Cümə günü, 23 may 2025
     

Müasir Azərbaycan səhiyyə sisteminin müəllifi - bir ömür xalqa xidmət edən ulu öndər Heydər Əliyev...

Image

Onun ömrünün bütün səhifələrinə xalqa və insanlığa, bəşəriyyətin xilasına xidmət yazılmışdı. Elə bir sahə, elə bir istiqamət tapılmaz ki, orada xalqımızın nəhəng oğlunun xidməti olmasın.

O, bu xalqa bir ömür xidmət etdi, yorulmadan, usanmadan əməyini əsirgəmədi. Azərbaycan səhiyyəsinin inkişaf tarixini Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Çünki Azərbaycan səhiyyəsinin yüksəliş dövrü bu əzəmətli şəxsiyyətin birbaşa adı ilə bağlıdır. Bu gün Azərbaycan səhiyyəsi özünün yüksəliş dövrünü yaşayır, bu yüksəlişin təməli Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrünə düşür. Məhz onun dövründə Azərbaycan səhiyyəsi bütün SSRİ-də öncüllər sırasında dayanırdı. Daha doğrusu, səhiyyəmiz 1969-cu ildən sonra tamamilə yeni bir dövrə, mərhələyə qədəm qoydu. Bir sözlə, H.Əliyev Azərbaycanda yeni səhiyyə epoxasının başlanğıcının əsasının qoyulmasına güclü dəstək verirdi...Azərbaycan səhiyyəsində, tibbində elə istiqamət yoxdur ki, orada ulu öndərin əməyi, zəhməti olmasın, hansı sahədə araşdırma aparsan, onun inkişafına böyük töhfələr verdiyini görəcəksən. Ömür yoldaşı, səhiyyə fədaisi akademik Zərifə Əliyevanın da bir ömür həsr etdiyi səhiyyəmizə ulu öndər hər zaman qayğı göstərirdi.

Səhiyyəmizin himayəçisi... 

Müasir dövrdə də biz o qayğının təzahürlərini müşahidə edirik. Həkim adı ulu öndər üçün  həmişə mühüm əhəmiyyət daşıyıb. Bu sənət sahiblərinin insanlığa  əvəzsiz və təmənnasız xidmətləri ulu öndərin diqqətindən yayınmırdı. O, çıxışlarından birində  "Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz"-deyirdi.

Bu nəcib peşə sahiblərinə bundan yüksək qiymət verilə bilməzdi. Səhiyyənin inkişaf tarixi ilə adı bağlı olan bu qüdrətli şəxsiyyət dövrünün qabaqcıl tibb müəssisələrinin yaradılmasında, səhiyyə  kadrlarının yetişdirilməsində mühüm rol oynayırdı. Məhz onun dövründə keçmiş SSRİ-nin qabaqcıl tibb universitetlərində  azərbaycanlı gənclər təhsil alır, populyar klinikalarda, xəstəxanalarda təcrübə qazanırdılar. Bu gün  səhiyyə sahəsində və tibb elmində adı məşhur olan  həkimlərin, alimlərin əksəriyyəti H.Əliyevin qayğısı və diqqəti sayəsində bu dərəcəyə çatanlardır. Gerçəklik budur ki, Azərbaycan xalqının hər bir nümayəndəsinin sağlamlığının qorunması, xalqımızın demoqrafik göstəricilərinin yaxşılaşması məsələsi hər zaman ulu öndərimizin diqqət mərkəzində olub. Həkim-ekspertlər qeyd edirlər ki, onun prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görüldü, tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi... Bütün ömrünü xalqa, dövlətçiliyə, insanlığa, bəşəriyyətə, sülhə həsr edən Heydər Əliyev Azərbaycan xalqına bir ömür təmənnasız, sevgi və sədaqətlə xidmət etdi. Dar gündə xalqın arxasında dayandı, xalqı müdafiə etdi, səhiyyəmizə, təhsilimizə, mədəniyyətimizə, dövlətçiliyimizə yiyə durdu, bizi təklənməyə qoymadı. Səhiyyə işçilərinə də hər zaman öz mehriban çöhrəsini göstərdi.   

H.Əliyev sovet dövründə Azərbaycana rəhbərlik edərkən səhiyyə sahəsində islahatların genişlənməsinə şərait yaratdı. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov yazılarından birində o dövrü belə xatırlayır: "...Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar Tibbi-biologiya fakültəsi və dekanlığı, Hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdı. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirirdilər. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının adları bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutur, onların elmi məktəbləri dərindən öyrənilir. Eyni zamanda, həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılıb, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilib. Ulu Öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlayırdı. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyektləri inşa edildi, respublikadakı tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirildi, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başladı". 

Gənc səhiyyə işçilərinə qayğı...

Bəli, H.Əliyevin rəhbərliyi illərində Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açıldı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilib xalqın istifadəsinə verildi. Ə.Əmiraslanov vurğulayır ki, yeni açılan tibb müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulunun sayı artırıldı, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edildi, onlar üçün hazırlıq kursu dekanlığı təşkil edilərək fəaliyyətə başlamasına münasib şərait yaradıldı. "Bir faktı da xatırlatmaq yerinə düşər ki, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi Ulu Öndərin iştirakı ilə keçirildi və bu münasibətlə institutun əməkdaşlarının bir qismi fəxri adlara, dövlət təltiflərinə layiq görüldü. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi Ulu Öndərin səyi nəticəsində mümkün oldu. Azərbaycanın belə görkəmli alimlərinin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması bütövlükdə Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin tanıdılması demək idi. O dövrün, yəni ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrün tələbə-gənclərindən olduğuma görə onun ölkədə gənclərə göstərdiyi qayğı kimi xoşbəxtliklərindən mənə də pay düşdü və bu qayğının sayəsində mən 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı oldum. O vaxtlar Moskvanın müxtəlif ali tibb təhsili müəssisələrində mənim kimi gənclər çox idi və Ümummilli Liderin gənclər üçün yaratdığı əlverişli şərait hər birimizin həyatının mənasına çevrilmişdi"-deyə akademik Əmiraslanov xatirələrində qeyd edib. 

Müstəqil Azərbaycanda səhiyyə islahatları...

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn H.Əliyev dağıdılmış, iflic vəziyyətə salınmış sahələrin, o cümlədən də səhiyyəyənin dövrün tələblərinə uyğun fəaliyyətinə dəstək verdi. Daha doğrusu, taqətdən düşmək üzrə olan səhiyyəni dirçəltdi. İlk səhiyyə islahatları ulu öndərin rəhbərliyi dövründə həyata keçirilməyə başladı. 1993-2003-cü illərdə Azərbaycana on il müddətinə Azərbaycana rəhbərlik edən ümumilli liderin qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Həmin dövrdə Milli Məclisdə "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında", "Xüsusi tibbi fəaliyyət haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Sanitar-epidemioloji sağlamlıq haqqında" və s. qanunların, eləcə də "Dövlət sığortası haqqında" əsasnamənin qəbulu yadda qalan hadisələrdəndir. Eyni zamanda 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə "MEKAKAR" proqramlarına qoşulub. 1998-ci il martın 13-də isə Heydər Əliyev "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncam imzalamaqla, bu sahənin inkişafına böyük töhfə verib. 1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırmaların təşkilində də müsbət dəyişikliklər olub. 

Araşdırmalar nəticəsində qeyd edə bilərik ki, Heydər Əliyev 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq deyirdi: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".

Heydər Əliyev bir ömür xalqına xidmət etdi və bu xidmətə görə də əbədiyyən xalqımızın tarixində və ürəyində özünə heykəl ucaldıb. Xalqa xidmət edənlər heç zaman unudulmur...

İradə SARIYEVA
Məqalə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının "Bir ömür xidmətinizdə..." mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.



VİDEO

SON XƏBƏRLƏR

23.05.2025 / 08:32
Azərbaycanda kişilər hansı məzmunda məişət zorakılığına məruz qalır?..

22.05.2025 / 22:51
"Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir" - İcma

22.05.2025 / 22:29
İstanbul Bələdiyyəsində 3-cü “dalğa” həbs əməliyyatları hazırlandı

22.05.2025 / 22:28
Tramp gələndən Ağ Evdəki darıxdırıcı görüşləri maraqlı qladiator döyüşlərinə çevirdi

22.05.2025 / 22:27
Senator: Bayden Administrasiyası COVID-19 peyvəndlərinin yan təsirlərini gizlətdi

22.05.2025 / 21:55
Ermənistanın Azərbaycan ərazilərinə hərbi müdaxilə öhdəliyi götürməsi barədə məxfi sənəd ortaya çıxdı - MƏHKƏMƏ + FOTO

22.05.2025 / 21:27
Özbəkistan Şuşa Bəyannaməsinə qoşulur, Azərbaycan Türk dünyasının əsas birləşdirici qüvvəsinə çevrilir...

22.05.2025 / 21:12
Qarabağda Azərbaycanla birgə hərbi təlimlər vaxtı İranın müdafiə naziri İrəvana niyə getdi?..

22.05.2025 / 21:00
"Suriya bölünəcək, yeni daxili müharibə başlayacaq" - ABŞ kimi hədələyir...

22.05.2025 / 20:46
Qərbi azərbaycanlılar üçün Ermənistandan təhlükəsizlik zəmanəti tələb edildi...

22.05.2025 / 20:32
Almaniyalı nazirdən sensasiyalı iddia - ABŞ Rusiyaya misilsiz sanksiyalar hazırlayır...

22.05.2025 / 20:19
Qərbi Azərbaycana qayıdış Bakı-İrəvan sülhünün mühüm şərtlərindən birinə çevrilir...

22.05.2025 / 20:05
Ermənistan Rusiya-Belarus ittifaq dövlətinə doğru itələnir - Köçəryan-Sarkisyan güruhu hücumda...

22.05.2025 / 19:52
İlham Əliyevin Türk İnvestisiya Fondu barədə fikirləri ümumtürk birliyini böyük hədəflərə yönəldəcək...

22.05.2025 / 19:45
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

22.05.2025 / 19:38
Paşinyan Lavrovla KTMT-yə qayıdışı müzakirə etməkdən imtina etdi...

22.05.2025 / 19:25
Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

22.05.2025 / 19:18
“Tramp Avropaya Ukraynayla Rusiyanı baş-başa buraxmağı təklif etdi” - BILD

22.05.2025 / 19:10
Lavrov indi “başa düşür” ki, Ermənistanın istehkamları Qarabağda əbədi qalmaq üçün idi...

22.05.2025 / 18:57
Türk dövlətlərinin nəqliyyat əməkdaşlığı Azərbaycanın üzərində dayanıb - Əliyev izah verdi...

22.05.2025 / 18:51
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi - "Savadım olmadığı üçün..."

22.05.2025 / 18:43
Türk sammitində Azərbaycanın COP29 uğuru rəsmi bəyan edildi - "körpü saldıq"...

22.05.2025 / 18:34
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik etdi

22.05.2025 / 18:30
Rusiya-Ermənistan münasibətləri yeni pillədə - Bakı-İrəvan sülhünü nə gözləyir...

22.05.2025 / 18:17
ABŞ Mərkəzi Asiyadan Azərbaycana qaz xətti çəkir - müzakirə başladı...

22.05.2025 / 18:10
“Macarıstan və Azərbaycan təbii müttəfiq və strateji tərəfdaşdırlar” - Əhliman Əmiraslanov

22.05.2025 / 18:03
Lavrov Ermənistana istədiyi ölkədən silah almağa icazə verdi - Fransa barədə narazılığını da bildirdi...

22.05.2025 / 17:50
Vüqar Rəhimzadə: Türk dövlətlərinin qlobal siyasi proseslərə təsir imkanları artır

22.05.2025 / 17:39
Terrorçu Yasin Hüseynzadənin edam edilməsi Bakı-Tehran münasibətlərinə təsir edəcək...

22.05.2025 / 17:26
Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Belçika prokuroru 5 deputatın həbsinə icazə istədi...

22.05.2025 / 17:12
DGK xanım bloqerin gömrükçülərlə bağlı iddialarına cavab verdi...

22.05.2025 / 17:05
Beynəlxalq təşkilat Ermənistana Konstitusiya dəyişikliyi çağırışı etdi

22.05.2025 / 16:51
Məhkəmədə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etməsi öhdəliyini götürməsi barədə məxfi sənədin olmasını ifşa edən material nümayiş etdirildi

22.05.2025 / 16:27
“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi

22.05.2025 / 16:10
NATO baş katibi Rusiya ilə mümkün müharibənin tarixini açıqladı - başımız dərddə olacaq...

22.05.2025 / 16:04
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

22.05.2025 / 15:52
İcra icraatı üzrə nağd ödəniş qadağan edildi - Əks halda 1000 manatadək cərimələnəcəklər

22.05.2025 / 15:50
Prezident bir sıra qanunlarda dəyişikliyi təsdiqlədi

22.05.2025 / 15:47
Mediasiya haqqında qanunda dəyişiklik edildi

22.05.2025 / 15:30
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - dönərxana bağlandı...

22.05.2025 / 15:12
Qurban bayramında ardıcıl 4 gün iş olmayacaq...

22.05.2025 / 14:56
İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra razılığa gəldilər

22.05.2025 / 14:52
ABŞ Senatı Rusiyaya “təcrid” sanksiyaları barədə xəbərdarlıq etdi

22.05.2025 / 14:50
“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

22.05.2025 / 14:48
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.05.2025 / 14:47
Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib - SƏRƏNCAM

22.05.2025 / 14:45
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı - FƏRMAN

22.05.2025 / 14:44
Azərbaycan Türk Dövlətləri Təşkilatı üçün açar ölkəyə çevrilir

22.05.2025 / 14:26
DİN ötən gün bank kartlarından oğurlanan vəsaitin məbləğini açıqladı

22.05.2025 / 14:11
Masallıda 15 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

22.05.2025 / 13:42
Azərbaycan musiqilərini oğurlayan erməni qarmonçunun ifaları “YouTube”dan silindi

22.05.2025 / 13:28
İrəvan qazılığının fəaliyyəti bərpa edildi - yeni qazı təyin olundu...

22.05.2025 / 13:21
Daha bir narkotacir ifşa olundu - mənzildə satırdı...

22.05.2025 / 13:10
Армения испугалась не на шутку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.05.2025 / 12:52
Binəqədidə silsilə oğurluqlar edən şəxs tutuldu

22.05.2025 / 12:45
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edildi

22.05.2025 / 12:23
Növbəti köç karvanı Xocalıya yola salındı...

22.05.2025 / 12:04
Özbəkistan Prezidenti Azərbaycanla müttəfiqlik Müqaviləsini təsdiqləyib

22.05.2025 / 12:00
QMİ Qurban bayramı ilə bağlı fətva verib - İyunun 6-da Bayram namazları qılınacaq

22.05.2025 / 11:31
"İran uranın zənginləşdirilməsi üçün heç kimdən icazə almayacaq" -Xameneidən ABŞ-a mesaj

22.05.2025 / 11:21
Azərbaycan XİN İsrailə başsağlığı verib

22.05.2025 / 11:15
Hökümətdən benzin və dizel ilə bağlı MÜHÜM QƏRAR

22.05.2025 / 11:06
Prezident İlham Əliyev Möminə xatun türbəsi barədə Sərəncam imzaladı

22.05.2025 / 11:03
Rusiya miqrantlara qarşı savaşa başladı. Məqsəd nədir? - CANLI

22.05.2025 / 11:00
60 şübhəli saxlanılıb - Polisdən açıqlama

22.05.2025 / 10:35
Putinin müşaviri SSRİ-nin qanuni olaraq mövcudluğunu bəyan etdi

22.05.2025 / 10:27
Azərbaycanlı qadın təyyarədə vəfat edib

22.05.2025 / 10:20
"Mançester Yunayted " üçün 51 ildən sonra yeni antirekord!

22.05.2025 / 10:13
"Ayrı yaşamaq çox gözəldir" - Sevda qayınanasından danışdı

22.05.2025 / 10:06
"ABŞ-də nifrət və radikalizmə yer yoxdur" - Tramdan ÇAĞIRIŞ

22.05.2025 / 10:00
Çində 36 milyon dollar rüşvət alan məmur edam olunacaq

22.05.2025 / 09:45
Aprel ayı ərzində 9 milyona yaxın tibbi xidmət göstərilib

22.05.2025 / 09:44
Netanyahu sakitləşmək bilmir: - "İsrail Qəzzəyə tam nəzarəti ələ keçirəcək"

22.05.2025 / 09:44
Zirə bu gün qazsız qalacaq - XƏBƏRDARLIQ

22.05.2025 / 09:24
Naxçıvanda aqrar texnikanın ƏDV-dən azad olunması niyə ləğv edildi?

22.05.2025 / 09:22
Ceyhun Bayramov və BƏƏ-nin XİN rəhbəri arasında telefon danışığı olub

22.05.2025 / 09:16
Trampı dəli edən sual! O, sualı verən jurnalisti zaldan qovdu

22.05.2025 / 09:07
Trampın 400 milyon dollarlıq "oyuncaq" təyyarəsi ABŞ-a gətirilib...

22.05.2025 / 09:06
“Tottenhem” Avropa Liqasının qalibi oldu

22.05.2025 / 09:00
Pərviz Şahbazov OPEC-in Vyana toplantısına qatılacaq

22.05.2025 / 08:56
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnib - TƏCİLİ

Azərbaycan gəncləri Vətənin tərəqqisi naminə səfərbər olublar

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678