Cümə axşamı günü, 17 iyul 2025
     

Reklam şirkətlərinin dil qaydalarına qarşı “də” cinayəti” - tək bumu?...

Image

Vasif Sadıqlı: "Paytaxtda "Dövlət Dili Haqqında" Qanunun pozulmasının kütləvi xarakter aldığını desək elə də mübaliğəyə yol vermiş olmarıq" 

Azərbaycan dilinin qayda-qanunlarına hər bir sahədə əməl olunmalıdır. Xüsusən də Bakını reklamla bəzəyən şirkətlər mətnləri tərtib edərkən dilin bütün incəliklərini, yazı qaydalarını gözləməlidirlər. 

Bakı şəhərində kifayət qədər reklam mətnlərinə rast gəlirik ki, orada dilimizin yazı qaydaları tamamilə pozulub. Paytaxt küçələrindəki, köprülərdəki reklam lövhələrində gedən səhvlər barədə ictimaiyyət hər zaman narazılıq edir. Oxucularımızdan biri  redaksiyamıza bir foto təqdim edib bildirir ki, 20 Yanvar dairəsindən üzü şəhərə gələndə, köhnə Nəqliyyat Nazirliyinin binası qarşısındakı körpüdə bir reklam lövhəsi asılıb, üzərində "Azercell kabinetim - də" sözü yazılıb. Oxucu qeyd edir ki, reklam plakatında dilimizin qaydaları pozulub. 

Bütövlükdə bu, Azərbaycan dilinin qrammatik qaydalarına nə dərəcədə uyğundur? 

Ekspertlərin qerd etdiyi kimi, "də" ya şəkilçi kimi işlədilir, ya da ədat kimi ayrıca yazılır, sözügedən ifadədə ortada qoyulan defis Azərbaycan dilinin heç bir qaydasına uyğun deyil. Əslində, söhbət Azercelldən getmir, mövzumuz onunla bağlı deyil. Sadəcə, oxucunun təqdim etdiyi faktdır deyə onu vurğuladıq. Ümumiyyətlə, söhbət  reklam mətinlərində dil qaydalarını pozan reklam şirkətlərindən gedir. Bu reklam şirkətləri reklam lövhələrində Azərbaycan dilinin bütün qayda-qanunlarını tapdayıblar.

"...Bu cür nöqsanlar həddən artıq çoxdur"

"Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyinin (FADMM) sədri Vasif Sadıqlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, oxucunun təqdim etdiyi fakt yeganə deyil, bu kimi saysız faktlar var. FADMM-in davamlı olaraq bu hala qarşı mübarizə apardıqlarını deyən V.Sadıqlının sözlərinə görə, çətin də olsa, qüsurların aradan qaldırılmasına nail ola bilirlər. "Paytaxtda "Dövlət Dili Haqqında" Qanunun pozulmasının kütləvi xarakter aldığını desək elə də mübaliğəyə yol vermiş olmarıq. Məlum olub ki, bəzi səlahiyyətli qurumlar və şəxslər Azərbaycanda dövlət dilinin tətbiqi ilə bağlı qanunlardan, sərəncam və fərmanlardan xəbərdar ola-ola laqeydlik, etinasızlıq göstərərək on illərdir ki, dilimizdən mədəni şəkildə istifadə prinsiplərini pozur, reklam lövhələrində, bannerlərdə, ticarət və xidmət obyektlərin üzərində Azərbaycan ədəbi dilinin orfoqrafik, leksik, qrammatik normaları kobud şəkildə təhrif edirlər

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır. 

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 7.2. maddəsinə əsasən,  Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir".

Dil pozuntularının uzun illərdir davam etdiyini deyən V.Sadıqlı qeyd etdi ki, biz açıq məkanda kütləvi dil pozuntuları ilə üz-üzə qalırıq. "Açıq məkanlardakı reklam lövhələrində, bannerlərdə, ticarət və xidmət obyektlərinin üzərində Azərbaycan dilinin orfoqrafik, leksik, qramatik qaydalarının, dil normalarının kobud şəkildə pozulması çoxdandır cəmiyyəti məyus etməkdədir. 2020-ci ildə biz ziyalılardan imza toplayaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət etmişdik. 800 ziyalının imzası ilə edilən müraciətə  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı operativ cavab verdi. O vaxt icra hakimiyyətində iclas çağırıldı, komissiya yaradıldı, bizi də dəvət etdilər. O vaxt bizə bildirdilər ki, ədəbi dil normalarının pozulması hallarına qarşı mübarizədə çətinlik törədən bir sıra amillər var, burada obyektiv amillər də yox deyil. Bu, kadrların azlığı ilə də bağlıdır. Bakıda 25-30 min ticarət-xidmət obyekti var, onların hamısına nəzarət etmək Azərbaycan Dövlət Reklam Agentliyi üçün çətindir..."

O qeyd etdi ki, Bakı Dəmiryol Vağzalında da analoji problem olub və bu nöqsanın aradan qaldırılması üçün idarəyə müraciət ediblər. "Müraciət etdik ki, Bakı Dəmiryol Vağzalının yuxarı hissəsində "dəmiryol" şəklində yazılsa da, I mərtəbədə qurumunuza məxsus hotelin girişində "dəmir yol", sizin quruma aid, Puşkin küçəsində yerləşən xəstəxananın önündə "dəmir yolu" kimi yazılıb.

Bundan əlavə, yenə həmin "dəmiryol" sözü rəhbərlik etdiyiniz struktura aid muzeyin girişində "dəmir yol", "Azərbaycan Dəmir Yolları" QSC-nin korporativ saytında "dəmir yolu" şəklində yazılıb. 

ADY-nin veb-saytında, tabeliyinizdə olan struktur vahidlərinin sosial şəbəkə səhifələrində də bu sözün yazılışında tam orfoqrafik anarxiya hökm sürür. 

Belə ki, Bakı Dəmiryol Xəstəxanasının adı həmin qurumun loqotipində "Bakı Dəmir Yolu Xəstəxanası", xəstəxananın feysbuk səhifəsində həmin loqotipin altında "Bakı Dəmiryolu Xəstəxanası", "Azərbaycan Dəmir Yolları" QSC-nin korporativ saytında isə "Bakı Dəmiryol Xəstəxanası" (düzgün variant) kimi yazılıb... Sizə müraciətin mətnini təqdim etdim. Bu barədə müraciətimiz 2 aya yaxın yazışma və telefon zənglərindən sonra həlini tapdı".

V.Sadıqlı qeyd etdi ki, Bakı Metropolitetinin keçidlərində və stansiyalarında reklam lövhələrində də ədəbi dilin pozulması halları çox olub. "Buna görə Metropoliten rəhbərliyinə müraciət etmişik, artıq 8 reklam lövhəsi əsasən orfoqrafik normaların pozulmasına görə yığışdırılıb, digər nöqsanların aradan qaldırılması üçün hazırda iş gedir. Bir dəfə Bakı şəhər Reklam İdarəsinin rəis müavini Mehdi Ağayevlə söhbət zamanı ona "1000-dən artıq olduğunu güman etdiyimiz səhvlərə necə olur ki, yol verilir" sualını verdik. O bizə izah etdi ki, lövhələr, bannerlər, ad göstəricisi yerləşdirilməzdən əvvəl buna görə Bakı şəhər Reklam İdarəsindən icazə alınmalıdır". Həm də dedi ki, bizim cəmi 55 əməkdaşımız var, bu işlərin hamısının öhdəsindən gələ bilmirik. Problemin səbəblərindən biri odur ki, həmin obyekt sahibləri bəzən Bakı Reklam İdarəsindən icazə almırlar, özbaşna olaraq həmin lövhələri yerləşdirirlər.

Müasir Dillər Mərkəzi adlanan bir qurum var, İçərişəhər metrosundan yuxarıda, Şeyx Şamil küçəsində yerləşir. Onun lövhəsində obyektin adı əvvəlcə ingiliscə, sonra Azərbaycan dilində yazılır. Onlara müraciət etdik ki, niyə dövlət dili haqqında qanunu pozursunuz? Cavabları çox gözlənilməz oldu: "Bu pozuntular hər yeri bürüyüb, gözünüz bizimi gördü? Biz belə qeydiyyata alınmışıq". O obyektin sahibi xarici vətəndaşdır, amma orada azərbaycanlılar da işləyir. Vətəndaşların özlərinin laqeydliyi də bu məsələdə rol oynayır. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" kimi hədəflərimizdən bir budur ki, bütün cəmiyyəti ədəbi dil normalarının pozulması ilə bağlı mübarizədə maraqlı olan tərəfə çevirək. Bu hala qarşı cəmiyyət mübarizə aparmalıdır, çünki bu cür nöqsanlar həddən artıq çoxdur" - deyə V.Sadıqlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910