"Müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin yenə bunu etdilər" - Nazir
Dünya təcrübəsində məktəblərdə valideyn komitəsi təcrübəsi var. Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
"Valideyn komitəsi tərəfindən pul yığılması məsələsi bütün məktəblərdə yoxdur. Leqal olaraq məktəb - valideyn komitəsi məktəbə, uşaqlara yardım edirsə, burda mənfi bir hal görmürəm. Normal hesab edirəm. Yox, əgər hansısa ad günlərinə pul yığılması ilə bağlı narazılıq olsa, buna baxıla bilər. 6 martda müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin valideynlər yenə bunu etdi”, - deyə nazir əlavə edib.