Bazar ertəsi günü, 19 may 2025
     

Qərbin Ermənistanda Rusiya ilə hərbi toqquşma hazırlıqları davam edir...

Image

Rusiyanın narazılıq və xəbərdarlıqlarına baxmayaraq, İrəvanın razılığı əsasında Qərb Ermənistanda hərbi cəhətdən daha sürətlə möhkəmlənməkdədir. Fransanın ardınca digər Qərb ölkələri də Ermənistanla hərbi əlaqələrini gücləndirməyə başlayıb. 

Təbii ki, Rusiyanın buna uzun müddət sakit qalacağı inandırıcı deyil.

Indilikdə isə Qərb Ermənistanı hərbi təsir dairəsinə daxil etmək istiqmətində fəal addımlar atır. Elə bu günlərdə Ermənistan Britaniya ilə də hərbi sahədə əməkdaşlıq barədə razılığa gəlib. Rusiyalı politoloq İqor Korotçenko Ermənistanla Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlıq sazişini şərh edərkən deyib: "Ermənistanda Britaniya qoşunlarının peyda olacağından hələ ki, danışmırıq, söhbət İrəvanın təhlükəsizlik sisteminin transformasiyasından gedir. İrəvan Qərbi Avropa təhlükəsizlik qüvvələrinin tərkib hissələrinə inteqrasiya ilə eyni vaxtda Rusiya və KTMT-nin çətirindən çıxma prosesi aparır. Ermənistan hazırda hərbi və hərbi-texniki əlaqələri şaxələndirir: Fransadan sonra Böyük Britaniya ilə əməkdaşlıq haqqında sənəd imzalanıb. Böyük Britaniya, gizli diplomatiya üsulları da daxil olmaqla, əhəmiyyətli təsir potensialına malik ciddi oyunçudur. Xüsusən, Mİ-6-nın vəsaitlərinin istifadəsi ilə... Təəssüf ki, bu bir şey deməkdir: Rusiyanın Ermənistanla hazırkı gərginliyin hansısa yolla həll olunacağına ümidləri özünü doğrultmur". Korotçenko əlavə edib ki, Ermənistan KTMT-nin zəif halqasıdır, bu halqanı qoparmaq Rusiyanı zəiflətmək deməkdir: "Bu siyasəti ABŞ, Böyük Britaniya, Fransa və bir sıra digər dövlətlər həyata keçirir". Bunlara paralel olaraq, Avropa İttifaqı da Avropa Sülh Fondu çərçivəsində Ermənistan ordusuna dəstək imkanlarını araşdırmağa başlayır.  Qurumun nümayəndələrinin İrəvana səfərinin yekunları üzrə dərc olunmuş bəyanatda deyilir ki, Ermənistanda keçirilən görüşlərdə təhlükəsizlik və müdafiə sahələrində dialoqun və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq təsdiq edilib. Bəyanatda bildirilir ki, Avropa İttifaqı Ermənistan hökuməti və  beynəlxalq maliyyə qurumlarını birləşdirəcək platforma yaradılıb. Bu, İqtisadi və İnvestisiya Planı çərçivəsində Avropa İttifaqının Ermənistana investisiyalarının artırılmasına kömək edəcək və bu plan vasitəsilə artıq Ermənistanda 500 milyon avroya qədər investisiya səfərbər edilib. Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı 10,45 milyon avro humanitar yardımla yanaşı, Ermənistana büdcə dəstəyi kimi 15 milyon avro ayıracağını bildirib. Uzunmüddətli perspektivə gəlincə, Avropa İttifaqı mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb. Rusiyalı politoloq Andrey Areşev vurğulayır ki, bütün bunlar Qafqzda, konkret olaraq, Ermənistanda Qərb və Rusiyanın daha kəskin qarşıdurmasına gətirib çıxaracaq: "Mərkəzi Ukraynada yerləşən Qərb və Rusiya arasında geosiyasi qarşıdurma daha qlobal xarakter daşıyır və bir çox regionu əhatə edir. Bu baxımdan Cənubi Qafqaz və Qarabağ münaqişəsi ilə bağlı hadisələr Qərb üçün unikal fəaliyyət sahəsinə çevrilib. Rusiya rəhbərliyi problemi düzgün formalaşdırır. Qərb üçün məsələ təkcə təhlükəsizliyin təmin edilməsi deyil, bu regionda uzun zamandır mövcud olan Rusiyanın sıxışdırılmasıdır".

Ekspertə görə, bu cür geosiyasi dəyişikliklər belə qeyri-sabit regionda sabitliyin pozulmasına səbəb olmaya bilməz: "Bu, danışıqların ləğvində və gərgin atmosferdə özünü göstərir. Bu gün Cənubi Qafqazda vəziyyət fərqlidir. Ermənistan hakimiyyəti Qərbə yönəlib, ümidini Qərb tərəfdaşlarına bağlayır. Lakin Ermənistanın Rusiya ilə münasibətlərdən əldə etdiyi iqtisadi imtiyazlar da daxil olmaqla, bir sıra şərtlərə görə son addımı atmağa hazır görünmür. Biz tez-tez siyasəti bəyanatlarla qiymətləndiririk, lakin bəyanatlar maraqlara və imkanlara əsaslanan faktiki siyasətdən çox fərqlidir. İndi Ermənistan hakimiyyəti siyasi baxımdan Qərbə doğru mövqe tutur, lakin təhlükəsizlik və iqtisadi məsələlər də daxil olmaqla, Qərbdən resursların çatışmazlığı səbəbindən tərəddüd edir. KTMT və digər strukturlardan, o cümlədən Aİİ-dən çıxmaq da daxil olmaqla, kəskin addım Ermənistanın hazırda maraqlarına uyğun gəlmir. KTMT-dən çıxmağın İrəvanın siyasi səhvi olacağına inanan KTMT-nin sabiq baş katibi Nikolay Bordyuja ilə razıyam". Bundan başqa, Rusiya Ermənistanı iqtisadi müstəvidə də sıxmağa başlayır. Qeyd edək ki, Ermənistanın Rusiyadan kritik şəkildə asılılığı var. Buna misal olaraq, 51 faiz iqtisadi asılılığı, 90 faiz strateji məhsulların asılılığını, 80 faiz pul köçürmələri və investisiyalardakı asılılığı göstərmək olar. Coğrafi baxımdan da Ermənistanın birbaşa dünya bazarlarına çıxacaq sərhədləri yoxdur. Ermənistanın idxal-ixrac əməliyyatı Rusiya bazarına bağlıdır. Bu halda Rusiyanın Ermənistana qarşı iqtisadi rıçaqlarını işə salmaqla da Qərbin burada dayaqlarını sarsıtmağa çalışacağı gözlənilir. Ermənistan parlamentinin "Hayastan" blokunun deputatı Armen Rüstəmyan  bu fonda qeyd edir ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı addımları ölkə üçün təhlükəli tendensiyaya çevrilir. O bildirib ki, Ermənistan rəhbərliyi Rusiyanın əleyhdarlarının düşərgəsinə çevrilir: "Bu, ölkə üçün dağıdıcı ola bilər. Əsas təhlükə ondan ibarətdir ki, bu, Rusiya ilə Qərbin qarşıdurması fonunda baş verir. Ermənistan hərəkətləri ilə bu münaqişəni öz ərazisinə köçürür, bu qarşıdurmanın platformalarından birinə çevrilir".

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

18.05.2025 / 22:23
"Bəzi xarici qüvvələr regiona müdaxilə etməyə, geosiyasi intriqalar aparmağa cəhd edirlər" - Hikmət Hacıyev

18.05.2025 / 22:08
Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib - FOTO

18.05.2025 / 21:50
PKK liderlərinin xəyalları puç oldu

18.05.2025 / 20:05
Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

18.05.2025 / 19:46
Hacıyev bir daha Ermənistana Konstitusiyasının dəyişdirilməsi zərurətini xatırlatdı

18.05.2025 / 19:33
Rusiya bu gecə Ukrayna ərazisinə qitələrarası raket buraxacaq

18.05.2025 / 17:15
Hikmət Hacıyev Tehranda Dialoq Forumunda iştirak edir...

18.05.2025 / 17:06
ABŞ-dan Rusiyaya sanksiya xəbərdarlığı - Ukrayna danışıqlarında irəliləyiş olmasa…

18.05.2025 / 16:43
SEPAH və Azərbaycan ordusu Qarabağda birgə təlimlər keçirir

18.05.2025 / 16:27
Əminə Əliyeva dünya çempionu oldu - VİDEO

18.05.2025 / 14:38
Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

18.05.2025 / 14:23
“Euronews” Paşinyan və Əliyevin Tirana görüşünə diqqət çəkdi

18.05.2025 / 14:07
Rusiya və Ukrayna atəşkəslə bağlı sənədlər hazırlayır

18.05.2025 / 13:50
İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

18.05.2025 / 13:42
Faiq Ələkbərli Qazaxıstanda Türk xalqlarına aid müqəddəs məkanların dini-fəlsəfi aspektlərindən məruzə edib

18.05.2025 / 12:49
Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir - FOTO/VİDEO

18.05.2025 / 10:25
Aeroportda başqasının mallarının şəxsi əşya adı altında gömrükdən keçirilməsi yolverilməzdir - Komitədən xəbərdarlıq...

18.05.2025 / 09:45
Putinin İstanbula niyə getmədiyi məlum oldu - Kremlin Krım şərtinə qarşı Kiyevin Rüstəm Umarov gedişi…

17.05.2025 / 22:53
Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

17.05.2025 / 21:41
Kreml Putin-Zelenski görüşünə “yaşıl işıq” yandırdı - ancaq bir şərti var...

17.05.2025 / 20:53
Ərdoğan Azərbaycanın diaspor rəhbərinə vəzifə verdi...

17.05.2025 / 20:17
İmamoğludan hökumətə: Aldansanız da, aldatmayın!

17.05.2025 / 19:50
"Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir" - Vüqar Rəhimzadə

17.05.2025 / 19:44
Avropa Azərbaycanın balanslı geosiyasətində mühüm çəkiyə malikdir - 6-cı Zirvə təsdiqlədi...

17.05.2025 / 18:09
Əliyevlə görüşdə Makronun "Azərbaycan peşmançılığı" aydın görünürdü...

17.05.2025 / 17:43
Baş Prokurorluq və DİN Gəncədə məktəblinin ölümü ilə bağlı məlumat yaydı

17.05.2025 / 17:20
Ermənistanın Qafqazda Avropanın əsas tərəfdaşı xəyalları puç oldu - Əliyevin 6-cı Zirvə həmləsi...

17.05.2025 / 17:06
İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

17.05.2025 / 16:57
Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

17.05.2025 / 16:33
Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...

17.05.2025 / 13:55
Ermənilər Qüdsdə də “Artsax” tamaşasını səhnələşdirmək istəyir

17.05.2025 / 13:39
İstanbul görüşünə getməməklə Putin böyük risqə getdi, lakin “qazandı”

17.05.2025 / 13:26
Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi

17.05.2025 / 13:15
Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib - MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmə...

17.05.2025 / 12:53
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

17.05.2025 / 12:47
Prezident dövlət qulluqçularının reyestrinin aparılması Qaydasını təsdiqlədi

17.05.2025 / 12:46
Britaniyadan şok iddia - gələn ay Rusiyanın Ukraynada itkiləri 1 milyona çatacaq…

17.05.2025 / 12:45
Dövlət qulluqçularının reyestri aparılacaq - FƏRMAN

17.05.2025 / 12:24
Prezident “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

17.05.2025 / 11:33
Tramp Türkiyədə Ukrayna və Rusiya danışıqlarını “yola verdi”

17.05.2025 / 11:15
Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

17.05.2025 / 10:51
Rusiya Ukraynada sərnişin avtobusunu bombaladı - 9 ölü...

17.05.2025 / 10:18
Fransa bu Afrika ölkəsini birdəfəlik tərk etdi - BƏYANAT

17.05.2025 / 10:07
Bu gün 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

17.05.2025 / 09:27
Tibb işçisinin vicdanlı, ya vicdansız olduğu necə təyin ediləcək?...

17.05.2025 / 09:18
Ronaldo oynamadı, komandası xal itirdi...

17.05.2025 / 09:07
Ağdaşda “Mercedes” at arabasına çırpılıb, sürücü vəfat edib

17.05.2025 / 09:02
Gələn həftə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü olacaq

17.05.2025 / 08:42
Qəbul imtahanı ballarını süni "artıran" qruplar peyda olub...

17.05.2025 / 06:06
Bu gündən bu marşrutların yolu dəyişdirilir

17.05.2025 / 00:06
Putinin köməkçisi Ukraynanın təklifinə Napoleonun sözlərilə cavab verdi, Qərbə də Bismarkın sözlərilə mesaj göndərdi...

16.05.2025 / 23:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 22:45
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb

16.05.2025 / 22:36
"Son zəng"lə bağlı məktəblərə təlimat göndərildi

16.05.2025 / 22:12
Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub - FOTO

16.05.2025 / 22:00
BDU-nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu

16.05.2025 / 21:50
Albaniyada Makronun çətirini tutan Paşinyan Əliyevi kofeyə dəvət etdi

16.05.2025 / 21:28
İranın Suriya uğrunda yeni savaşı başladı - bu dəfə ABŞ da hədəf seçildi...

16.05.2025 / 21:14
Rusiya Azərbaycanla Strateji Bəyannamənin ruhunu növbəti dəfə pozdu...

16.05.2025 / 21:00
Putinə qarşı xüsusi tribunalın yaradılmasına daha bir qərar verildi...

16.05.2025 / 20:47
Avropa İttifaqı Ermənistanla "görünməmiş sürətlə" yaxınlaşır...

16.05.2025 / 20:33
İsrail generalı Bakıda Suriya ilə gizli danışıqlar aparıb - İddia...

16.05.2025 / 20:19
“Avropa Siyasi Birliyi”nin sammitlərində Azərbaycan faktoru...

16.05.2025 / 20:08
İstanbul danışıqlarından sonra Zelenski, Makron, Merz, Starmer və Tusk Trampa zəng edib

16.05.2025 / 20:07
İstanbul danışıqları: diplomatiyanın uğursuzluğu və Putinlə Trampın biganəliyi

16.05.2025 / 20:06
Ermənistan 2020-ci ildə kapitulyasiyada 6 milyardlıq silah itirdi - parlamentdə qalmaqal...

16.05.2025 / 20:05
Rusiya atəşi dayandırmaq üçün Ukraynaya qeyri real şərtlər irəli sürdü

16.05.2025 / 19:52
Rusiya İstanbul heyətinə danışıq səlahiyyəti verib, razılaşmaq səlahiyyəti yox...

16.05.2025 / 19:44
Əli Nağıyev MDB dövlətlərinin təhlükəsizlik orqanlarının iclasında iştirak edib... - FOTO

16.05.2025 / 19:39
Almaniya Fransanı Avropanın siyasi-hərbi taxtından salmağa hazırlaşır...

16.05.2025 / 19:26
İstanbul danışıqlarından sonra Ukraynadan Rusiyaya sərt mesaj - "...bu cəhd baş tutmayacaq"

16.05.2025 / 19:23
8 günlük Qarabağ döyüşünün şəhidi, özü sağ qala bilərdi, yaralı yoldaşına köməyə getdi - Babək Namazov... - FOTO

16.05.2025 / 19:10
Ermənilərin 2-ci Dünya müharibəsinə aid rəqəm saxtakarlığı davam edir...

16.05.2025 / 19:05
Əliyev Albaniyada Koşta və Ursula Lyayenlə görüşdü, Albaniya ilə Korça şəhəri üzrə razılaşdı... - FOTO

16.05.2025 / 19:01
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərindən görüntülər paylaşılıb - VİDEO

16.05.2025 / 18:57
"Səsin gəlsin, məktəb direktoru" - məsuliyyətsizlik, ya üsyankarlıq...

16.05.2025 / 18:43
Gürcüstanla Ermənistanın “şərab mübahisəsi” böyüyür... Nazir özü Tiflisə gedir...

16.05.2025 / 18:30
İri atom reaktorlarının tikintisində Ermənistan Rusiya ilə anlaşa bilmir... İrəvan ABŞ-ı gözləyir...

16.05.2025 / 18:23
Əfv Komissiyasının sonuncu iclası keçirildi - siyahı Prezidentə təqdim olunacaq...

16.05.2025 / 18:16
YOXLUĞU İLƏ BARIŞMAQ ÇOX ÇƏTİNDİR, DAİM YERİ GÖRÜNÜR - FOTO

16.05.2025 / 18:11
Beynəlxalq Türk Dünyası İqtisadiyyat Konfransı Bakıda öz işinə başladı

Yeni dünya düzəni ərəfəsində Azərbaycanın beynəlxalq inteqrasiyasının əsas 2 istiqaməti...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678