcək. Bu fonda NATO gələn il üçün Ukrayna ilə əməkdaşlıq proqramına öldürücü silahların Kiyevə verilməsini daxil etməyib. Bu barədə alyans xarici işlər nazirlərinin NATO-Ukrayna formatında görüşün yekunlarına dair bəyanatında deyilir. Bu qərar eskalasiya risqi yaratmamaq üçün verilib. Beləliklə, gələn il üçün NATO Ukraynaya hərbi yardımları azaltmağı düşünür. Bu isə Ukraynaın döyüş meydanında yalnız buraxılması deməkdir. Rusiya məhz gələn il ərzində Ukraynada daha çox ərazi tutmağa hazırlaşır. Elə indinin özündə də Ukraynaya zərbələr artır. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya qış ərəfəsində əhəmiyyətli dərəcədə raket ehtiyatı toplayıb. O, həmçinin hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinə F-16 qırıcılarının tədarükü cəbhədəki vəziyyəti əsaslı şəkildə dəyişməyəcək. Bu da o deməkdir ki, Ukrayna çoxdan ümid etdiyi F-16 qırıcılarını da almayacaq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Larri Conson bildirib ki, Qərb artıq Ukraynaya hərbi dəstəyi ciddi şəkildə azaltmağı düşünür: "Rusiya ordusu Şimal-Qərb Hərbi Dairəsi zonasında, digər Ukrayna təyyarələri kimi, ABŞ-ın F-16 qırıcılarını da məhv edəcək. ABŞ-ın təmin edə biləcəyi sehrli silah yoxdur. F-16-lar gələndə Rusiya onları Ukraynaya məxsus Su-27 və ya hər hansı digər təyyarə kimi vuracaq". O, həmçinin əlavə edib ki, oxşar aqibət təkcə aviasiyanı deyil, istənilən digər texnikanı da gözləyir: "İstənilən yeni tanklar Böyük Britaniyanın Çallenger-2 və ya alman Leopard-2 tankları kimi yanacaq".

Çexiya prezidenti Petr Pavel də etiraf edir ki, yüksək intensiv əməliyyatı davam etdirmək üçün Kiyevə kifayət qədər hərbi texnika verilmir. Pavelin fikrincə, Fransa-Britaniya "Storm Shadow" raketlərini alandan sonra Ukrayna ordusu Almaniyanın "Taurus"unu qəbul etməyi planlaşdırırdı, lakin Berlində hələ yekun qərar verilməyib: "Bu, tədarükdə disbalans yaradır və Ukrayna tərəfindəki qeyri-müəyyənlik hərbi planlaşdırma üçün yaxşı əsas deyil. Mən bu il Ukraynanın böyük əks-hücum üçün yalnız bir şansı olacağını nəzərdə tuturdum. Əks-hücumlar baha başa gəlir, əmək tutumlu və vaxt aparandır. Bir il ərzində iki və ya üç böyük hücumu həyata keçirmək mümkün deyil". Pavelin sözlərinə görə, Ukrayna əhalisi üçün indi onu dəstəkləyən dövlətlərin tərəddüdü ucbatından çətin olacaq: "Təbii ki, bu, əks-hücum əməliyyatlarının davam etdirilməsi üçün o qədər də əlverişli olmayan vəziyyət yaradır". Bu vəziyyətdə Rusiya Ukraynanın geniş bir ərazi zolağında işğal xətti formalaşdırıb və istehkamları, müdafiə xətlərini mğhkəmləndirir. Ukraynanın bu bərkiməyə qarşı müqaviməti zəifləyir, çünki ölkənin canlı qüvvəsindən tutmuş, silah arsenalına qədər ordu üçün həyati əhəmiyyətli olan alətləri məhdudlaşır. Ukraynanın Rusiya qüvvələrinin irimiqyaslı mexanikləşdirilmiş manevr müharibəsi aparmasının qarşısını almaq qabiliyyəti, ən başlıcası, Qərbin genişmiqyaslı davamlı yardım göstərməsindən tamamilə asılı olaraq qalır.  Qərb isə artıq taktikasını dəyişir. Bu halda Rusiya qoşunlarının perspektivli genişmiqyaslı mexanikləşdirilmiş hücumları yeniləmək üçün imkanları yaranır. Burada xatırladaq ki, məhz Qərb Ukraynanı silahlandıraraq Rusiyaya qarşı müharibəyə sürükləyib, ölkənin bir çox şəhərləri dağıdılıb, on minlərlə insan həlak olub, ölkəni əhalinin yarısı tərk edib. İndi də bütün bunlara görə Qərb məsuliyyətdən qaçır. Artıq o da sirr deyil ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə etdi. Bu fonda da Qərb özünün geosiyasi maraqları naminə Ukrayna dövlətini və xalqını qurban verdi. Bu durumda ABŞ-ın "Foreign Affairs" nəşri yazır ki, Kiyevi və tərəfdarlarını dalana aparan, Qərbin Ukraynaya dəstəyinin azalmasına gətirib çıxara biləcək kursu davam etdirməkdənsə, məqsəd və vasitələri tarazlaşdıracaq yeni strategiya qəbul etmək daha üstündür. Məqalədə Vaşinqtonun Ukrayna və Qərbdən olan müttəfiqlərlə Kiyevi hücumdan müdafiə strategiyasına keçmək, atəşkəs təklif etməyə inandırmaq məqsədi ilə məsləhətləşmələrin başlanması vurğulanıb. Məqaləyə əsasən, ABŞ-ın beynəlxalq ictimai rəyi Ukraynanın maraqlarının satılmasına hazırladığını ehtimal etmək olar. Nəşr ABŞ və Avropada Ukraynaya hərbi, iqtisadi dəstək sahəsində siyasi iradənin azalmağa başladığını vurğulayaraq bildirib: "Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diqtə edir". Beləliklə, Qərb Ukraynaya da xəyanətini daha açıq ortaya qoyur.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

19.05.2025 / 09:06
"Qalatasaray" 25-ci dəfə Türkiyə çempionu oldu!

19.05.2025 / 09:00
Buxarest meri prezident seçkilərində öndədir

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

17.05.2025 / 20:17
İmamoğludan hökumətə: Aldansanız da, aldatmayın!

17.05.2025 / 19:50
"Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir" - Vüqar Rəhimzadə

17.05.2025 / 19:44
Avropa Azərbaycanın balanslı geosiyasətində mühüm çəkiyə malikdir - 6-cı Zirvə təsdiqlədi...

17.05.2025 / 18:09
Əliyevlə görüşdə Makronun "Azərbaycan peşmançılığı" aydın görünürdü...

17.05.2025 / 17:43
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

17.05.2025 / 17:20
Ermənistanın Qafqazda Avropanın əsas tərəfdaşı xəyalları puç oldu - Əliyevin 6-cı Zirvə həmləsi...

17.05.2025 / 17:06
İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

17.05.2025 / 16:57
Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

17.05.2025 / 16:33
Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...

17.05.2025 / 13:55
Ermənilər Qüdsdə də “Artsax” tamaşasını səhnələşdirmək istəyir

17.05.2025 / 13:39
İstanbul görüşünə getməməklə Putin böyük risqə getdi, lakin “qazandı”

17.05.2025 / 13:26
Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi

17.05.2025 / 13:15
Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib - MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmə...

17.05.2025 / 12:53
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

17.05.2025 / 12:47
Prezident dövlət qulluqçularının reyestrinin aparılması Qaydasını təsdiqlədi

17.05.2025 / 12:46
Britaniyadan şok iddia - gələn ay Rusiyanın Ukraynada itkiləri 1 milyona çatacaq…

17.05.2025 / 12:45
Dövlət qulluqçularının reyestri aparılacaq - FƏRMAN

17.05.2025 / 12:24
Prezident “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

17.05.2025 / 11:33
Tramp Türkiyədə Ukrayna və Rusiya danışıqlarını “yola verdi”

17.05.2025 / 11:15
Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

17.05.2025 / 10:51
Rusiya Ukraynada sərnişin avtobusunu bombaladı - 9 ölü...

17.05.2025 / 10:18
Fransa bu Afrika ölkəsini birdəfəlik tərk etdi - BƏYANAT

17.05.2025 / 10:07
Bu gün 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

17.05.2025 / 09:27
Tibb işçisinin vicdanlı, ya vicdansız olduğu necə təyin ediləcək?...

17.05.2025 / 09:18
Ronaldo oynamadı, komandası xal itirdi...

17.05.2025 / 09:07
Ağdaşda “Mercedes” at arabasına çırpılıb, sürücü vəfat edib

17.05.2025 / 09:02
Gələn həftə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü olacaq

17.05.2025 / 08:42
Qəbul imtahanı ballarını süni "artıran" qruplar peyda olub...

17.05.2025 / 06:06
Bu gündən bu marşrutların yolu dəyişdirilir

17.05.2025 / 00:06
Putinin köməkçisi Ukraynanın təklifinə Napoleonun sözlərilə cavab verdi, Qərbə də Bismarkın sözlərilə mesaj göndərdi...

16.05.2025 / 23:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 22:45
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

16.05.2025 / 22:36
"Son zəng"lə bağlı məktəblərə təlimat göndərildi

16.05.2025 / 22:12
Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub - FOTO

16.05.2025 / 22:00
BDU-nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu

16.05.2025 / 21:50
Albaniyada Makronun çətirini tutan Paşinyan Əliyevi kofeyə dəvət etdi

16.05.2025 / 21:28
İranın Suriya uğrunda yeni savaşı başladı - bu dəfə ABŞ da hədəf seçildi...

16.05.2025 / 21:14
Rusiya Azərbaycanla Strateji Bəyannamənin ruhunu növbəti dəfə pozdu...

16.05.2025 / 21:00
Putinə qarşı xüsusi tribunalın yaradılmasına daha bir qərar verildi...

16.05.2025 / 20:47
Avropa İttifaqı Ermənistanla "görünməmiş sürətlə" yaxınlaşır...

16.05.2025 / 20:33
İsrail generalı Bakıda Suriya ilə gizli danışıqlar aparıb - İddia...

16.05.2025 / 20:19
“Avropa Siyasi Birliyi”nin sammitlərində Azərbaycan faktoru...

16.05.2025 / 20:08
İstanbul danışıqlarından sonra Zelenski, Makron, Merz, Starmer və Tusk Trampa zəng edib

16.05.2025 / 20:07
İstanbul danışıqları: diplomatiyanın uğursuzluğu və Putinlə Trampın biganəliyi

16.05.2025 / 20:06
Ermənistan 2020-ci ildə kapitulyasiyada 6 milyardlıq silah itirdi - parlamentdə qalmaqal...

16.05.2025 / 20:05
Rusiya atəşi dayandırmaq üçün Ukraynaya qeyri real şərtlər irəli sürdü

16.05.2025 / 19:52
Rusiya İstanbul heyətinə danışıq səlahiyyəti verib, razılaşmaq səlahiyyəti yox...

16.05.2025 / 19:44
Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında iştirak edib... - FOTO

16.05.2025 / 19:39
Almaniya Fransanı Avropanın siyasi-hərbi taxtından salmağa hazırlaşır...

16.05.2025 / 19:26
İstanbul danışıqlarından sonra Ukraynadan Rusiyaya sərt mesaj - "...bu cəhd baş tutmayacaq"

16.05.2025 / 19:23
8 günlük Qarabağ döyüşünün şəhidi, özü sağ qala bilərdi, yaralı yoldaşına köməyə getdi - Babək Namazov... - FOTO

16.05.2025 / 19:10
Ermənilərin 2-ci Dünya müharibəsinə aid rəqəm saxtakarlığı davam edir...

16.05.2025 / 19:05
Əliyev Albaniyada Koşta və Ursula Lyayenlə görüşdü, Albaniya ilə Korça şəhəri üzrə razılaşdı... - FOTO

16.05.2025 / 19:01
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 18:57
"Səsin gəlsin, məktəb direktoru" - məsuliyyətsizlik, ya üsyankarlıq...

16.05.2025 / 18:43
Gürcüstanla Ermənistanın “şərab mübahisəsi” böyüyür... Nazir özü Tiflisə gedir...

16.05.2025 / 18:30
İri atom reaktorlarının tikintisində Ermənistan Rusiya ilə anlaşa bilmir... İrəvan ABŞ-ı gözləyir...

16.05.2025 / 18:23
Əfv Komissiyasının sonuncu iclası keçirildi - siyahı Prezidentə təqdim olunacaq...

Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678